Icma.az
close
up
RU
H.R.6534 saylı qanun layihəsi...

H.R.6534 saylı qanun layihəsi...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tarixi ədalətsizliyə son qoyulmalıdır

Son 11 ayda ABŞ-Azərbaycan münasibətləri yeni və daha dinamik mərhələyə qədəm qoyub. Cənubi Qafqazda əbədi sülhün təmin olunması istiqamətində aparılan danışıqlarda tərəflərin mövqelərinin yaxınlaşması, eləcə də qlobal təhlükəsizlik proseslərinə birgə töhfə verilməsi Bakı ilə Vaşinqton arasında yeni siyasi dialoq mühitinin formalaşmasına səbəb olub. Bu dialoq həm regional sabitlik, həm də beynəlxalq təhlükəsizlik arxitekturasının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. ABŞ Azərbaycanın regionda sabitləşdirici rolunu və geostrateji əhəmiyyətini daha aydın şəkildə dəyərləndirir - verilən qərarlar, ortaya qoyulan münasibət bunu təsdiqləyir. Azərbaycan isə öz növbəsində qlobal və regional proseslərdə tərəfdaşlıq imkanlarını genişləndirməyə çalışır. Bu əməkdaşlıq xətti yalnız mövcud əlaqələrin gücləndirilməsi ilə məhdudlaşmır, həm də tarixi münasibətlərin yenidən nəzərdən keçirilməsini zəruri edir. Belə bir şəraitdə ABŞ Konqresi tərəfindən 1992-ci ildə “Azadlığı müdafiə aktı”na əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən  qanunvericilik aktının, başqa sözlə, “907-ci düzəliş”ə yenidən baxılması məsələsi aktuallaşıb. Regional reallıqların tam dəyişdiyi, Azərbaycanın qlobal enerji təhlükəsizliyində, antiterror fəaliyyətində və sülh təşəbbüslərində mühüm tərəfdaş kimi tanındığı bir dövrdə bu düzəlişin saxlanılması artıq reallıqlara uyğun gəlmir. Buna görə də iki ölkə arasında yaranan yeni qarşılıqlı etimad mühiti bu tarixi ədalətsizliyə son qoyulmasını qaçılmaz etməkdədir.

907-ci düzəlişin ləğvi üçün...

Təsadüfi deyil ki ABŞ Konqresinə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edilib. Bu barədə Konqresinin saytında qeyd olunub. “9 dekabr 2025-ci ildə ABŞ Nümayəndələr Palatasına H.R.6534 saylı qanun layihəsi təqdim olunub. Layihə Azərbaycana yardım göstərilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Qanun layihəsinin təşəbbüskarı Respublikaçılar Partiyasından Florida ştatını təmsil edən konqresmen Luna Anna Paulinadır”, - deyə məlumatda vurğulanır. Qeyd edək ki, layihə baxılması üçün Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə göndərilib.

Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanmışdı. Prezidentin qərarında qeyd olunurdu ki, bu addım ABŞ-ın beynəlxalq terrorizmə qarşı səylərinin dəstəklənməsi üçün vacibdir və ABŞ Silahlı Qüvvələrinin və koalisiya tərəfdaşlarının hazırlığını dəstəkləyir. Eləcə də, vurğulanırdı ki, bu qərar Azərbaycanın sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır - Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarını zəiflətmir və Ermənistan əleyhinə istifadə olunmayacaq.

Trampın qərarı...

Nəzərə alsaq ki, Trampın 907-ci düzəlişin dayandırılması ilə bağlı qərarı bu ilin avqustun 8-də imzalanıb, bu bir daha, Vaşinqton görüşünün Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu təsdiqləyir. Son aylarda Bakı - Vaşinqton əlaqələrində intensivliyin yaşanması, dinamizmin müşahidə olunması, hətta ABŞ Konqresində Azərbaycanla bağlı yanaşmanın dəyişməsi münasibətlərdə yeni siyasi formatın formalaşdığının göstəricisidir. Əvvəllər Vaşinqton bölgəyə daha çox vasitəçi mövqeyi ilə yanaşırdısa, indi Azərbaycanla bərabərhüquqlu strateji tərəfdaşlıq müstəvisində əməkdaşlıq modelinə keçid müşahidə olunur. Bu, həm də onu göstərir ki, ABŞ Cənubi Qafqazda sabitliyi təmin edən yeganə real güc kimi məhz Azərbaycanın rolunu qəbul edib.

Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası...

Qeyd edək ki, rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən sözügedən düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Sonradan isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürüldü və erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edildi. 11 sentyabr 2001-ci ildə terror aktından sonra Konqres prezidentə düzəlişi ləğv etmək hüququ verən qanun qəbul etdi. Cozef Baydenin ABŞ prezidenti seçilməsinin ardından isə rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ləğv edilmədi.

Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır, ABŞ-n Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünü özündə ifadə edir. 907-ci düzəlişin ləğvi Vaşinqtonun siyasi arsenalında qalan iradə baryerinin aradan qaldırılması deməkdir. ABŞ-ın bu addımı onu göstərir ki, Vaşinqton Azərbaycanla əməkdaşlıqda siyasi təzyiq alətlərini deyil, qarşılıqlı maraq və reallığa əsaslanan yanaşmanı seçir.

Azərbaycan - ABŞ münasibətlərinin yeni inkişaf xətti...

Beləliklə, ABŞ-ın Cənubi Qafqazda sülhün dəstəklənməsi, kommunikasiya xətlərinin açılmasına müsbət yanaşması, regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün göstərdiyi siyasi iradə Azərbaycan - ABŞ münasibətlərinin yeni inkişaf xəttini formalaşdırır. Bu dəyişikliklərin fonunda 907-ci düzəlişin ləğvi regiondakı real münasibətlər sistemini bir az da irəliyə daşıyacaq. Sirr deyil ki, günümüzün regional dinamikası ğamam fərqli konturlara əsaslanır: Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin aparıcı iştirakçısı və Cənubi Qafqazda sülh gündəliyinin əsas aparıcı qüvvəsidir. ABŞ-ın da bu reallığı qəbul etməsi 907-ci düzəlişin aradan qaldırılmasını daha aktual edir.

Düzəlişin ləğvi yalnız siyasi jest deyil, həm də regionda inkişaf tempinə yeni nəfəs verəcək addım kimi dəyərləndirilməlidir. Cənubi Qafqazda dayanıqlı sabitliyin qurulması, münaqişə dövrünün qalıqlarının aradan qaldırılması və inteqrasiya prosesinin sürətlənməsi üçün bu addımın böyük təsiri olacaq. Xüsusilə Zəngəzur dəhlizinin açılması regional iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacaq və Şərq-Qərb nəqliyyat xəttində yeni strateji imkanlar yaradacaq.

ABŞ-ın Cənubi Qafqazda formalaşan yeni reallıqlara dəstəyi...

907-ci düzəlişin ləğvi həm regional, həm də ikitərəfli siyasi dialoqun gücləndirilməsində, regionda əməkdaşlığın stimullaşdırılmasında və Cənubi Qafqazın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirməsində əsaslı rola malik ola bilər. Bu addım həm tarixi ədalətsizliyi aradan qaldıracaq, həm də ABŞ-ın Cənubi Qafqazda yeni reallıqlara dəstəyini gücləndirəcək. Nəticə etibarilə, Bakı ilə Vaşinqton arasındakı münasibətlərin gücləndirilməsi, 907-ci düzəlişin ləğvi və regional əməkdaşlıq layihələrinin reallaşması Cənubi Qafqazın gələcək inkişaf xəttini müəyyənləşdirəcək əsas elementlərdəndir. Bu proses həm Azərbaycan, həm də ABŞ üçün qarşılıqlı fayda və strateji üstünlüklər yaradır.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri