Icma.az
close
up
RU
Humanizm mənəvi anlayışdan idarəçilik fəlsəfəsinə çevrilib

Humanizm mənəvi anlayışdan idarəçilik fəlsəfəsinə çevrilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yusif BAĞIRZADƏ
[email protected]

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti mühüm təzahürüdür. Bu addım təkcə hüquqi akt olmaqla kifayətlənmir, eyni zamanda, dövlətin insan amilinə verdiyi ali dəyəri, vətəndaş rifahını və ictimai sabitliyi prioritet kimi müəyyənləşdirən siyasi iradəni aydın şəkildə ortaya qoyur. Amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətinin gücünü həm də humanist və məsuliyyətli yanaşmadan aldığının göstəricisidir.

Məlumdur ki, müstəqil Azərbaycan dövlətinin ideoloji və hüquqi əsasları ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində formalaşıb. 1995-ci ildə qəbul edilən ilk Konstitusiya ölkənin suverenliyini, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu təmin edən möhkəm təməl rolunu oynayıb. Bu təməl üzərində inşa edilən dövlətçilik xəttinin ardıcıl və uğurlu davamı bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə təmin olunur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsünün irəli sürülməsi də məhz bu siyasi və hüquqi varisliyin məntiqi davamıdır.

Amnistiya aktı dövlət siyasətində humanizm və sosial ədalətin mərkəzi yer tutduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin fəaliyyətində insan amili əsas ideoloji dayaqlardan biri kimi çıxış edir. Bu yanaşma hüquq sistemində cəzalandırma siyasətinin yalnız repressiv deyil, həm də tərbiyəvi və islahedici xarakter daşımasını ön plana çıxarır. Dövlət açıq mesaj verir ki, məqsəd cəmiyyət üzvlərini cəzalandırmaq əvəzinə onları yenidən ictimai həyata inteqrasiya etmək, səhvlərdən nəticə çıxarmağa imkan yaratmaqdır. Bu isə sosial harmoniyanın qorunması və vətəndaşların dövlətə olan etimadının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Yeni amnistiya aktı sosial baxımdan həssas kateqoriyalara aid şəxsləri əhatə etməsi ilə də seçilir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində sağlamlığını itirmiş mülki şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər və yetkinlik yaşına çatmamış dövrdə cinayət törətmiş şəxslər bu humanist yanaşmadan faydalanacaqlar. Eyni zamanda, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsi nəzərdə tutulur. Bu yanaşma ədalət və tərbiyəvi məqsədləri uzlaşdıran balanslı dövlət siyasətini əks etdirir.

İlkin hesablamalara görə, amnistiya 20 mindən çox şəxsi əhatə edəcək ki, bu da müstəqil Azərbaycan tarixində ən genişmiqyaslı humanitar-hüquqi təşəbbüslərdən biri olacaq. Onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox şəxsin alternativ cəzalarla azad olunacağı, mindən artıq şəxsin isə cinayət məsuliyyətindən tam azad ediləcəyi gözlənilir. Qeyd olunan statistika dövlətin humanizm prinsiplərinə formal deyil, real və praktiki səviyyədə sadiqliyini nümayiş etdirir.

Amnistiya aktının “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülməsi heç də təsadüfi deyil. Bu fakt hüquqi və siyasi simvolizm baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Konstitusiya dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət müqaviləsidir. Amnistiya isə bu müqavilənin humanist tərəfinin işlək olduğunu nümayiş etdirir. Dövlət öz vətəndaşına yalnız tələb irəli sürmür, eyni zamanda ona ikinci şans verir. Bu yanaşma Azərbaycan cəmiyyətində hüquqa münasibətin sağlamlaşmasına təsir göstərir. Hüquq etimad üzərində qurulduqda daha dayanıqlı olur. Amnistiya aktı hüququn cəzalandırıcı mexanizmlə yanaşı, sosial nizamı qoruyan sistem kimi qəbul edilməsinə şərait yaradır. Bu isə uzunmüddətli perspektivdə hüquqi mədəniyyətin yüksəlməsinə və cinayətkarlığın azalmasına xidmət edən amillərdən biridir.

Eyni zamanda, amnistiya təşəbbüsü sosial inteqrasiya baxımından da əhəmiyyətlidir. Cəmiyyətdən kənarlaşdırılmış fərdlərin yenidən sosial həyata qaytarılması ümumi ictimai mühitin sağlamlaşdırılması deməkdir. Dövlət bu addımla göstərir ki, sosial marginallaşma probleminin həlli sosial reabilitasiya və məsuliyyət paylaşımı ilə mümkündür. Beynəlxalq kontekstdə də bu təşəbbüs Azərbaycanın hüquqi və siyasi imicinə müsbət təsir göstərir. Müasir beynəlxalq münasibətlər sistemində humanizm və hüquqi balans dövlətlərin reputasiya kapitalının mühüm hissəsinə çevrilib. Azərbaycan bu cür təşəbbüslərlə təsdiqləyir ki, həm regional güc, həm də məsuliyyətli və hüquqa əsaslanan idarəçilik modeli təqdim edən dövlətdir. Bu isə ölkənin beynəlxalq hüquq müstəvisində mövqelərinin möhkəmlənməsinə də töhfə verir. Amnistiya təşəbbüsü eyni zamanda dövlət institutlarının özünəinamının göstəricisidir. Güclü dövlət cəmiyyətində risklərdən qorxmur, əksinə, onları idarə edə bildiyini nümayiş etdirir. Yəni Azərbaycan dövləti ictimai sabitliyini təhlükə altında görmür, əksinə, humanist siyasətin bu sabitliyi daha da möhkəmləndirdiyinə inanır. Bu inam institusional gücün əsas şərtlərindən biridir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü dərin siyasi və hüquqi məzmun daşıyan strateji qərardır. Bu qərar Azərbaycan dövlətçiliyinin mahiyyətində duran humanizm, sosial ədalət və hüquqi məsuliyyət prinsiplərinin real idarəçilik praktikasına çevrilməsinin təzahürüdür. Güclü dövlət anlayışı bu kontekstdə vətəndaşa verilən dəyər və onun taleyinə göstərilən diqqətlə ölçülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri