Icma.az
close
up
RU
Hulusi Kılıç: Qəbələdə keçirilən TDT Zirvə Görüşü Türk dünyasında əməkdaşlıq və inkişaf istəyinin təzahürüdür

Hulusi Kılıç: Qəbələdə keçirilən TDT Zirvə Görüşü Türk dünyasında əməkdaşlıq və inkişaf istəyinin təzahürüdür

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 8 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü regional gündəliyin mərkəzi mövzusuna çevrilib. Zirvə Görüşü iştirakçıları Türk dünyasında əməkdaşlığın gələcəyinə yönəlmiş, regionda sülh və təhlükəsizliyə töhfə verən mühüm təşəbbüsləri müzakirə ediblər.

Bu fikri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA-nın (Sosial İnkişafa Dəstək İctimai Birliyi) Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib. Onun sözlərinə görə, tədbirin təşkili ən yüksək səviyyədə olub, Qəbələnin gözəlliyi ona xüsusi kolorit bəxş edib.

“Son 16 il ərzində Türk Dövlətləri Təşkilatı üzv və müşahidəçi ölkələr arasında dialoqa və konsolidasiyaya mühüm töhfə verib, geniş Türk dünyası məkanında əməkdaşlıq potensialının üzə çıxarılmasına kömək edib. Müasir TDT sadəcə əməkdaşlıq üçün struktur deyil, mühüm geosiyasi və strateji mərkəzlərdən biridir. Qəbələdə keçirilmiş TDT Zirvə Görüşü Türk dünyasında əməkdaşlıq və inkişaf istəyinin təzahürüdür”, - deyə İMZA İctimai Birliyinin nümayəndəsi türk dövlətləri arasında dialoq və əməkdaşlığın başqa ölkələrə qarşı yönəlmədiyini, TDT-nin isə mehriban qonşuluq, sülh və rifahın təşviq edilməsi üçün bir platforma olduğunu vurğulayıb.

H.Kılıç 2026-cı ildə digərləri ilə yanaşı, TDT ölkələri arasında birgə təlimlərin keçirilməsini təklifini səsləndirən Prezident İlham Əliyevin çıxışını yüksək qiymətləndirib. “Azərbaycan Prezidenti, Ali Baş Komandanının çıxışı türk dövlətləri arasında əməkdaşlığın yeni mühüm istiqamətini müəyyənləşdirdi. Təhlükəsizliyi təmin etmədən və güclü ordu mövcud olmadan qüdrətli dövlətin formalaşdırılması və ölkələrin mütərəqqi inkişafı qeyri-mümkündür”, - deyə keçmiş səfir bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zirvə Görüşü iştirakçıları qarşısında qaldırdığı mövzuların əhəmiyyətinə də diqqət çəkib. “Türkiyə liderinin 2024-cü ildə razılaşdırılan “Böyük Türk Dili” modeli və Ortaq Türk Əlifbası ilə bağlı söylədiyi fikirlər xüsusi maraq doğurub”, - deyə H.Kılıç qeyd edib.

Bundan başqa, İMZA İctimai Birliyinin nümayəndəsinin sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin TDT ölkələri arasında hərəkətlərin əlaqələndirilməsi və rəqəmsal əlaqənin gücləndirilməsi məqsədilə Kibertəhlükəsizlik Şurasının yaradılması təşəbbüsü maraq doğurub.

“Özbəkistan, Türkmənistan, Macarıstan, Qırğızıstan və ŞKTC liderlərinin çıxışları da məzmunluluq və türk dövlətlərinin qarşılıqlı fəaliyyətinə töhfə vermək istəyi ilə seçilib. Qəbələ Bəyannaməsinin 12 bəndinin əsasını siyasi iradə və gələcək əməkdaşlıq istəyi təşkil edib”, - deyən H.Kılıç Qəbələdə keçirilən Zirvə Görüşünün bütün türk dövlətlərinin maraqlarının reallaşmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri