Icma.az
close
up
RU
Hörmüzdə diplomatik dönüş: ABŞ İran təmasları qlobal enerji böhranını azalda bilər

Hörmüzdə diplomatik dönüş: ABŞ İran təmasları qlobal enerji böhranını azalda bilər

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ ilə İran arasında son aylarda artan hərbi-siyasi qarşıdurmanın mərkəzində olan Hörmüz boğazı ətrafında diplomatik irəliləyiş siqnalları qlobal enerji və maliyyə bazarlarında nikbinlik yaradıb. 

ABŞ Maliyyə naziri Skott Bessentin CNBC-yə verdiyi açıqlama göstərir ki, Vaşinqton hərbi təzyiq strategiyasını diplomatik kanallarla tamamlayaraq dünyanın ən mühüm enerji arteriyalarından biri hesab edilən Hürmüz boğazında normal gəmiçiliyin bərpasına çalışır.

Skott Bessentin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İrana ünvanladığı sərt xəbərdarlıqlardan sonra tərəflər arasında birbaşa təmaslar başlayıb və boğazın beynəlxalq ticarət gəmiləri üçün heç bir əlavə ödəniş və ya məhdudiyyət olmadan açıq saxlanılması barədə razılıq yaxın günlərdə əldə oluna bilər.

Bu açıqlama təsadüfi deyil. Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir. Dünyada dəniz yolu ilə daşınan xam neftin təxminən 20 faizi, mayeləşdirilmiş təbii qaz (LNG) ixracının isə əhəmiyyətli hissəsi məhz bu dar su yolundan keçir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və Qətərin enerji ixracı böyük ölçüdə Hürmüz boğazından asılıdır. Bu səbəbdən burada yaranan istənilən gərginlik neft və qaz bazarlarında dərhal qiymət artımına, sığorta xərclərinin  yüksəlməsinə və beynəlxalq yükdaşımaların bahalaşmasına gətirib çıxarır.

ABŞ Maliyyə naziri bildirib ki, hazırda boğazın hər iki istiqamətində enerji məhsulları, gübrə, kimya və sənaye qazları daşıyan yüzlərlə, hətta minə yaxın  gəmi hərəkətini gözləyir. Onun fikrincə, sərbəst  keçidin bərpası yalnız enerji bazarını deyil, bütövlükdə qlobal təchizat zəncirini rahatlaşdıracaq.

"Orada gözləyən və çıxmağı gözləyən yüzlərlə, hətta  1000-ə yaxın gəmi var. Qiymətlər aşağı düşdükcə böyük rahatlıq dalğası görə bilərik", deyə Bessent  bildirib.

Nazir xüsusi vurğulayıb ki, mümkün razılaşma heç  bir tranzit rüsumu və ya yeni keçid mexanizmi nəzərdə tutmur. Başqa sözlə, beynəlxalq dəniz hüququnun əsas prinsiplərinə uyğun olaraq ticarət  gəmilərinin sərbəst hərəkəti təmin ediləcək. Bu isə son həftələrdə bazarları narahat edən əsas  risklərdən birinin aradan qalxması deməkdir.

Skott Bessentin açıqlamalarından dərhal sonra beynəlxalq əmtəə bazarları müsbət reaksiya verib. ABŞ-ın WTI markalı xam neft fyuçersləri təxminən 4 faiz ucuzlaşaraq bir barel üçün 77 dolların altına düşüb. Bu, investorların Hörmüz boğazında hərbi eskalasiya riskinin azalacağına dair gözləntilərinin gücləndiyini göstərir.

Analitiklər hesab edirlər ki, əgər boğaz tam şəkildə təhlükəsiz fəaliyyətini bərpa etsə, neftin qiymətindəki risk əlavəsi tədricən aradan qalxacaq.  Bu isə inflyasiya təzyiqlərinin zəifləməsinə, nəqliyyat və logistika xərclərinin azalmasına, eyni zamanda enerji idxalından asılı ölkələrin iqtisadiyyatına müsbət təsir göstərə bilər.

Skott Bessent müsahibəsində qlobal maliyyə  bazarlarına da toxunaraq ABŞ və Yaponiyanın valyuta bazarında koordinasiyalı addımlar atdığını təsdiqləyib. Onun sözlərinə görə, Vaşinqton və Tokio yapon yeninin spekulyativ və iqtisadi əsaslarla izah olunmayan dəyər itkisinin qarşısını almaq məqsədilə bazara birgə alış müdaxiləsi həyata keçiriblər.

Nazir bildirib ki, Yaponiya hökuməti ilə sıx koordinasiya davam edir və bu əməkdaşlıq yalnız iki ölkənin maliyyə sabitliyi deyil, həm də qlobal kapital bazarlarında etimadın qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Skott Bessentin açıqlamaları göstərir ki, Vaşinqton Yaxın Şərqdə hərbi güc nümayişi ilə diplomatik danışıqları paralel şəkildə davam etdirməyə üstünlük verir. ABŞ üçün əsas prioritet yalnız İranla qarşıdurmanın idarə olunması deyil, həm də qlobal enerji bazarlarının sabit saxlanılması və dünya iqtisadiyyatında yeni inflyasiya dalğasının qarşısının alınmasıdır.

Əgər Hörmüz boğazı ilə bağlı razılaşma gerçəkləşərsə, bu, təkcə ABŞ və İran münasibətlərində deyil, həm də beynəlxalq enerji bazarlarında, dəniz daşımalarında və qlobal maliyyə sistemində son ayların ən mühüm geosiyasi dönüşlərindən biri kimi qiymətləndirilə bilər.

Siyasət şöbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Avqust 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri