Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səhər saatlarında Hörmüz boğazında İranın icazə vermədiyi marşrutla hərəkət edən üç tankerdə partlayış baş verib və güclü yanğın başlayıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) ictimaiyyətlə əlaqələr şöbəsi öz saytında məlumat yayıb.
SEPAH-ın HDQ-si hadisələri tankerlərin naviqasiya və tanınma sistemlərini söndürməsi, eləcə də ABŞ ordusunun hərəkətləri ilə əlaqələndirib.
SEPAH-ın HDQ-si bildirib ki, İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydalar bütün gəmilərə dəfələrlə çatdırılıb. Qurum xəbərdarlıq edib ki, bu qaydaları pozaraq ABŞ hərbçilərinin köməyi ilə icazə verilməyən marşrutlarla hərəkət edən gəmiləri də eyni aqibət gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 08 Noyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















