Honq Konqda 4 mindən çox insanın yaşadığı kompleksi alova büründü: 40 dan çox ölü var, yüzlərlə insan yoxa çıxıb FOTOLAR
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Çinin xüsusi inzibati bölgəsi olan Honq Konqda təxminən 4000 nəfərin yaşadığı səkkiz binalı yaşayış kompleksi yanğına qərq olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bütün kompleksi sarıyan güclü yanğın nəticəsində 42 nəfərin ölümü təsdiqlənib.
Məlumata əsasən, 35 nəfər müxtəlif dərəcəli yanıq və digər xəsarətlərlə xəstəxanaya aparılıb: "Hələ indiyə qədər alovlar altında qalan 300 nəfərədək sakindən isə xəbər yoxdur. Onların taleyi bəlli deyil".
Xəbərdə deyilir ki, hələ də yüksəkmərtəbəli binalarda yanğınıə söndürmək mümkün olmayıb: "Noyabrın 26-da yerli vaxtla saat 15:51-də Hon Konqun Tay Po rayonunda yerləşən kompleksdə yerləşən təxminən 1900 mənzilli göydələnlərdə başlayan yanğın qısa zamanda bütün kompleksi bürüyüb. Yanğınsöndürənlər yanğını nəzarətə ala blməyiblər. Çünki binanın xarici görünüşünü gözəlləşdirmək üçün quraşdırılan bambuk iskələlər yanğının sürətli yayılmasında mühüm rol oynayır..."
Tahir Şəlvəli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Noyabr 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















