Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Hörmüz boğazı açıldı

Hörmüz boğazı açıldı

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Neft tankerləri sərbəst hərəkət edir 

Yaxın Şərqdə müharibə yekunlaşdı - ən azından 60 gün ərzində silahlar susacaq. İsveçrədə  Pakistan və Qətərin vasitəliyi ilə baş tutan İran-ABŞ danışıqları müəyyən nəticələrlə yadda qaldı. Qeyd edək ki, ABŞ və İran arasında aparılan danışıqlar çərçivəsində dörd işçi qrupun yaradıldığı açıqlanıb. Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib. Onun sözlərinə görə, yaradılan qruplar sanksiyaların ləğvi, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf, eləcə də monitorinq istiqamətləri üzrə fəaliyyət göstərəcək.

İran təsdiqlədi...

Qaribabadi həmçinin bildirib ki, İranın dondurulmuş 12 milyard dollar vəsaitinin (iki tranşla 6 milyard dollar olmaqla) blokdan çıxarılması barədə razılaşmanın icra mərhələsinə keçidi başlayıb. Bundan əlavə, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün mexanizm, eləcə də Pakistan və Qətərin iştirakı ilə Livanda münaqişələrin qarşısının alınması bölməsi yaradılıb. Nazir müavini qeyd edib ki, texniki danışıqlar zamanı İran nefti, neft-kimya məhsulları, neft məhsulları və əlaqədar xidmətlərin satışına ümumi lisenziyanın verilməsi üçün zəruri addımlar atılıb.

O bildirib ki, ABŞ tərəfi bu məhsulların və xidmətlərin satışına dair ümumi lisenziya verib və dondurulmuş aktivlərin açılması ilə bağlı razılaşmalar əldə olunub.

Hörmüz  - müharibənin düyünü...

Müharibənin dayanması daha çox Hörmüz boğazının açılmasına və yenidən oradan neft tankerlərinin rahat hərəkətinə şərait yaratdı. Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən mühüm strateji dəniz keçidlərindən biridir. Bu boğaz Fars körfəzi ilə Ərəbistan dənizi arasında yerləşir və şimaldan İran, cənubdan isə Oman və BƏƏ ilə əhatə olunur. Ən dar hissəsinin eni təxminən 33 kilometr olsa da, gəmiçilik üçün istifadə edilən əsas zolaqlar daha dardır - təxminən 3 kilometr enində iki zolaq.

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Dünyada ixrac olunan neftin böyük hissəsi, təxminən 25 ifazi məhz bu keçiddən daşınır. Gündəlik təxminən 20 mlyon barel neftin buradan keçməsi onu qlobal enerji təhlükəsizliyinin əsas nöqtəsinə çevirir. Xüsusilə Səudiyyə Ərəbistanı, İraq, Küveyt, BƏƏ və Qətər kimi ölkələr üçün bu boğaz əsas ixrac yoludur.

Boğazın siyasi və hərbi əhəmiyyəti də böyükdür. İran burada mühüm nəzarət imkanlarına malikdir və müxtəlif dövrlərdə, xüsusilə müharibə  dövründə bu keçidi bağlamaqla hədələyib. Təsadüfi deyil ki, Yaxın Şərq müharibəsi dövründə də bu yaşandı. Bu isə dünya bazarında neft qiymətlərinə ciddi təsir göstərir. ABŞ və digər dövlətlər bölgədə hərbi mövcudluq saxlayaraq gəmiçiliyin təhlükəsizliyini qorumağa çalışır. ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarının əsas xidmət sahəsi də məhz keçidlə bağlıdır.

Tarixən də bu ərazi mühüm ticarət və münaqişə zonası olub. Xüsusilə İran-İraq müharibəsi zamanı burada genişmiqyasıl tanker hücumları baş verib. Bütün bunlara görə Hörmüz boğazı həm iqtisadi, həm də geosiyasi baxımdan dünyanın ən həssas və vacib nöqtələrindən biri hesab olunur.

Tramp elan etdi: 15 dəqiqəyə...

Vurğulandığı kimi, müharibə dövründə İran Hörmüz boğazını bağladı, ardınca isə ABŞ İrana qarşı məhz boğazda və Fars körfəzində blokada yaratdı. Artıq boğaz tam açıqdır. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün tam açıq olduğunu elan edib. Tramp İsveçrədə keçirilən ABŞ-İran görüşündən sonra Hörmüz boğazının gəmiçilik üçün tam açıldığını bildirib. “Hörmüz boğazındakı vəziyyət bizim üçün çox yaxşı inkişaf edir... Boğaz tam açıqdır”, - deyə Amerika lideri vurğulayıb.

ABŞ Prezidenti həmçinin bildirib ki, əvvəlki gün boğazdan əvvəlkindən daha çox neft tankeri keçib. ABŞ Prezidenti qeyd edib ki,  ABŞ ordusunun İranın dəniz limanlarını blokadası bombardmandan daha təsirli olduğunu sübut edib. ABŞ prezidenti Ağ Evdə jurnalistlərlə söhbətində deyib ki, Vaşinqton lazım gələrsə, tez bir zamanda bu taktikaya qayıdacaq: “Bilmək istəyirsinizsə, blokadanın bombardmandan daha təsirli olduğuna inanıram. Və deyərdim ki, 15 dəqiqədən sonra bunu yenidən etməyə hazırıq”, - deyə Tramp qeyd edib.

Daha sonra o, Ağ Evdə olan ABŞ müdafiə naziri Pit Heqsetdən blokadanın həqiqətən tez bir zamanda bərpa oluna biləcəyini soruşub. “Onlar (ABŞ ordusu) lazım gələrsə, indi hərəkətə keçməyə hazırdırlar”, - deyə Pentaqon rəhbəri cavab verdi.

Hörmüzdə hərəkət sərbəstdir

İran isə Hörmüzün açılması və blokadanın aradan qalxması ilə neft ixracının həcmini fevralın sonunda başlayan hərbi münaqişədən bəri ən yüksək səviyyəyə çatdırıb. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, hazırda strateji əhəmiyyətli boğazdan ABŞ-ın birbaşa sanksiya siyahısında olan 3 nəhəng supertanker keçid edir. Siyahıda adları çəkilən “Elva”, “Virgo” və “Vigor” adlı bu nəhəng gəmilərin göyərtəsində ümumilikdə təxminən 6 milyon barel xam İran neftinin olduğu bildirilir.

Dəniz naviqasiya xidmətlərinin qeydlərinə əsasən, sözügedən tankerlər Sinqapur rayonuna doğru hərəkət edir. İqtisadi analitiklər rəsmi Tehranın sanksiyalı neftinin adətən məhz Sinqapur limanları yaxınlığında koordinasiya edildiyini və oradan emal olunmaq üçün əsas alıcı qismində çıxış edən Çin Xalq Respublikasına göndərildiyini vurğulayırlar. Ekspertlər neft daşınmasındakı bu kəskin artımı bu yaxınlarda əldə olunmuş və İrana qarşı dəniz blokadasının aradan qaldırılmasını nəzərdə tutan yeni sülh sazişinin ilk birbaşa iqtisadi nəticəsi kimi qiymətləndirirlər.

İranın öhdəliyi...

İran tərəfi də öz növbəsində Hörmüz boğazının kommersiya gəmiləri üçün açılmasını təsdiqləyib. İranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyninin sözlərinə görə, Hörmüz boğazı kommersiya gəmiləri üçün tam açıqdır. “Son günlərdə Hörmüz boğazından çoxlu neftin keçdiyini gördük... Hörmüz boğazı kommersiya gəmiləri də daxil olmaqla gəmilər üçün tam açıqdır”, - deyə o, Cenevrədə jurnalistlərə bildirib.

Qeyd edək ki, ABŞ Hörmüz boğazından gəmilərin keçməsi üçün İranın zəmanətlərini açıqlayıb. ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, İran ABŞ ilə müqaviləsinin bir hissəsi olaraq Hörmüz boğazından gəmilərin sərbəst tranzitini təmin etməyə razılaşıb. “İsveçrədə baş tutan məhsuldar danışıqlara uyğun olaraq, İran Hörmüz boğazından sərbəst və açıq tranziti təmin etməyə və MAQATE müfəttişlərinin ölkəyə daxil olmasına icazə verməyə öhdəlik götürüb”, - deyə Bessent sosial mediada yazıb.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see268

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see266

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see259

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see245

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see244

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see233

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see223

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see223

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see221

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see219

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see219

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see217

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see211

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see211

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see209

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see206

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see198

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see185

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri