Hülya Avşar Kanlı Nigar ı oynayacaq Xaraktercə oxşarıq
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəli məşhur müğənni və aktrisa Hülya Avşar “Qanlı Nigar” (“Kanlı Nigar”) adlı musiqili tamaşada baş rolu canlandıracaq.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi yeni rolu haqqında danışarkən canlandıracağı obrazla özü arasında oxşarlıqlar olduğunu bildirib.
“Qanlı Nigar hamını çox gözəl ram edir. Xaraktercə də bir az bir-birimizə oxşayırıq”, – Hülya Avşar qeyd edib.
Hazırda tamaşanın səhnələşdirilməsi üçün hazırlıq işləri davam etdirilir. Tamaşanın nümayiş tarixi isə hələlik açıqlanmayıb.
Tamaşa türk dramaturqu Sadık Şendilin eyniadlı əsəri əsasında hazırlanır. Əsərdə keçmişdə haqsızlıqlara məruz qalmış, sonradan öz haqqını müdafiə edən güclü qadın Nigarın həyatından bəhs olunur.
Tamaşanın rejissoru Fatih Dokgöz, prodüseri Onurcan Taşdır. Hülya Avşarla yanaşı, Altan Erkekli və Murat Dalkılıç da səhnəyə çıxacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 Oktyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















