Hörmüzdə neft tankeri vuruldu
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qətər Hörmüz boğazı yaxınlığında “Ər-Rukeyyat” adlı neft tankerinin vurulduğunu açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bunu beynəlxalq dəniz naviqasiyasına və qlobal enerji təhlükəsizliyinə qarşı qəbuledilməz hücum adlandırıb.
Məlumata görə, o, hücuma görə İranı məsuliyyət daşımaqda ittiham edərək, Tehrandan bölgənin təhlükəsizliyini təhdid edən addımları dayandırmağı tələb edib.
İran televiziyası isə İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına əməl etmədiyinə görə Qətərə məxsus neft tankerini vurduğunu açıqlayıb.
İran tərəfinin iddiasına görə, tanker ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Oman marşrutu ilə hərəkət etməyə çalışırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 07 İyul 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















