Icma.az
close
up
RU
Hizbullah hələ də təhlükə mənbəyidir RƏY

Hizbullah hələ də təhlükə mənbəyidir RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Təşkilatın ləğvi yalnız xarici dəstək ilə mümkün ola bilər”


 Livan hökuməti “Hizbullah” Hərəkatı ilə qarşıdurmaya cəhd etsə, bu ölkənin salamat qalmayacağını söyləyib.

Livan hazırda ciddi siyasi böhranla üz-üzədir. Bu böhranın əsas səbəblərindən biri "Hizbullah"ın ölkə daxilində güclü təsirə malik olmasıdır. Təşkilat hökumətə tabe olmadan fəaliyyət göstərir və bu, Livanı çətin vəziyyətə salır. 

ABŞ və Qərb ölkələri "Hizbullah"ın silahsızlaşdırılmasını tələb edir, əks halda Livanı sanksiyalarla hədələyirlər. Lakin Livan hökumətinin bu problemi təkbaşına həll etmək imkanı çox zəifdir. Bu vəziyyət ölkənin gələcəyi üçün ciddi təhlükə yaradır. 


Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, Livan üçün "Hizbullah" olduqca ciddi və talehyüklü bir problemdir. Bu təşkilat ölkənin siyasi həyatında böyük təsir gücünə malikdir və müəyyən mənada “dövlət içində dövlət” rolunu oynayır: 



“Hətta Livanda siyasi hakimiyyət müəyyən qədər "Hizbullah"la da bölüşdürülür. Son zamanlar İsrailin hava zərbələri "Hizbullah"ı bir qədər zəiflətsə də, təşkilat hələ də Livan daxilində təhlükə mənbəyi kimi qalır. Livan ordusunun "Hizbullah"la qarşı-qarşıya gəlmək imkanları o qədər də ümidverici xarakter daşımır.  Hazırda ABŞ və bir sıra Qərb ölkələri Livandan "Hizbullah"ın silahsızlaşdırılmasını və fəaliyyətinin tamamilə dayandırılmasını tələb edirlər. Əks təqdirdə Livana qarşı iqtisadi sanksiyaların və digər sərt məhdudiyyətlərin tətbiq olunacağı ilə hədələyirlər. Livan hökuməti də bu təzyiqlərin qarşısında ölkənin uzun müddət davam gətirə bilməyəcəyini anlayır. Buna görə də "Hizbullah"ın zərərsizləşdirilməsini əsas hədəf kimi qəbul etməyə məcburdur".


Politoloq Livan hökumətinin bu məsələni həll etmək imkanlarının olduqca məhdud olduğunu bildirib:

""Hizbullah"ın ləğvi o halda baş verə bilər ki, bu məsələdə Livan hökumətinə xarici ölkələr dəstək versinlər. "Hizbullah"a hazırda rəhbərlik edən şəxslərin hökumətə qarşı təhditkar ritorika ilə çıxış etməsi də qətiyyən təəccüblü deyil. 

"Hizbullah"ın rəhbərliyi də Livan hökumətinin üzsüzlüyünü anlayır. Bu hökumətin qarşısında olduqca çətin vəzifə dayanır. O, ABŞ və Qərbdən gələn tələbləri yerinə yetirməyə məcburdur. Ancaq Livan hökumətinin bu öhdəlikləri yerinə yetirəcək gücü yoxdur". 


Siyasi analitikin sözlərinə görə hazırda Livan müəyyən mənada  geopolitik, hərbi, siyasi labirintə düşüb:

"Qarşıya bir məqsəd qoyulduğu halda yerinə yetirilməsi mümkün olmadıqda bu həmin dövlətin iflasa olduqca yaxın olduğunu göstərir. Hökumətin konkret olaraq ölkənin perspektivlərinə yönəlik çıxış yolu axtarması qaçınılmaz xarakter daşıyır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri