Honkonqda çoxmərtəbəli binada yanğın olub
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Honkonqda (Çin - red.) çoxmərtəbəli binada baş verən yanğından sonra azı bir nəfər ölüb, digərinin vəziyyəti ağırdır və 300-dən çox insan təxliyə edilib.
Bakıvaxtı.az-ın "South China Morning Post" qəzetinə istinadən verdiyi məlumata görə,Metropolisin şimal-qərbindəki yeni ərazilər adlanan torpaqlarda yerləşən "Yoho Town" yaşayış kompleksində gecə yanğın baş verib.
İlkin məlumatlara görə, yanğına elektrik naqillərindəki nasazlıq səbəb ola bilər. Səhərə qədər yanğınsöndürənlər alovu söndürə bildiriblər.
Yanğının başladığı mənzildə axtarış apararkən xilasedicilər huşsuz vəziyyətdə uzanmış bir kişi və bir qadın aşkar ediblər. 56 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb, 54 yaşlı qadın isə komadadır. Yanğınsöndürənlər binadan 320 sakini təxliyə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 11 Yanvar 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















