Horovlu kəndində əmək yarmarkası keçirilib
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib: uyğun namizədlərin qeydiyyatı aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azfen” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkası keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu kəndində yerləşən inzibati ofisində keçirilmiş yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunub.
Aktiv məşğulluq tədbirində vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Bundan başqa, yarmarkaya qatılan şəxslərə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə məlumatlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 17 Mart 2026 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















