Icma.az
close
up
RU
Hövsan Sağlamlıq Mərkəzi istifadəyə verildi

Hövsan Sağlamlıq Mərkəzi istifadəyə verildi

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Hövsan Sağlamlıq Mərkəzinin açılışı olub.

Gununsesi.info xəbər verir ki, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müşaviri Elnur Qurbanov, İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyev, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov və Mərkəzin Baş həkimi iştirak ediblər.

Müəssisə barədə məlumat verən Elçin Əmirov bildirib ki, son dövrlərdə ilkin səhiyyə xidmətinin Bakı şəhərində inkişaf etdirilməsi nəticəsində hər bir ailəyə tam əhatəli, bir mərkəzdən və keyfiyyətli xidmətin göstərilməsinin təmin edilməsində keyfiyyət baxımından yeni mərhələnin əsası qoyulub. Bu proses uşaq, şəhər poliklinikalarının, qadın məsləhətxanalarının, diaqnostik və ixtisaslı ambulator tibbi xidmətlərin bir mərkəzdən təşkilinə imkan verir.

Bu istiqamətdə pilot inteqrasiya modelinə uyğun olaraq, Hövsan qəsəbəsində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilmiş və Bakı Baş Səhiyyə Mərkəzinin balansına verilmiş binada ilkin səhiyyə xidmətləri təşkil edilərək Mərkəz istifadəyə verilib.

Hövsan Sağlamlıq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Mərkəz ərazidə fəaliyyət göstərən 23 saylı şəhər və 16 saylı uşaq poliklinikalarının işinə dəstək olmaqla yanaşı, artan əhali sayına uyğun olaraq tam tibbi xidmətin göstərilməsinə şərait yaradacaq.

Məlumat verilib ki, 60 000-dən çox əhaliyə xidmət göstərmək imkanına malik olan tibb müəssisəsi müasir avadanlıqlarla təchiz edilib. Hövsan Sağlamlıq Mərkəzində ümumilikdə 270 nəfər personal çalışacaq. Mərkəzdə

İlkin səhiyyə xidməti, İxtisaslı ambulator tibbi xidmət, Diaqnostik tibbi xidmət, Fizioterapiya və Tibbi bərpa şöbələri fəaliyyət göstərəcək.

Mərkəzin binası 1 zirzəmi və 3 mərtəbədən ibarətdir. Tam təmir olunmuş binanın kamera nəzarət sistemi, mərkəzi istilik sistemi, mərkəzi havalandırma sistemi, yanğından mühafizə sistemi, mərkəzi server sistemi, mərkəzi sterilizasiya sistemi mövcuddur. Həmçinin burada ayrıca transformator və lift quraşdırılıb.

Ümumi tikinti sahəsi 1745,43 m2, ümumi sahəsi 5886,48 m2 olan binanın geniş həyətyanı yaşıllıq zonası və 50 avtomobil üçün nəzərdə tutulmuş dayanacağı da mövcuddur.

Mərkəz Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksi, Qələbə küçəsi 7 ünvanında yerləşir.

Qeyd edək ki, əhalinin icbari tibbi sığorta çərçivəsində keyfiyyətli və əlçatan tibbi xidmətdən yararlanması, həmçinin səhiyyə xərclərinin optimal istifadəsinin təmin edilməsi məqsədilə birinci səviyyə səhiyyə xidmətlərinin inkişafı TƏBİB-in strateji hədəflərində qarşıya qoyulan əsas məsələlərdən biridir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri