Hörmüz boğazı ilə bağlı 22 ölkə qüvvələrini birləşdirir
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) bəzi üzv ölkələri Hörmüz boğazında naviqasiyanı təmin etmək üçün tədbirlər hazırlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte "Fox News"a müsahibəsində bildirib.
Rütte ABŞ lideri Donald Trampın NATO-nu tənqid etməsinə baxmayaraq, onunla əlaqə saxladığını bildirib:
"Bilirəm ki, ABŞ prezidenti narazı idi, çünki Avropanın və digər müttəfiqlərin hərəkətə keçməkdə yavaş olduğunu düşünür. Amma xoş xəbər budur ki, cümə axşamı etibarilə əksəriyyəti NATO üzvləri olan 22 ölkədən ibarət qrup, üstəgəl Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, BƏƏ və Bəhreyn Hörmüz boğazında sərbəst gəmiçiliyin mümkün qədər tez təmin edilməsi vizyonunu həyata keçirmək üçün qüvvələrini birləşdirir. Beləliklə, biz artıq planlaşdırma mərhələsindəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 22 Mart 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















