“Hraparak”: Xaçaturyanın səhhəti pisləşib
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İnsanlar onun görünüşündə əhəmiyyətli dəyişikliklər hiss etməyə başlayıblar”
Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhəti son həftələrdə xeyli pisləşib. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Bildirilib ki, Prezident 27 oktyabr terror hücumunun ildönümü ilə bağlı tədbirlərdə iştirak etməyib və həmçinin Ermənistanda keçirilən COP-17 iqlim sammitində bir neçə tədbiri buraxıb.
Bundan əlavə, Şahzadə Talal Beynəlxalq İnsan İnkişafı Mükafatı 2025 mərasimi onun himayəsi altında keçirilir, lakin Xaçaturyan həmin tədbirdə də iştirak etməyib.
Dünən İspaniya Kraliçası və Səudiyyə Ərəbistanı şahzadəsinin yüksək vəzifəli qonaqlar üçün təntənəli qəbulu keçirilib, lakin Prezident təödbirdə iştirak etməyib.
"Bizim məlumatımıza görə, o, nadir hallarda iqamətgahına baş çəkir. Xaçaturyan uzun müddətdir xəstədir. İnsanlar onun görünüşündə əhəmiyyətli dəyişikliklər hiss etməyə başlayıblar", - qəzet yazıb.
Daha əvvəl yerli media orqanları prezidentin xərçəng xəstəliyinə tutulduğunu və ağciyər əməliyyatı keçirdiyini yazıb. Onun “Hayastan” Ümumerməni Fondunun qəyyumlar şurasının iclasından çəkdiyi və orada sağlam görünmədiyi şəkillər geniş ajiotaj yaradıb. “Sputnik Armenia” Prezident Administrasiyasına sorğu göndərib, lakin əvvəlki bütün sorğular kimi, bu da cavabsız qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 Oktyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















