Icma.az
close
up
RU
Daha bir absurd qanun layihəsi

Daha bir absurd qanun layihəsi

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ-da Gürcüstan hökumətini tanımamaq aktı hazırlanır. Bu haqda Helsinki Komisdiyasının sədri Co Uilson məlumat verib.

Yaxın günlərdə Konqresə qanun layihəsi çıxarılacaq. Həmin layihədə keçmiş prezident Salome Zurabişvilinin Gürcüstanda yeganə qanuni ali hakimiyyət təmsilçisi kimi tanınması təklif olunur. Əlbəttə, "yeni azad və ədalətli seçkilər keçirilənə qədər".

Məlum olduğu kimi, Zurabişvilinin səlahiyyətləri bu gün -dekabrın 29-da bitdi. Artıq yeni seçilmiş prezident Mixeil Kavelaşvili and içib öz vəzifəsinin icrasına başlayıb. Zurabişvili isə Orbeliani sarayını tərk edəcəyini, ancaq legitim prezident olaraq qaldığını bildirib. Daha əvvəl o, sarayı tərk etməyəcəyini demişdi. Ancaq baş nazir İrakli Kobaxidze bu halda Zurabişvilinin həbs olunacağını demişdi. Bundan sonra artıq keçmiş prezident fikrini dəyişdi; Prezident üçün ayrılmış Orbeliani sarayını tərk edəcəyini dedi. Bunun da ardınca ABŞ Konqresində onun legitimliyinin tanınacağı ilə bağlı xüsusi qanun layihəsinin çıxarılacağı haqda məlumat peyda oldu. Co Bayden administrasiyasının özünün son həftələrində Gürcüstana dair bu qanun qəbul oluna bilərmi?! Bunu zaman göstərər. Amma eyni qanun daha əvvəl Venesuela prezidenti Nikolas Maduro ilə bağlı da qəbul olunub. Dünyada ABŞ Konqresinin demokratik saymadığı onlarla, bəlkə daha da çox seçkilər olub. Bəzi seçkilərdən sonra inqilab olub, çevriliş olub, bəzi ölkələrdə bu cəhdlər uğursuz alınıb. Üstəlik bu və ya başqa ölkəyə, onun vəzifəli şəxslərinə, şirlətlərə sanksiyalar tətbiq olunur. Ancaq bu da həmişə effektli olmur. Elə ölkələr var, onillərdir, sanksiya altında yaşayır. Deməli, beynəlxalq, dövlətlərarası münasibətlərdə sanksiya siyasəti heç də onu yürüdənlərin gözlədiyi nəticələri vermir.

Gürcüstana gəlincə, ABŞ Konqresinə çıxarılması gözlənilən qanun layihəsi ilə bağlı başqa bir anlaşılmazlıq var. Buna hətta kuryoz da deyə bilərik. Layihə müəllifləri təklif edir ki, ABŞ Gürcüstanın yeni seçilmiş parlamentini, o parlamentin formalaşdırdığı hökuməti tanımasın. Eləcə də, yeni seçilmiş prezidenti də tanımamaq təklif olunur. Layihədə deyilir ki, yeni "azad və ədalətli seçki keçirilənə qədər" Salome Zurabişvili yeganə legitim hakimiyyət təmsilçisi kimi tanınsın. Təsəvvür edin: səlahiyyət müddəti bitmiş, artıq keşmiş prezidenti legitim saymaqda davam etmək təklif olunur. Üstəlik nəzərə alaq ki, Gürcüstan parlament respublikasıdər və hökuməti yeni seçilmiş parlament formalaşdırıb. Amma Vaşinqton bu hökuməti deyil, Zurabişvilini (keçmiş prezidenti) legitim sayırsa, belə çıxır ki, öz daxiıi qanunvericiliyi ilə yeni seçilmiş legitim hökuməti "devirir", səlahiyyət müddəti bitmiş bir şəxsi - faktik və yuridik olaraq kənar şəxs olan Zurabişviıini qanuni prezident elan edir. Əlbəttə, layihə qəbul olunsa. ABŞ kimi böyük və ciddi dövlət belə bir qeyri-ciddi addım atarmı?! Əlbəttə, inanmaq çətindir; normal məntiq bunun mümkün olmayacağını deyir. Bu layihə, sadəcə, özlüyündə Gürcüstana təzyiq cəhdidir. Amma Gürcüstan hökuməti də, hakim "Gürcü arzusu" partiyası da hələ seçkilərdən əvvəl deyib, sonra da dəfələrlə bəyan edib ki, ABŞ-la, Avropa İttifaqı ilə münasibətlərə "restart" komandası verəcək. Rəsmi Tiflis Qərblə dialiqu, tərəfdaşlığı bərpa etməyə çalışarkən, Qərbdə əksinə Gürcüstanı sinəsindən Rusiyaya, Çinə tərəf itələyirlər. Bunu necə başa düşmək olar?! Bu, əlbəttə, konstruktiv və effektiv siyasi yanaşma deyil. Bu, real olaraq ölkələri heç bir yaxşı nəticəyə aparıb çıxara bilməz. Heç bir ölkə başqa bir ölkədə özünə uyğun hakimiyyət təyin edə bilməz. Sözügedən layihənin məğzi budur ki, Vaşinqton Gürcüstanda istəmədiyi şəxsi vəzifəsindən "çıxarır", istədiyi bir adamı isə prezident "vəzifəsində saxlayır". Həm də hətta vəzifədə olanda da nominal fiqur, məhdud səlahiyyətli olmuş şəxsi.

Bu layihə qəbul olunsa, Gürcüstan Konstitusiyayasını heçə saymaqdır. Deməli, bu, gürcü xalqına da aşağılayıcı və iqnoredici münasibətdir. Çünki Gürcüstan Konstitusiyası referendumla - ümumxalq səsverməsi ilə qəbul edilib. ABŞ həmin referendumun nəticələrini tanımışdı, amma sözügedən akt layihəsində təklif olunur ki, Amerika əvvəldən tanıdığı Konstitusiyanı indi tanımasın.

Ən azı qəribədir.

Düşünürəm ki, bu layihə Konqresdən keçməyəcək. Hər halda keçsə, bu, çox absurd olar.

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri