Icma.az
close
up
RU
Hökumət müavinət təqaüdləri 3 aya artıracaq?! Yardım təklifi vermək belə uzun çəkir?

Hökumət müavinət təqaüdləri 3 aya artıracaq?! Yardım təklifi vermək belə uzun çəkir?

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Gündəmi müavinət, təqaüd alanlara “şad xəbər” – NK-ya verilən 3 aylıq təklif vermək müddətinin martın 23-də bitməsi zəbt edib. Heç demə, bu yekəlikdə hökumət üç aydır sosial ödənişlərin artım faizinin üzərində qızğın savaşdadır. 8 faiz olsun, 8,1 faiz? Bəlkə konkret rəqəmlə hesablansın, 80 manatlıq “veteran pulu” 86 manat 40 qəpik, yaxud 86 manat 50 qəpik olsun; sosial müavinətlərin ortalıq  maliyyə əsaslandırılması ortalıq 10 faizlik artıma haqq verə bilərmi? Prezident təqaüdlərini pensiyalara verilən əlavələrdən kəsməklə artırmaq necə təklifdir? Di gəl, sosial hökumət 5 ildir “əlavə”nin “artım” olmadığını , bu nədənlə Prezident fərmanı ilə vəzifə maaşlarına edilən 20 faizlik əlavənin pensiyaların artımına gətirmədiyini qərarlaşdırıb. Hökumətin “bicliyinə” baxın,  fərmanda “maaşlar artırılsın” yox, “maaşlara əlavə edilsin” təklifi qüvvəyə mindirilir, sonra fərmanın icrası sabotaj edilir ki, bəs əlavə artım deyil!(?) Bəs şəhidlərin , müharibə əlillərinin pensiyalarının sonradan artan təminat xərcliyinə uyğun yenidən hesablanmaması necə? Hökumətin təklifi “dahiyanədir”: “ ŞƏHİD CƏNNƏTDƏN HÖKUMƏTƏ SIĞORTA HAQQI ÖDƏMİR, PENSİYASI NİYƏ ARTSIN?”

Yeri gəlmişkən, NK-nın 08.01.2013-cü il tarixli , 2 saylı qərarı ilə ikiqat artırılan, hazırda 200 manat həddində  olan hərbçilərin 64 manatlıq ərzaq payı norması 13-cü ildir hesablanmır. Düzdür “hərbi heyvanların” ərzaq payı artırılıb, insanlarınkı hələ də yox. 3 aydır təklifini verə bilməyən NK-nın qərarı 13 ildir icra olunmur, hökumətin vecinə də deyil. Amma qiymətlər artanda bir gecənin içində artır. Özü də Tarif Şurasının qərarı ilə! Elə bil, yox, doğrudan da ölkədə ən yüksək qüvvəsi olan qanun Konstitusiya yox, Tarif Şurasının bir anda qəbul etdiyi qərardır. Konstitusiyanın qüvvəsizliyinə baxın, Tarif Şurasının qərarı “Veteranlar haqqında” qanunu qüvvədən salıb, müharibə veteranları bağlarını pulsuz özəlləşdirməyə qanunun 11-ci maddəsi ilə haqq etsələlər də, şura qərarı ilə 236 manat ödəməyə məcburdurlar. Qərar hökumətin əmlak xidmətinindir, özü də heç bir təklif, tələb  olmadan iki ildir qüvvəyə mindirilib.
Baş nazir Əli Əsədov hər 3 aydan bir heç kəsə gənəşmədən, təklifləri, xalqın tələbini gözləmədən 5 ildir bağlı qalan quru qapılarını açmaqdan imtina edir. İndi 3 aydır dılğır bir artıma təklif vermək belə çətindir? 
Məğrur BƏDƏLSOY

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Mart 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri