Icma.az
close
up
RU
Hökumə Əliyevanın stüardessa həmkarı: “Hər uçuşdan əvvəl mənə ismarış yazıb, uğurlar arzulayardı...” AZƏRTAC

Hökumə Əliyevanın stüardessa həmkarı: “Hər uçuşdan əvvəl mənə ismarış yazıb, uğurlar arzulayardı...” AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Pekin, 29 dekabr, AZƏRTAC

“Hökumə ilə dostluğumuz AZAL-ın Bakı-Mumbay-Bakı reysində başlayıb. Onunla otaq yoldaşı olmuşam. Ezamiyyət günlərində sevincimizi, kədərimizi bölüşmüşük. Həmin səfərdən videolarımız da qalır. Bakıya qayıdandan sonra o, hər uçuşdan əvvəl mənə ismarış yazıb, uğurlar arzulayardı. İndi o ismarışlara baxanda özümə gələ bilmirəm”.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində AZAL-ın təyyarə bələdçisi Çinarə Məmmədova Bakı-Qroznı uçuşunu yerinə yetirərkən Aktauda qəzaya uğrayan təyyarədə həlak olan stüardessa Hökumə Əliyeva haqqında danışarkən deyib. Çinarə həmkarı Hökumənin işində çox peşəkar, bütün təlimatlara uyğun hərəkat edən, həmkarları arasında subardinasiyanı qoruyan bir işçi kimi tanındığını bildirib.

“Hadisədən xəbər tutanda biz Bakı-Pekin-Bakı reysi ilə əlaqədar Pekin şəhərindəydik. Xəbəri eşidəndə həmkarlarımın adını axtarmağa başladım və ekipaj üzvləri arasında Hökumənin adını görəndə çox pis oldum”, - deyə Çinarə bildirib.

Hökumə Əliyeva haqqında bir xatirəsini paylaşan Çinarə Məmmədova deyib: “Mumbay reysindən qayıtdıqdan sonra onu növbəti dəfə Dehli reysinə yazmışdılar. Hökumə ismarış yazaraq, mənim də həmin uçuşda olub-olmayacağımı soruşdu. Amma mən məzuniyyətdə olduğum üçün həmin uçuşda iştirak edə bilmədim. Peşmanam, kaş ki, məzuniyyətdə olmazdım və qismət, bəlkə də Hökumə ilə yenə birgə uçardım”.

Çinarə Məmmədova bildirib ki, pilotlarımız, ekipaj üzvləri onlarla insanın həyatını xilas etməklə bütün dünyaya “Azərbaycan Hava Yolları”nın pilotlarının peşəkarlığını sübut edib.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər, o cümlədən heyət üzvləri - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva həlak olub, 29 nəfər yaralanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri