Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Hiss etdim ki, Polad həmin an oradadır...”

“Hiss etdim ki, Polad həmin an oradadır...”

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


“Əslində illər heç nəyi unutdurmur. Əksinə, hər şeyi dönə-dönə, təkrar yaşadır. Çoxu düşünə bilər ki, uzun müddət keçib, zamanla hər şey yoluna düşüb. Uşaqlar böyüyüb, mən öz işimə başlamışam, gündəlik həyatımızı davam etdiririk, yaşayırıq. Elə deyil... ...O itkinin yeri getdikcə daha çox bilinir, o yara sağalmır. Getdikcə ağrılar-acılar bir az da artır. Çünki ona duyduğumuz ehtiyaclar çoxalır. Mən həyat yoldaşı, bir qadın kimi ona ehtiyacı hər gün bir az da çox hiss edirəm. Bir ailə başçısı kimi onu həmişə yanımda istəyirəm. Polad Həşimov çox gözəl ailə başçısı, həyat yoldaşı, ata idi”.
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri Modern.az-a müsahibəsində şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova bildirib.
Qeyd edək ki, bu gün Polad Həşimov və silahdaşlarının şəhid olduğu Tovuz döyüşlərinin 5 ili tamam olur.
Ofelya Salmanovanın sözlərinə görə, Tovuz döyüşlərinin baş verdiyi yüksəklik Polad Həşimovun bu dünya ilə son nöqtəsidir.

Bəs Ofelya Salmanova Polad Həşimovun qara xəbərini necə, nə vaxt almışdı?
“Pandemiya dövrü idi. Çox pis xəstələndim. Soyuqlamışdım, öskürürdüm. Polad bizi özü Qəbələyə aparmalı idi. Cəbhə bölgəsində durum çox qarışıq idi. Vəziyyət daha da gərginləşmişdi. O, bizi Qəbələyə göndərəndə: “Siz gedin, mən də gələcəyəm”, - dedi”.
2020-ci il iyunun 14-nə açılan səhər Ofelya Salmanova sübh namazını qılandan sonra yenidən yuxuya gedib... Yuxuda dəhşət içində “Polad!” deyib qışqıranda öz səsinə oyanıb...
Çox keçməyib ki, qohumları onlara gəlməyə başlayıblar.
“Mən hələ sağalmamışdım. Fikirləşdim yəqin mənim hal-əhvalımı soruşmağa gəlirlər. Saat 8-də gəlmələrinə təəccüblənmişdim. Gələn qohumlar danışırdılar ki “cəbhə bölgəsində vəziyyət bir az qarışıb. Sosial şəbəkədə xəbər yayılıb ki, Polad yaralanıb”. Biz inanmadıq. Başladıq onlara təsəlli verməyə ki, narahat olmayın, Aprel döyüşlərində də elə xəbər yayılmışdı. Düşünürdüm, Polada heç nə olmaz. Amma yenə saytlara baxır, xəbərləri oxuyurdum. Donub qalmışdıq... Pəncərədən boylandım, həyətdə orda-burda adamlar dayanmışdılar. Demə, bizdən başqa hamı bilirmiş... Böyük həyət qapısını açdılar. Küçədə nə qədər adam vardı... Mən onda başa düşdüm...
Poladın xətrini çox istədiyi əmisi “qızım” deyib gələndə... Dedim: “Yaxına gəlməyin”. Bildim nə baş verib artıq... Poladı mən yuxuda adını çağırıb qışqırdığım an vurmuşdular. Böyük oğlum isə həmin dəqiqələrdə yuxusunda atasının vurulduğunu görmüşdü”.
Ofelya Salmanovanın sözlərinə görə, Polad Həşimovun şəhid olduğu posta bir ildən sonra gediblər.
“Qohumlarımız məni qoymurdular ki, ora təhlükəlidir. Həm də vəziyyətimin daha da pisləşəcəyini düşünürdülər. Özüm də fikirləşirdim, getsəm, dayana bilmərəm. Qızım atasının yoxluğunu qəbul etmək istəmirdi. O getmədi. Oğlanlarım getdilər... Elə bilirdim ürəyim tab gətirməz. Amma getdim, tamam başqa insan oldum. Əlbəttə, çox ağırdır. Baxırsınız, orda bir nöqtə var, Polad Həşimovun qanı tökülüb. Ancaq vətən sevgisi necə bir duyğu imiş, bunu orada daha yaxşı anladım. On yeddi il tanıdığım Polad, əslində, o zirvədəki Polad imiş. Çox qəribədir... Poladı gördüm o zirvədə. Varlığını hiss etdim, onunla görüşdüm. Şəhid həyat yoldaşları bu hissləri yaşayıblar. Danışırlar ki, elə bir məqam olur, şəhidinlə görüşürsən, ürəyin rahatlıq tapır. Mən də hiss etdim ki, Polad həmin an oradadır. Qəlbimə çökmüş bir illik ağrı, acı yox oldu. Uşaqlar da özlərini itirmədilər. Ancaq bilirəm, onların da qəlbində tufan qopdu.
Fikirləşirdim ki, həyat yoldaşım iyirmi beş il o təhlükənin içində olub. Ömrünün ən qaynar illəri bu yerlərdə şaxtada üşüyə-üşüyə, dona-dona keçib. Mən orda tək həyat yoldaşımın deyil, digər zabitlərin də vətən üçün necə əzab-əziyyətə qatlaşdıqlarını anladım. Və nə yaxşı ki getdim. Ora bir qəhrəmanlıq zirvəsidir…
Biz o yüksəkliyə qalxdıq, bir damla göz yaşı axıtmadım. Tam əksinə oldu hər şey, sanki möhkəmləndim, bəlkə orada Polad Həşimovu hiss etdim. İçimdə düşmənə qarşı çox böyük hiddət yarandı. Çünki mənim həyat yoldaşım o nöqtədə məndən alınıb. Amma bir məğrurluq gəldi içimə. Orada sınmadım, əyilmədim. Qürur hissi bütün hissləri üstələdi. Qarşı tərəfə nifrət hissi ilə baxdım. Düşündüm, Polad Həşimov gör harada şəhid olub, ən yüksək zirvədə. Ürəyimdən keçdi ki, kaş gəlcəkdə ora əbədiləşdirilsin”, - Ofelya Salmanova bildirib.
Şəhid xanımının ən böyük arzusu Polad Həşimovun Xatirə muzeyinin yaradılmasıdır:
“Polad Həşimov 100 ildən bir Azərbaycan xalqına göndərilmiş qəhrəmanlardandır. Cənab Prezidentimiz də vurğuladı ki, o, bizim qalibiyyətimizin mərkəzində dayanır. Bunu xalq da bilir. Mən düşünürəm ki, onu gələcək nəsillərə doğru şəkildə ötürmək lazımdır. Bunu etməyin ən yaxşı yollarından biri onun Xatirə muzeyinin yaradılmasıdır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 İyul 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri