Hörmüzdə rabitə kanalı yaradılıb
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Hörmüz boğazında gərginliyin artmasının qarşısını almaq üçün xüsusi rabitə kanalı yaradılıb və artıq fəaliyyətdədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
"Münaqişələrin qarşısının alınması üçün rabitə kanalı yaradılıb və bu, son bir neçə gündə baş verən gərginliyin qarşısını almaq üçün istifadə edilir", - deyə o, deyib. Diplomat kanalın fəaliyyəti ilə bağlı texniki detalları açıqlamaqdan imtina edib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib ki, Doha tərəfdaşları ilə Tehranın iştirakı ilə regional dialoqun aparılması imkanlarını müzakirə edir. Əl-Ənsari qeyd edib ki, biz regional tərəfdaşlarımızla İran da daxil olmaqla regional ölkələrin danışıqlar masasına oturub narahatlıqlarını açıq şəkildə müzakirə etmələrinin məqsədəuyğun olacağı bir nöqtəyə necə çatmaq barədə müzakirələr aparırıq.
Arzu
Bu mövzuda digər xəbərlər:Hörmüzdə hərəkət dayandı
02 Mart 2026 18:22
Hörmüzdə hərəkət normallaşır
29 İyun 2026 15:57
Hörmüzdə eskalasiyanın qarşısının alınması üçün xüsusi əlaqə xətti yaradılıb
30 İyun 2026 17:00
Hörmüzdə neft qarşıdurması ANALİTİKA
23 İyun 2025 20:31
Hörmüzdə boğaza yığılan dünya...
18 Aprel 2026 10:33
Baxış sayı:39
Bu xəbər 30 İyun 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















