Icma.az
close
up
RU
Hormon balansı pozularsa ciddi sağlamlıq problemləri yarana bilir

Hormon balansı pozularsa ciddi sağlamlıq problemləri yarana bilir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Referans klinikasının Bayıl filialının Baş həkimi, endokrinoloq Dr. Jalə Oqtayzadə hormon sisteminin sağlamlığı, diabet, tiroid xəstəlikləri, polikistik yumurtalıq sindromu və digər aktual endokrin problemlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Endokrin sistem nə edir və bu sistemdə problem yarananda nə baş verir?


Endokrin sistem insan bədənində hormonlar vasitəsilə orqan və toxumaların fəaliyyətini tənzimləyən həyati əhəmiyyətli bir sistemdir. Bu sistemə hipofiz vəzi, qalxanabənzər vəzi, böyrəküstü vəzilər, mədəaltı vəzi və cinsiyyət vəziləri daxildir. Endokrin sistem maddələr mübadiləsi, böyümə, inkişaf, stressə cavab və reproduktiv funksiyaların idarə olunmasında mühüm rol oynayır. Əgər hormon balansı pozularsa, bu zaman diabet, qalxanabənzər vəzi xəstəlikləri, sonsuzluq, depressiya və osteoporoz kimi ciddi sağlamlıq problemləri yarana bilər. Endokrin pozuntular vaxtında aşkarlanmadıqda bədənin bütün sistemlərinə zərər verə bilər.

– Diabetin müalicəsində ən son hansı üsullar və yanaşmalar mövcuddur?


Diabetin müalicəsində artıq yalnız qandakı şəkəri salan dərmanlar deyil, həm də ürək və böyrəkləri qoruyan preparatlardan istifadə olunur. Bu yanaşma xəstənin ümumi sağlamlığını daha yaxşı qorumağa imkan verir. Eyni zamanda texnologiyada da mühüm irəliləyişlər müşahidə olunur – məsələn, qanda şəkəri daim izləyən kiçik cihazlar və insulin verən nasoslar xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Diabetin müalicəsi fərdi şəkildə aparılır, yəni həkimlər xəstənin yaşı, çəkisi və yanaşı xəstəliklərini nəzərə alaraq müalicə planı hazırlayırlar.

– Tiroid problemlərini necə başa düşmək olar və bu problemlər necə müalicə olunur?


Tiroid vəzi boynun ön hissəsində yerləşən kiçik bir vəzidir, lakin bədənin enerji səviyyəsi, maddələr mübadiləsi və ümumi sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Tiroid hormonlarının çox ifraz olunması (hipertiroidizm) və ya az ifraz olunması (hipotiroidizm) bir sıra əlamətlərlə özünü büruzə verir. Bu əlamətlərə yorğunluq, arıqlama və ya kökəlmə, saç tökülməsi, əsəbilik və digər dəyişikliklər daxildir. Bundan əlavə, qalxanabənzər vəzidə düyünlər əmələ gələ bilər və bu düyünlər xoşxassəli və ya bədxassəli ola bilər. Onları ayırd etmək üçün biopsiya müayinəsi aparılır. Təəssüf ki, son dövrlərdə elektron cihazlara meyilliliyin artması səbəbindən uşaqlarda da bədxassəli düyünlərin sayı artmaqdadır.

– Polikistik yumurtalıq sindromu nədir və bu vəziyyət hormonlara necə təsir edir?


Polikistik yumurtalıq sindromu (PCOS) qadınlarda ən çox rast gəlinən hormonal pozuntulardan biridir. Bu zaman qadının yumurtalıqlarında çoxlu sayda kiçik kistalar əmələ gəlir, lakin əsas problem hormon balansının pozulması ilə bağlıdır. PCOS aybaşı gecikməsi və ya ümumiyyətlə olmaması, dəridə ağrılı sızanaqların yaranması, üzdə və bədəndə tüklənmə, saç tökülməsi, çəki artımı və sonsuzluq kimi əlamətlərlə müşayiət olunur. Bu sindrom müalicə olunmadıqda gələcəkdə yumurtalıq xərçəngi riskini artıra bilər.

– Testosteron səviyyəsinin yüksək və ya aşağı olmasının sağlamlığa hansı təsirləri var?


Testosteron həm kişilərdə, həm də qadınlarda mövcud olan hormondur. Kişilərdə əsas kişi hormonu hesab olunur, qadınlarda isə daha az miqdarda olur. Bu hormonun səviyyəsi normadan yüksək və ya aşağı olduqda orqanizmdə bir sıra dəyişikliklər baş verir. Testosteron səviyyəsinin azalması yorğunluq, enerji çatışmazlığı, cinsi istəkdə azalma, ereksiya problemləri, əzələ kütləsində azalma, depressiya, osteoporoz və konsentrasiya pozğunluğu kimi əlamətlərlə müşahidə olunur. Bu hallar hər iki cinsdə rast gəlinə bilər.

– Endokrin xəstəliklərin genetik səbəbləri ola bilərmi və hansı testlər faydalıdır?


Bəli, bir çox endokrin xəstəliklərin genetik səbəbləri ola bilər. Bu o deməkdir ki, bu xəstəliklər ailədən keçə və irsi ola bilər. Əgər ailədə şəkərli diabet, tiroid, böyrəküstü vəzi və ya cinsiyyət hormonları ilə bağlı problemlər varsa, həmin şəxslərdə də bu xəstəliklərə meyl daha yüksək olur. Tip 1 və Tip 2 diabet, Haşimoto tiroiditi və ailəvi qalxanabənzər vəzi düyünləri və ya xərçəngləri genetik meyillilik göstərən xəstəliklər sırasındadır. Bu xəstəlikləri aşkar etmək üçün genetik testlər, antikor analizləri, ultrasəs və laborator müayinələr istifadə olunur. Ailəsində bu xəstəliklərə rast gəlinən və ya qeyri-adi simptomları olan şəxslər mütləq şəkildə genetik məsləhət almalı və müvafiq testləri etdirməlidirlər.

– Hormonal terapiya nədir və bu müalicənin riskləri nələrdir?


Hormonal terapiya bədənin hormon balansını bərpa etmək və ya tənzimləmək məqsədilə istifadə olunan bir müalicə üsuludur. Bu müalicə adətən hormon çatışmazlığı və ya artıq hormon ifrazı hallarında tətbiq olunur. Xüsusilə menopauza dövründə olan qadınlar, tiroid xəstəlikləri, polikistik yumurtalıq sindromu (PCOS), bəzi reproduktiv problemlər və bəzi növ xərçənglər üçün hormonal terapiyadan istifadə edilir. Lakin hormonal terapiya uzun müddət istifadə edildikdə ürək-damar sistemi üçün risklər yarada bilər. Bu səbəbdən terapiya yalnız həkim nəzarəti altında və fərdi qiymətləndirmə əsasında tətbiq olunmalıdır.

– Diabet və tiroid xəstəliklərindən qorunmaq üçün hansı pəhriz və həyat tərzi dəyişiklikləri etməliyik?


Diabet və tiroid xəstəliklərindən qorunmaq üçün sağlam qidalanma və düzgün həyat tərzi vacibdir. Şəkər və işlənmiş qidalardan uzaq durmaq, liflə zəngin qidaları (meyvə, tərəvəz, tam taxıl məhsulları) menyuya daxil etmək, gün ərzində ən az 30 dəqiqə fiziki aktivliklə məşğul olmaq və siqaret, alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur. Bu vərdişlər hormonal tarazlığı qorumağa kömək edir və metabolik xəstəliklərin qarşısını alır.

– Endokrin problemlərindən qorunmaq və sağlamlığı qorumaq üçün nə kimi gündəlik vərdişlərə diqqət etməliyik?


Endokrin sağlamlığı qorumaq üçün müntəzəm tibbi yoxlanışlardan keçmək, sağlam və balanslı qidalanmaq, şəkər və ağ un məhsullarından uzaq durmaq, hər gün aktiv həyat tərzi sürmək, stressi idarə etmək və kifayət qədər yuxu almaq vacibdir. Həmçinin, siqaret və alkoqol kimi vərdişlər hormon balansını poza bilər, bu səbəbdən bu vərdişlərdən çəkinmək məsləhətdir. Hormon səviyyələrini mütəmadi olaraq yoxlatdırmaq və erkən diaqnostika üçün həkimlə daimi əlaqədə olmaq sağlam qalmağın əsas şərtlərindəndir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 May 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri