Icma.az
close
up
RU
Hollandiya Müdafiə Nazirliyi Aİni Trampdan əvvəl Ukrayna ilə bağlı dialoqa başlamağa çağırıb Doğru Xəbərlər

Hollandiya Müdafiə Nazirliyi Aİni Trampdan əvvəl Ukrayna ilə bağlı dialoqa başlamağa çağırıb Doğru Xəbərlər

Hollandiyanın müdafiə naziri Ruben Brekelmans ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp başlamazdan əvvəl Avropa Rusiya və Ukrayna arasında danışıqlarda təşəbbüsü öz üzərinə götürməlidir.

Bu barədə “Truw” qəzeti yazır.

Brekelmans vurğulayıb ki, sülh danışıqları ilə bağlı müzakirələr ilkin mərhələdədir, lakin Tramp da prosesi sürətləndirmək istədiyi üçün vaxt daralır.

O, xüsusilə Trampın ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra bir neçə saat ərzində Rusiya və Ukrayna arasındakı münaqişəni həll etmək niyyətini açıqladığını nəzərə alsaq, danışıqlarla bağlı müzakirələrin “təcil qazandığını” qeyd edib.

“Biz əmin olmalıyıq ki, Avropa ölkələri danışıqlar masasına otursun ki, Tramp Putinlə Avropanın təhlükəsizlik arxitekturasına dair qərarlar qəbul etməsin”, – Brekelmans əlavə edib.

DOĞRU.AZ

seeBaxış sayı:47
embedMənbə:https://dogru.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri