Icma.az
close
up
RU
® “Holcim Azərbaycan” ölkənin ən yaxşı ustasını seçib

® “Holcim Azərbaycan” ölkənin ən yaxşı ustasını seçib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı Expo Mərkəzində “Holcim Azərbaycan” və İZİA-nın tərəfdaşlığı ilə keçirilən “USTA MƏNƏM! 2025” (2-ci sezon) müsabiqəsinin möhtəşəm final mərhələsi başa çatıb. Yarışın qalibi Balakən rayonundan Etibar Qaradayev olub. O, finalda göstərdiyi dəqiqlik, ustalıq və peşəsinə məsuliyyətli yanaşması ilə digər iştirakçılar arasında fərqlənərək 1-ci yerin sahibi olub və ölkənin ən yaxşı ustası adını qazanıb.

May ayında start götürən müsabiqə ölkənin müxtəlif bölgələrində böyük maraqla qarşılanın. İlkin mərhələyə 700-dən çox usta qatılıb. 17 bölgədən seçilmiş 400-dən çox usta nəzəri və praktiki tapşırıqlar əsasında öz bacarıqlarını nümayiş etdiriblər. Yalnız ən yüksək nəticə göstərən 27 usta finala yüksəlib.

Final mərhələsi yüksək dinamika və real iş şəraitinə uyğun tapşırıqlar ilə yadda qalıb. Ustalar həm sürət, həm də keyfiyyət üzrə sınaqdan keçərək öz peşəkarlıqlarını ortaya qoyublar. Bu çətin yarışın ən uğurlu iştirakçısı Etibar Qaradayev müsabiqənin baş mükafatı "Pick-up" tipli avtomobili qazanıb.

Müsabiqənin digər qalibləri - Lənkərandan Cəfərov Mirələm 2-ci yer, Qubadan Hüseynov Fikrət isə 3-cü yer üzrə mükafatlandırılıblar. Onların göstərdikləri iş formalaşmış peşəkarlıq ənənəsinin gücünü bir daha nümayiş etdirib. Qaliblər müvafiq olaraq 5 min və 3 min manat dəyərində hədiyyə kartları ilə təltif olunublar.

“USTA MƏNƏM!” layihəsi ustalar üçün təkcə yaradıcılıq və rəqabət deyil, həm də peşəkar inkişaf platforması rolunu oynayır. Final mərhələsi zamanı iştirakçılar “Holcim Azərbaycan” şirkətinin innovativ tikinti məhsulları ilə yaxından tanış olaraq onların texniki imkanları və tətbiq xüsusiyyətləri barədə ətraflı məlumat əldə ediblər.

Bu müsabiqə bir daha göstərib ki, Azərbaycanın ustaları tikinti sahəsinin peşəkarlıq və sənətkarlıq mədəniyyətinin ən parlaq daşıyıcılarıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri