Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Homosistein Ürəkdamar xəstəliklərinə səbəb olan maddə

Homosistein Ürəkdamar xəstəliklərinə səbəb olan maddə

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Homosistein (HS) amin turşusudur, orqanizmdə sintez olunmur və qida məhsullarının tərkibində  yoxdur.

O, əvəzolunmaz amin turşusu olan və qida məhsulları ilə daxil olan metioninin çevrilmə məhsuludur. Metioninin əsas qida mənbələri: ət, yumurta, süd məhsulları, kəsmikdir. Homosistein toksik maddə olduğundan hüceyrədə onu xaric edən mexanizmlər mövcuddur. Normada metioninin metabolizmi zamanı əmələ gələn homosistein sağlam orqanizmdə sistein, qlütation yaxud  yenidən metioninə çevrilərək zərərsizləşdirilir. Lakin bəzi patoloji vəziyyətlərdə homosisteinin çevrilməsi pozulur, o qanda artıq miqdarda toplanır, homosisteinemiya yaranır.                                                                                                                      

Hansı hallarda qanda HS səviyyəsi artır?                                                                                                   

- fol turşusu, vitamin B6,B12-nin defisiti: HS-nin metabolizmi - sistein yaxud yenidən metioninə çevrilməsi  birbaşa bu vitaminlərdən asılıdır    

- fol turşusunun qeyri-aktiv formasını onun aktiv forması olan  metiltetrahidrofolata çevrilməsini təmin edən 5, 10  metilentetrahidrofolatreduktaza fermentinin genetik defekti yaxud aktivliyinin zəifləməsi                                                                                                                                     

- homosisteinuriya (HS-nin  metabolizmində iştirak edən fermentlərin genetik defekti)                                                                                           

- orqanizmə metionin çox daxil olduqda (heyvan mənşəli qidalara üstünlük verildikdə)                             

- neoplastik proseslər, hipotireoz, psoriazın ağır gedişatı                                                                                                          

- sitostatiklərin, estrogentərkibli hamiləlikəleyhinə preparatların, epilepsiyaəleyhinə preparatların  qəbulu                                                                                                                                      

- tütün, alkoqol və kofedən sui- istifadə

- böyrək xəstəlilikləri (HS böyrəklər vasitəsilə xaric edilir).       

Qanda toplanmış HS-nin əsas hədəfi damar endotelisidir: o ilk növbədə  damarların iç qişasını  zədələyir, tromboksan A-nın sintezini və trombositlərin aqreqasiyasını sürətləndirir, prokoaqulyant aktivliyə malikdir.  Zədələnmiş endotelidə  iltihab prosesi inkişaf edir və həmin  iltihablaşmış nahiyəni  bərpa etmək üçün orqanizm tərəfindən tikinti materialı qismində  xolesterin və kalsium səfərbər olunur. Göründüyü kimi, xolesterin tərkibli  aterosklerotik düyünlərin əmələ gəlməsi artıq ikincili prosesdir, birincili səbəb isə homosisteinin səviyyəsinin artması və damardaxili divarın zədələnməsidir. Beləliklə, homosisteinemiya ürək-damar xəstəliklərinin inkişafında çox mühüm risk faktorudur.

Homosisteini 1932-ci ildə De Vigneud kəşf etmişdir, daha sonra homosisteinuriya sindromu aşkar olunmuşdur.  Mak Cully  qanında yüksək səviyyədə HS olan xəstələri dərindən tədqiq etmiş və hiperhomosisteinemiya ilə  ağır damar xəstəliklərinin arasında birbaşa əlaqə olduğunu aşkarlamışdır. Bu tədqiqatlar onun 1975-ci ildə təklif etdiyi aterosklerozun homosistein teoriyasının əsasını qoymuşdur. Bu teoriyaya əsasən, homosisteinin səviyyəsi, vitamin çatışmazlığı və ürək xəstəlikləri arasında sıx əlaqə var.  Çoxsaylı tədqiqatların nəticələrinə əsasən, plazmada HS-nin səviyyəsinin 5 mkmol/l artması ürək-damar patologiyasının inkişaf ehtimalını 1,3-1,7 dəfə artırır. Bundan əlavə, Alsheymer xəstəliyinin yaranması, şəkərli diabet olan  xəstələrdə müxtəlif damar fəsadların (nefropatiya, retinopatiya, mikroangiopatiya) əmələ gəlməsi daha tez-tez rast olunur. Digər laborator müayinələrlə yanaşı (xolesterin, fibrinogen, yüksək və aşağı sıxlıqlı lipoproteidlər, C-reaktiv zülal) ürək-damar patologiyaları üzrə risk qrupundan olan pasiyentlərdə  homosisteinin səviyyəsinin təyini çox vacibdir.

Daha hansı hallarda HS səviyyəsinin təyini vacibdir?

- homosisteinuriyaya irsi meyillik olduqda  uşaqda  xəstəliyin diaqnostikası üçün                   

- yaxın çevrədə  insult və infarktdan tez dünyasını dəyişənlər olduqda                                                                            

- vitamin B6, B12 və fol turşusu qıtlığı ilə müşahidə edilən yanlış qidalanma  zamanı                               

- sorulma prosesinin pozulması (malabsorbsiya sindromu) ilə müşahidə edilən mədə-bağırsaq xəst-ri (xroniki mədə bağırsaq xəstəlikləri zamanı çoxsaylı damar fəsadları məhz bununla izah edilir; həmçinin B12 vitamininin mənimsənilməsi pozulduqda xəstə anemiyadan çox insult və infarkt təhlükəsi ilə üzbəüz qalır)                                                                                                            

- böyrək patologiyaları olduqda

- zərərli vərdişlərə meyilli insanlarda (narkotik, alkoqol, kofe.....).

Yaş artdıqca HS-nin səviyyəsi tədricən yüksəlir: bu böyrəklərin funksiyasının yaşla əlaqəli zəifləməsi ilə bağlıdır.

Səbəbindən asılı olaraq müvafiq müalicə strategiyası qurulur (məs., böyrək xəstəlikləri zamanı böyrəklərin müalicəsi və s.). Lakin bir çox hallarda HS səviyyəsinin yüksək olması məhz B6-B12-fol t-su çatışmazlığı ilə əlaqəli  olur; yaşıl yarpaqlı tərəvəzlərin, meyvələrin geniş istifadəsi, B qrup vitaminlərin müvafiq dozada qəbulu, qırmızı ət və ondan hazırlanmış məmulatların məhdudlaşdırılması çoxsaylı problem və fəsadlardan azad edə bilər. Normal göstəricilər: qadınlarda - 5-12 mkmol/l, kişilərdə - 5-15 mkmol/l.

Məqalə Bioloji Təbabəbət Klinikası tərəfindən təqdim olunub

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri