Hörmüz boğazında 2 nəhəng neft tankeri vurulub
Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dəniz təhlükəsizliyi üzrə məsləhət şirkəti "Marisks" iki nəhəng neft tankerinin Hörmüz boğazından keçərkən qısa fasilələrlə mənşəyi məlum olmayan obyektlərlə vurulduğunu bildirib.
Marja.az xəbər verir ki, Şirkətin məlumatına görə, Səudiyyə Ərəbistanının “Bahri” gəmiçilik şirkəti tərəfindən idarə olunan və nəhəng xam neft tankeri olan “Sidr” Omanın Xasab şəhərinin şimal-şərqində hərəkətdə olarkən vurulub.

“Sinokor” tərəfindən idarə olunan “Senegal Prosperity” gəmisi isə Omanın şərqində hərəkətdə olduğu zaman üç mərminin zərbəsinə məruz qalıb.
Marisks-in məlumatına görə, hər iki gəmi Fars körfəzindən çıxırmış.
“Bahri” və “Sinokor” şirkətləri hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.
Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bir tankerin Hörmüz boğazından çıxış tranzitini tamamlayarkən mənşəyi məlum olmayan üç mərmi ilə vurulduğunu bildirmişdi.
Qurum həmin gəminin kimliyini açıqlamamışdı.
Qeyd edək ki, yenidən neftin qiyməti 90 dolları keçib. Bakı vaxtı ilə saat 12:50-da Brent nefti 2,06% bahalaşma ilə 92,35 dollara ticarət olunub.
ABŞ və İran arasında qarşılıqlı hərbi cavab zərbələrinin yenidən başlaması və Hörmüz boğazında daşınma risklərinin artması fonunda neft qiymətləri ardıcıl iki gündür ardıcıl yüksəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 01 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















