Icma.az
close
up
RU
Budapeştdəki Zirvə görüşünün siyasi və iqtisadi mənzərəsi

Budapeştdəki Zirvə görüşünün siyasi və iqtisadi mənzərəsi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Macarıstanın paytaxtı Budapeşt mayın 21-də bir daha tarixə şahidlik etdi. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının geosiyasi qlobal güc kimi formalaşmaqda olduğunu nümayiş etdirdi. Bu görüş yalnız bir diplomatik hadisə deyil, həm də ortaq mədəni yaddaşın və strateji hədəflərin real platforması oldu.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu görüşdəki çıxışı isə həm təşkilata, həm də bütövlükdə türkdilli ölkələr arasında əlaqələrə verilən strateji önəmin aydın təzahürü idi. “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir”, – deyə Prezident Əliyevin sözləri təşkilat daxilində davamlılıq, həmrəylik və siyasi iradənin möhkəmləndiyini göstərir. Bu cür zirvə görüşlərinin siyasi çəkisi ilk növbədə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması ilə ölçülür. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Macarıstanın təşkilatla əməkdaşlığı və müstəqil siyasəti, təşkilatın Avropada dayaq nöqtəsi tapmasına şərait yaradır. Azərbaycan-Macarıstan münasibətləri bu baxımdan nümunəvidir: “Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.” Eyni zamanda, Prezidentin Qırğızıstanın TDT-yə sədrliyini yüksək qiymətləndirməsi və Bakıda keçiriləcək rəsmi Zirvə görüşünə dəvəti, təşkilatın daxili ritmini təmin edən siyasi nəzakət və həmrəylik ənənəsinin davamıdır. Cənab Prezident İlham Əliyevin çıxışının önəmli hissəsi bir də  iqtisadi əməkdaşlıq və regional logistik sistemlərin qurulması ilə bağlı idi. Təsadüfi deyil ki, dövlət başçısı 2024-cü ildə Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən keçən tranzit yüklərinin 11 milyon tona çatdığını diqqətə çatdırdı. Bu, yalnız statistik göstərici deyil – bu, Orta Dəhlizin funksionallığının real nəticəsidir. Azərbaycan son illər ərzində nəqliyyat infrastrukturlarına etdiyi böyük sərmayələrlə türk dünyasına ortaq xidmət göstərən logistik qovşağa çevrilmişdir: “Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.” Orta Dəhlizin rəqəmsallaşdırılması, Xəzər dənizində vahid rəqəmsal platforma yaradılması və Bakı gəmiqayırma zavodunda tikilən 10 yeni gəmi – bütün bunlar təkcə Azərbaycanın deyil, türk dünyasının tranzit imkanlarını genişləndirmək məqsədinə xidmət edir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması isə regional ticarətin mərkəzinin harada olduğunu artıq sual altında qoymur.  Zirvə görüşünün daha bir mühüm müzakirə mövzusu Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı oldu. Cənab Prezident İlham Əliyev bu tədbirin yalnız ekoloji deyil, eyni zamanda diplomatik uğur olduğunu belə ifadə etdi: “Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu.” 77 min iştirakçı, 197 ölkə, 70-dən artıq dövlət və hökumət başçısı – bu, təkcə tədbirin miqyası deyil, həm də Azərbaycanın və onun liderliyinin qlobal etimad göstəricisidir. Üstəlik, cənab Prezidentin vurğuladığı kimi, karbon bazarlarının tənzimlənməsi və yeni maliyyə hədəfinin müəyyən edilməsi kimi mühüm nəticələr də məhz Bakıda əldə olundu. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən imzalanan yaşıl enerji üzrə strateji saziş türk dövlətləri üçün yaşıl gələcəyə doğru ilk böyük addımlardan biridir: “Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.” Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü bir daha sübut etdi ki, türk dövlətləri ortaq tarixlərini, ortaq maraqlarını və ortaq gələcəyini eyni xəttə birləşdirməyi bacarıblar. Cənab Prezident İlham Əliyevin liderliyində Azərbaycan bu prosesin həm ideya müəllifi, həm də praktik icraçısı kimi çıxış edir. TDT artıq yalnız mədəni kimlik platforması deyil – o, qlobal iqtisadi sistemə inteqrasiya edə biləcək, siyasi çəkisini artıran və regional sabitliyə töhfə verən bir birlikdir. Budapeşt Zirvəsi bu həqiqətin təntənəli və bariz nümunəsi oldu.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 May 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri