Icma.az
close
up
RU
“Hökumə hər kəsə təhlükəsizlik jiletlərini geyməyi tapşırdı...” Dəhşətli aviaqəzanın sərnişinləri danışır

“Hökumə hər kəsə təhlükəsizlik jiletlərini geyməyi tapşırdı...” Dəhşətli aviaqəzanın sərnişinləri danışır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Balakən, 25 dekabr, Rasim İslamoğlu, AZƏRTAC

Bir il əvvəl bu gün Azərbaycan Hava Yollarının J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəza enişi etdi. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğradı. Bu, Azərbaycanın aviasiya tarixində ən dəhşətli təyyarə qəzası hesab olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təyyarədə Qroznı şəhərinə qonaq gedən Balakənin Qullar kənd sakinləri Tofiq və Samir Dərvişovlar da olub. Özlərinin dediyi kimi, ölümün pəncəsindən dönən ata və oğul həmin anları bir daha yada salıb, təyyarə heyətinin qəhrəmanlığını xüsusi qeyd ediblər.

Ailə başçısı Tofiq kişinin dörd övladı var. Böyük oğlu uzun illərdir Qroznı şəhərində yaşayır. Oğlu və nəvəsi onları Yeni il ərəfəsində qonaq dəvət edibmiş. Tofiq kişi deyir ki, oğlunun dəvət təklifini əvvəlcə qəbul etməsə də, son anda nəvəsinin təkidinə yox deyə bilməyib. Beləcə J2–8243 nömrəli reyslə yola düşüblər. 40-45 dəqiqəlik uçuşdan sonra enişə hazırlaşdıqları vaxtda ilk həyəcanlı anlar yaşanıb.

“Partlayış səsi gəldi, təyyarəmiz silkələndi. Salonda əl yükü yerlərinin qapıları açıldı, bir neçə çanta yerə töküldü. Sonra anladıq ki, təyyarə yerə enmir, yenidən havaya yüksəlməyə başlayır. Bir qədər buludların üstünə çıxmışdıq ki, yenidən partlayış oldu. Bu dəfə təyyarə lap möhkəm silkələndi”, - deyən Tofiq Dərvişov həmin anlarda hər kəsin narahat olduğunu, rəhmətlik Hökumənin isə onlara tövsiyələr verdiyini söyləyir.

Tofiq Dərvişov ikinci zərbədən sonra ayağında istilik hiss edib, əli ilə yoxlayanda bir narahatlıq görməsə də, sonradan ayağını basdığı yerdə balaca bir dəlik açıldığının şahidi olub: “Dərhal xəbər verdim və ayağımı həmin yerə bərk-bərk sıxıb öndəki oturacaqdan yapışdım, pəncərədən ətrafa baxmağa başladım. Bu anda təyyarənin qanad hissəsində də dəmir parşasının qopduğunu gördüm”.

Bu yerdə söhbətimizə Samir də qoşulur. “Doğrusu, birinci silkələnmədən çox da narahat olmadım. Lakin ikinci zərbə hamı kimi, məni də bərk qorxutdu. Həmin vaxt rəhmətlik Hökumə tapşırıq verdi ki, hamı hava balonlarından istifadə eləsin. Təyyarəmiz bir qədər də yüksəlməyə başladı və Qroznı aeroportundan uzaqlaşdığımızı hiss etdik. Sonra Hökumə hər kəsə təhlükəsizlik jiletlərini geyməyi tapşırdı. Ola bilərdi ki, dənizə eniş edək”, - deyən Samir ölümlə-dirim arasında yaşananları ifadə edərkən gah səsi qırılır, gah da gözləri dolurdu.

Tofiq Dərvişov təyyarənin yerə çırpıldığı anı belə xatırlayr. “Allah o günləri heç kimə yaşatmasın. Təyyarənin yerə çırpılması… Çox dəhşətli anlar idi. Təyyarəmiz yerə düşdükdən bir neçə dəqiqə sonra özümə gəldim. Aşağı baxdım, hər yer parçalanmış dəmirlə dolu idi. Əlimi atıb kəmərimi çəkdim və açanda üzüaşağı düşdüm, başım dəmirə dəydi. Amma bədənimdə olan ağrıları o vaxt hiss etmirdim. Ayağa qalxanda əvvəl heç nə görmədim. Bir qədər sonra digər insanların da oturacaqlarda sallandığını gördüm”, - deyən Tofiq kişi o anları dilə gətirməkdə çətinlik çəkir…

Oğlu Samir təyyarə yerə çırpılandan sonra bir anlıq özündə olmasa da, atasının səsini eşidən kimi səs verib: “Təyyarəmiz sürətlə aşağı enirdi. Yerə dəyərkən bərk partlayış oldu. Təyyarə torpaqda sürüklənirdi. Doğrusu, həmin anlarda özümdə deyildim. Bir də ayıldım ki, atamın səsi gəlir, məni səsləyir. Çətinliklə də olsa, ona sağ olduğumu dedim. Həmin vaxt qarşımda bir xanımın da sağ olduğunu və yardım istədiyini gördüm. Onun kəmərini açdım və xilasedicilərə yönəltdim”.

Qazaxıstanlı xilasedicilərin qəza yerinə qısa müddətdə çatdığını, təyyarənin tüstü-dumanı çəkilmədən, yanğın və partlayış olma ehtimalına rəğmən onlara ilkin tibbi yardım göstərdiklərini, xəstəxananın qarşısına xeyli yerli sakinin və soydaşlarımızın gəldiklərini söyləyən Dərvişovlar bildirirlər ki, qan vermək üçün gələnlərin də sayı-hesabı yox idi. Əlavə edirlər ki, öz xəstələri üçün gətirdikləri yeməkləri təyyarə qəzasına düşənlərə verənlər də var idi.

Dərvişovlar Bakıya gətirildikdən sonra da onlara xüsusi diqqət və qayğı göstərilib, ciddi həkim nəzarətində saxlanılıblar. “Bakıya gələndən, palataya yerləşdirildikdən sonra AZAL-dan gəldilər. Dedilər ki, Azərbaycan dövlətinin sizə ayırdığı vəsait kartlarınıza köçürülüb və həmin kartları bizə payladılar. Sığorta ilə təmin olunduq, hər köməyi göstərdilər. Prezidentimiz sağ olsun. Hətta 6 ay ərzində bizə maddi yardımlar edildi. Çox sağ olsunlar”, - deyən ailə başçısı bildirib ki, onun xahişindən sonra AZAL Qroznıda yaşayan oğlunun ailəsi birlikdə rayona quru yolu ilə gəlməsini də təşkil edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi edib. Göyərtədəki 67 nəfərdən 38-i həlak olub, pilotların peşəkarlığı nəticəsində isə 29 nəfərin həyatı xilas edilib. Qəzanın araşdırılması ilə bağlı Qazaxıstanda, eləcə də Rusiya və Azərbaycanda istintaq hərəkətləri aparılır.

Qəzaya uğrayan təyyarənin çox çətin şəraitdə yerə endirilməsi dünya mətbuatında geniş işıqlandırılıb, uçuş heyətinin peşəkarlığı xüsusi vurğulanıb.

Prezident İlham Əliyev Sərəncamı ilə ekipajın üç üzvü - iki pilot və bir bələdçi “Milli Qəhrəman” adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri