Icma.az
close
up
RU
Hirkan Milli Parkının yaranması günüdür FOTOLAR

Hirkan Milli Parkının yaranması günüdür FOTOLAR

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Hirkan Milli Parkı Talış dağlarının unikal təbiət komplekslərinin, relikt və endemik təbiət komplekslərinin mühafizə olunduğu ərazidir.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub–şərqə doğru uzanan sıra dağlar əhatə edir.

Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir.

Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindəıı biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox endemik, nadir ağac və kol bitkilərinin geniş yayılmasından ibarətdir.

Milli Parkın entomofaunası (həşəratlar) endem növlərlə zəngindir. Ərazidə “Qırmızı Kitab”a daxil edilmiş növlərdən tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qacağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəllisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar.

Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılmışdır.

Milli Parkın ərazisində sürünənlərdən Aralıqdənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, eskulap ilanı və s. növlər mövcuddur.

Hirkan Milli Parkının ornitofaunasına (quşlar) daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir.

Ümumiyyətlə, ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və s. növlərə rast gəlmək olar.

Relikt növlərlə zəngin olan və unikal landşafta malik Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul olunub.

Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən unikal meşə massividir və planetimizdə öz unikallığını qoruyub saxlayan nadir ekosistemlərdən biridir.

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 09 Fevral 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see135

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see134

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see129

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see128

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see127

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see123

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see123

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see123

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see122

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see121

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see118

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see117

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see117

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see114

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see113

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see113

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see109

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri