Icma.az
close
up
RU
TDT nin Baş katibi: Budapeştdəki Zirvə görüşü türk əməkdaşlığının artan rolunu nümayiş etdirirdi

TDT nin Baş katibi: Budapeştdəki Zirvə görüşü türk əməkdaşlığının artan rolunu nümayiş etdirirdi

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 23 may, Günel Karatepe, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən təşkilatın Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün nəticələri ilə bağlı mətbuata açıqlama verib.

AZƏRTAC xəbər verir ki, Baş katib açıqlamasında TDT-nin üzv dövlətlərinin uzun müddətdir ortaq mədəni və tarixi irslə bir-birinə bağlı olduğunu bildirib. O qeyd edib ki, türk əməkdaşlığının müasir institutlaşması rəsmi olaraq 2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə başlasa da, bu əməkdaşlığın təməli hələ 1990-cı illərin əvvəllərində, türkdilli dövlətlərin ilk zirvə görüşlərində qoyulub. Həmin zirvə görüşü gələcək inteqrasiyanın əsasını təşkil edib.

Ötən ilin oktyabr ayında təşkilatın 15 illik yubileyinin Ankarada qeyd edildiyini xatırladan Baş katib bildirib ki, bu qısa, lakin dinamik dövrdə ölkələrarası əməkdaşlıq xarici siyasət və ticarətdən tutmuş rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişafa qədər 35-dən çox sahəni əhatə edəcək qədər genişlənib.

“Həmin dövrə qədər türk əməkdaşlığı çərçivəsində altı əsas qurum fəaliyyət göstərirdi. Bunlar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF), Türk Ticarət və Sənaye Palataları Birliyi (TTSB) və yeni yaradılmış Türk İnvestisiya Fondudur. Dövr müddətində BMT, İƏT, ICESCO və digər qurumlarla anlaşma memorandumları imzalanmaqla beynəlxalq təşkilatlarla tərəfdaşlıqlar da fəal şəkildə inkişaf edirdi. Sonuncu, Bişkek Zirvəsində dövlət başçıları bir sıra mühüm qərarlar qəbul etdilər ki, bunların əsaslarından biri də o təşkilatın yeni bayrağının təsdiqi oldu.

Təşkilatın dövlət başçılarının sonuncu qeyri-rəsmi Zirvə görüşü mayın 20 və 21-də Macarıstanın Budapeşt şəhərində baş tutdu. İlk dəfə idi ki, müşahidəçi statusuna malik bir dövlət - Macarıstan TDT zirvəsinə ev sahibliyi edirdi. Bu fakt Macarıstanın türk əməkdaşlığında artan rolunu nümayiş etdirirdi. “Şərq və Qərbin görüş nöqtəsi” şüarı altında üzv və müşahidəçi dövlətlərin liderləri əsas prioritet sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi strategiyalarını müzakirə etdilər. Görüşdə, həmçinin regional və qlobal əhəmiyyətli ortaq məsələlərə toxunuldu”, - deyə Kubanıçbek Ömüralıyev bildirib.

Zirvə görüşünün Budapeşt Bəyannaməsinin imzalanması ilə yekunlaşdıgını xatırladan Baş katib sözlərinə belə davam edib: “Bu sənəd TDT-nin strateji istiqamətini və regional inteqrasiyaya sadiqliyini bir daha təsdiqlədi. Bundan əlavə, liderlər “Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna qoşulması haqqında Qərar”ı imzaladılar. Bu, Türk dünyasında mədəni əməkdaşlıq və həmrəyliyin daha da dərinləşməsi baxımından əhəmiyyətli addım oldu. Həmçinin Əfqanıstanla bağlı Bəyanat qəbul edildi ki, bu da üzv dövlətlərin bu məsələdə vahid mövqeyini və koordinasiyalı yanaşmasını nümayiş etdirdi. Eyni zamanda, Təşkilat ölkələrinin xarici işlər nazirləri TDT-nin Macarıstandakı nümayəndəliyinin icraçı direktorunun təyin edilməsi barədə qərar qəbul etdilər. Bu qərar TDT-nin Avropadakı institutlaşmış mövcudluğunu və fəaliyyətini daha da gücləndirdi. Xarici işlər nazirləri, həmçinin “Şimali Kipr Türk Cümhuriyyətinə Türk Akademiyasında müşahidəçi statusunun verilməsi” qərarını da imzaladılar”.

Bildirilib ki, Zirvə görüşü çərçivəsində dünya şöhrətli alim və Nobel mükafatı laureatı professor Aziz Sancara Türk Dövlətləri Təşkilatının “Əlişir Nəvai” adına Beynəlxalq Mükafatı təqdim edilib. Bu mükafat onun elmə verdiyi böyük töhfələri, Türk dünyasının birliyi və kimliyinə sarsılmaz bağlılığını təqdir etmək məqsədilə təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri