Hollandiya Ukraynadakı mədəni irsin qorunması üçün 370 min avro ayırıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Hollandiya Ukraynadakı mədəni irsin qorunması üçün təxminən 370 min avro ayırmaqla bağlı qərar qəbul edib.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin press-relizində deyilir.
Məlumatda qeyd edilib ki, vəsait "Hollandiyanın Fövqəladə Hallara Mədəni Müdaxilə" qeyri-hökumət təşkilatı vasitəsilə Ukraynadakı mədəni irs obyektlərinə xərclənəcək.
Bundan əlavə, pulun bir hissəsi Ukrayna mədəniyyətinə qarşı edilən hərbi cinayətlərin araşdırılmasına yönəldiləcək.
Vəsait Xarici İşlər Nazirliyi və Təhsil, Mədəniyyət və Elm Nazirliyi tərəfindən birgə ayrılıb.

Hollandiya Ukraynaya 370 min avro verəcək
21 Dekabr 2024 00:44
Hollandiya Ukrayna üçün 150 milyon avro ayırıb
11 Aprel 2025 22:55
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb
19 Noyabr 2024 14:37
Hollandiya Ukraynanın kibertəhlükəsizliyi və hava hücumundan müdafiəsi üçün 22 milyon avro ayırıb
04 Dekabr 2024 17:10
Hollandiya Ukrayna üçün artilleriya mərmiləri alıb
10 Yanvar 2025 15:39

