Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Hollivudun aksiyon ulduzları indi nə işlə məşğuldur?

Hollivudun aksiyon ulduzları indi nə işlə məşğuldur?

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Silvestr Stalonni, Arnold Şvartsnegger, Brüs Uillis, Ceyson Steytem, Jan-Klod Van Damm... Onlar bir zamanlar Hollivudun aksiyon filmlərinin unudulmaz aktyorları idilər. Lakin illər keçdikcə bəziləri müəyyən səbəblərdən aktyorluq sənəti ilə aktiv məşğul olmurlar. Ya da ki, rol aldıqları filmlər əvvəlki effektini vermədi deyə onlar indi film istehsalçıları üçün maraqlı deyillər. Bu səbəbdən onların bəziləri hazırda karyeralarını aktiv davam etdirmir. Bəs görəsən Hollivudun aksiyon ulduzları indi nə ilə məşğuldurlar?

BAKU.WS xəbər verir ki, 79 yaşlı Silvestr Stalonni hazırda bir sıra müxtəlif layihələr üzərində işləyir. O indi aktyorluq, istehsalçılıq, həm də ekran arxası fəaliyyətləri ilə məşğuldur. Bir müddət əvvəl onun rol aldığı filmi "Alarum" gözlənilən nəticəni göstərmədi. Film "Rotten Tomatoes" kino saytında sıfır xal aldı.  Bir filmin saytda sıfır xal alması çox nadir hal idi. Buna baxmayaraq Stalonni film sektorundakı işinə davam edir. "Tulsa King" kriminal dramında Duayt Manfredi rolunu davam etdirir.Ekran işinin 3‑cü mövsümü "Paramount+" tərəfindən rəsmi təsdiqlənib. Çəkiliş prosesi Atlanta və Oklahomada davam edir, yayım isə 2025‑in payızında gözlənilir. Aktyor "The Steps" adlı kitab da yazıb. Onun şəxsi xatirələr kitabı bu il nəşr olunacq. Stalonni payız aylarında "John Rambo" filmin çəkilişləri üçün Tailanda gedəcək. Aktyor həmçinin "AI" sahəsinə sərmayə yatırıb, süni intellekt şirkətinə investisiya qoyub.

Arnold Şvartsneqqer də həmkarı Stalonni kimi film sektorundan tam uzaqlaşmayıb. 78 yaşlı aktyor bir çox layihələr üzərində işləyir.  O hazırda həm aktyor, həm xeyriyyəçi, həm aktivist kimi fəaliyyətdədir. Şvartsneqqer  "FUBAR" serialının ikinci mövsümündə rol alır. O orada agent Luke Brunner rolunda çəkilir. Həmin seriya bu ilin iyunun 12-də yayımlanıb. O övladları  ilə də birlikdə layihədə rol alacağını vurğulayıb. Aktyor həmçinin "Amazon MGM"nin  yeni filmində də çəkilib. O sonuncu dəfə  bu ilin iyunun 3-də Vyanada keçirilən "Austrian World Summit"də iştirak edib. 

Arnold xeyriyyəçi kimi də tanınır. O Los-Ancelesdəki meşə yanğınlarına 1 milyon dolar ianə edib. Onun eyni zamanda "AI" əsasında "Rəqəmsal ikilik" modeli üzərində işlədiyi barədə də xəbərlər var.

Brüs Uillis Hollivudun aksiyon filmlərinin unudulmaz siması... O artıq aktiv aktyorluqla məşğul olmur. 2022‑ci ildə afaziya diaqnozu qoyulduğu üçün karyerasına ara verdi və 2023‑cü ildə bu vəziyyət frontotemporal demensiyaya çevrildi. Aktyor yavaş-yavaş danışıq qabiliyyətini də itirmək üzərədir. O, evdə ailəsi - həyat yoldaşı Emma Heminq və beş qızı (Rumer, Skout, Tallulah, Mabel və Evelyn) ilə birlikdə yaşayır. Ailəsi və dostları onun yanında olur. 

Emma Heminq, bu payız "The Unexpected Journey" adlı kitabını nəşr edəcək. O burada o, həyat yoldaşına baxıcılıq təcrübələrini, gündəlik hisslərini bölüşərək, digərlərinə dəstək olmağı hədəfləyir. Ailənin sosial mediada paylaşdığ paylaşımlar göstərir ki, Brüs ailə mühitində sakit, dinc və zaman-zaman gülümsəyən halda vaxt keçirir. 

Jan-Klod Van Damm isə həmkarlarından fərqli olaraq film layihələrində aktiv iştirak edir. 65 yaşlı ulduz çəkilişdə olan və ya son illərdə çıxmış bir neçə aksiyon filmində aktyor və prodüser kimi fəaliyyət göstərir. Gələcək layihələrdə isə  jiu‑jitsu kimi döyüş texnikalarını əlavə etmək niyyətindədir. Media və siyasi mövzulara da maraq göstərərək, beynəlxalq arenada "Sülh elçisi" rolunu müzakirəyə qoyur. O kino sahəsində aktivdir və yeni layihələrlə məşğuldur. Aktyor bu  ilin yanvarında yayımlanan "Le Jardinier" ("The Gardener") komediya filmində Van Damme baş rolu oynayıb. "Darkness of Man"  filmində isə İnterpol agenti rolunu canlandırıb. İlin sonunadək "Battle Run" filmində də çəkiləcək. 

Ceyson Steytem da həmkarı Van Damm kimi aktiv aktyorluq qrafikinə malikdir. O yeni filmlər çəkir. Eyni zamanda prodüser kimi fəaliyyət göstərir.  O indi teatr-rəqəmsal yayımı təqdimatlar ilə məşğuldur. Aktyor bu il çəkilən "A Working Man" adlı dram filmində Statham Levon Cade rolunda idi.  Film həftəsonu ABŞ-da 15.2 milyon dollar gəlir toplayaraq "Snow White" filminin reytinqini yenilədi. Hazırda  o "Untitled Ric Roman Waugh" filminin çəkilişlərində iştirak edir. Aktyor burada baş rolu ifa edir. Obrazın adı "Mason"dır. Çəkilişlər bu ilin fevral–mart aylarında Böyük Britaniya və İrlandiyada başlayıb.  Onun "Mutiny", "Fast X: Part 2" və "The Beekeeper 2" kimi filmləri isə gələn il ekranlaşdırılacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 İyun 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see290

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see286

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see269

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see265

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see241

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see232

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see217

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see216

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see215

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see211

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see201

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see196

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see179

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see174

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri