Icma.az
close
up
RU
Hörmüzdən daşımalar artır, neft qiymətləri isə ucuzlaşır

Hörmüzdən daşımalar artır, neft qiymətləri isə ucuzlaşır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 iyun, AZƏRTAC

Hörmüz boğazından keçən tankerlərin sayının artması, neft və neft məhsullarının axınının nisbətən normal vəziyyətə qayıtması və ABŞ-İran danışıqlarında irəliləyişlərin əldə olunması fonunda dünya birjalarında neft qiymətləri ucuzlaşmağa davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda “Brent” markalı xam neftin bir bareli 76 dollara, “Light” nefti isə 72 dollara ticarət olunur.

Analitiklərə görə, tankerlərin açıq şəkildə Hörmüz boğazından keçməsi gəmi sahibləri arasında artan etimaddan xəbər verir. Çünki Beynəlxalq Dəniz Təşkilatı yüzlərlə gəminin Körfəzdən çıxmasına imkan verən təhlükəsizlik zəmanətləri aldığını açıqlayıb. İran və Oman isə Hörmüz boğazının idarə olunması, o cümlədən tranzit xərcləri ilə bağlı razılaşma üzərində işləməyə başladıqlarını bildirib. Bu, rəsmi Tehranın tranzit üçün ödəniş tələb edə biləcəyi ilə bağlı narahatlıqları artırıb. Həmçinin Oman bütün gəmilər üçün açıq olan müvəqqəti dəniz dəhlizi yaratmaq seçimi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiya yaradıldığını açıqlayıb. Hazırda bütün gəmilər üçün açıq olan müvəqqəti dəniz dəhlizi seçimi qiymətləndirilir və bu dəhlizdən istifadə etmək istəyən gəmilər IMO vasitəsilə əlaqələndirilməlidir. Omanın Nəqliyyat Nazirliyindən isə bildirilib ki, beynəlxalq dəniz hüququ çərçivəsində və ABŞ ilə İran arasında uğurlu diplomatik təşəbbüslərə uyğun olaraq Hörmüz boğazında gəmilərin keçidi heç bir ödənişsiz davam edir.

Gəmi izləmə şirkətlərinin məlumatına görə, iyunun 18-22-də Hörmüz boğazından gündəlik orta hesabla 34 olmaqla ümumilikdə 180-dək tanker keçib. Bu, müharibədən əvvəlki səviyyənin təxminən 25 faizini təşkil edir.

Qeyd edək ki, fevralın 28-də ABŞ/İsrail-İran müharibəsi başlamamışdan əvvəl Hörmüzdən gündəlik təxminən 130 ticarət gəmisi keçirdi. Lakin bu rəqəm müharibə zamanı bəzi günlərdə 1-ə qədər azalmış və müharibənin 100 günündə orta hesabla 10 ticarət gəmisi boğazdan keçmişdi. Beləliklə, ticarət gəmilərinin hərəkəti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 95 faizə qədər azalmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri