ABŞ Hörmüz boğazı ilə bağlı yeddi ölkə ilə danışıqlar aparır
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Hörmüz boğazı ilə bağlı yeddi ölkə ilə danışıqlar aparır.
Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı bir neçə ölkə ilə təhlükəsizlik əməkdaşlığı məsələsini müzakirə edir.
Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda təxminən yeddi ölkə ilə danışıqlar aparılır. Məqsəd neft tankerlərinin strateji boğazdan təhlükəsiz şəkildə keçidini təmin etmək üçün birgə tədbirlər görməkdir.
O bildirib ki, bu ölkələr enerji resurslarını əsasən həmin marşrut vasitəsilə əldə etdikləri üçün təhlükəsizliyin qorunmasına töhfə verməlidirlər.
Tramp vurğulayıb ki, bu məsələ təkcə ABŞ-ın məsuliyyəti olmamalıdır:
“Onlar enerjilərini buradan alırlar. Mən həqiqətən istəyirəm ki, bu ölkələr gəlib öz ərazilərini qorusunlar və bizə dəstək versinlər”, – deyə o bildirib.
ABŞ prezidenti xüsusilə Çin-in də bu prosesdə iştirak etməli olduğunu qeyd edib. Onun sözlərinə görə, Pekin böyük həcmdə nefti məhz Hörmüz boğazı vasitəsilə idxal edir və bu dəhlizin təhlükəsizliyinin təmin edilməsində maraqlı olmalıdır.
Tramp sual edərək bildirib: “Hörmüz boğazı əslində Çin və bir çox başqa ölkələr üçün mövcuddur. Bəs niyə onu yalnız biz qoruyuruq? Niyə onlar da bu işdə iştirak etmirlər?”
Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən mühüm enerji nəqliyyat marşrutlarından biri hesab olunur və qlobal neft tədarükünün böyük hissəsi məhz bu strateji dəhlizdən keçir. Yaxın Şərqdə artan gərginlik fonunda boğazın təhlükəsizliyi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 Mart 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















