Icma.az
close
up
RU
Hun Quz... etnosoyluların əski Təbriz şəhəri

Hun Quz... etnosoyluların əski Təbriz şəhəri

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Avrasiya materikini tutan Türk dünyasında eyni etimoloji anlamda olan toponimlərin coğrafi məsafə baxımından xeyli uzaqlıqda yaranamsına səbəblər sırasında ilk növbədə minilliklər tarixi, mədəniyyət-təbəddülat mərhələləri, Türk xalqlarının “Böyük köçü”, cəmiyyət-dövlət quruculuğunun, maddi-mənəvi etnotəməl dəyərlərinin, etnodemoqrafik tərkibin dəyişilməsi...kimi amillər öncül yer tutur.

Sabir/Sovur/Sibir çölləri və yaylalarının, qarlı-buzlu və çay vadiləri ilə parçalanmış yurd ocaqlarının kökənli Hun-Quz...soykökünə irq və irs mənsubluğu olan qəbilə-tayfa toplumlarının yayıldığı yaşayış məkanlarının coğrafi adları əski Türk dillərinin şivə-dialekt fonetikasının, şifahi dil tələffüzünün təkamül və dəyişilmə xüsusiyyətlərini ifadə edib və e.ə. II-I minilliklərdə genişlənərək materikin bir çox ərazilərində kökənli toponimlərə çevrilmişlər. Nümunə kimi Abu-Su/Ob çayının ən böyük və gursulu sağ qolu olan İrtış çayı sahilində yerləşən Təbriz şəhəri/antrotoponimini göstərmək olar.

Eramızdan əvvəl VI əsrdə Qıpçaq çöllərini əhatə edən Sak-Quz-Oğuz....tayfa İttifaqlarının yenilməz sərkərdəsi və dövlət xadimi Tomirisin şərəfinə adlanan Tomiris/Toviris/Tavris/Təbriz....şəhəri toponimi etimoloji mənası ilə diqqəti cəlb edir.

Cənubi Sabir/Sibir çöllərində, Abu-Su/Ob çayı hövzəsinin yuxarı hissəsində-İrtış, Tobol, İşim...çayları boyunca (Hun-Quz..tayfa İttifaqları hüdudlarında) əski Türkdilli etnobirliklərin məskunlaşma əraziləri (yaşayış məntəqələri, coğrafi landşaft strukturu, kökənli tarixi-coğrafi yerlər..) ümumilikdə “Türk dünyası coğrafiyası”nın onomastika sahəsində tərkib hissəsi kimi xüsusi etimoloji-elmi təhlili tarixi, coğrafi və filoloji əhəmiyyət, ayrı-ayrı coğrafi hövzələr üzrə (Abu-Su/Ob-Yeni Su/Yenisey çayları arealı, Taymır-Yamal yarımadaları hüdudları) səciyyəvi protoTürk dil-ailə qrupları kəsb edir. Qədim dillərin (ket, evenk, yuq...) sintaksis və fonetik tərkib hissələrinin müasir şifahi-yazılı üslubuna uyğunluğu Paleolit dövrü Qulay arxeoloji mədəniyyət mərhələsinin milli-mənəvi irsinin ifadəsi kimi bir sıra arxeoloq-linqvistlər tərəfindən (Hun-Uygur əsilli etnoqraf və linqvistlər M.A.Kastren (1813-1852) və K.R.Donner (1888-1935), rus tədqiqatçıları V.İ.Anuçin (1875-1943), A.P.Dulzon (1900-1973), N.K.Karqer (1904-1943), E.A.Kreynoviç (1906-1985)...əsərlərində) qiymətləndirilib.

Abu-Su/Ob-Yeni Su/Yenisey çaylarının yuxarı axarlarının cənub hissələri əski Türkdilli Hun-Uyğur dil ailələrinin (Aral/Ural və Altay etnoailə birliyinə aid) şəcərə soyları olan kelt, selkup (səlcuqların əcdadları), əvəng/evenk...qəbilə-tayfalarının tarixən məskunlaşma məkanları olduğundan əksər coğrafi adlar bu dillərin dialekt-şivə tələffüzünə (şifahi nitq üslubuna) və dil fonetikasına uyğun yaranmış, yabançı dil assimlyasiyasının təsirini xeyli dərəcədə qarşısını almışdır.

Kelt dilində “qaranlıq”, “tutqunluq”, “qara rəng” mənasında “tom”, “toma/tuma” sözləri işlənilir, türk-moğol etnolinqvistik təməlinə/dialektinə uyğun olaraq “böyük”,”iri”, “uca”...mənalarına uyğundur.Hun-Quz tayfa birliklərinin xələfləri Böyük Kelt/MağaKet/Massaget qövmünün sərkərdəsi Tomiris (“Böyük Quz vələdi”) məhz Cənubi Sabir/Sibirin Qıpçaq çöllərində, Xəzər dənizi və Araz çayı sahillərində sak, skif...tayfaları da daxil olmaqla e.ə. I mminilliyin ortalarında (e.ə.570-520-ci illər) hakimiyyətdə olmuş, Əhəməni/Fars hökmdarı II Kiri (e.ə.560-530) məğlub etməklə (Araz çayının ərazilərində) Türk dünyası coğrafiyasında şərəfli tarixi səhifəsini yazmışdır.

Haşiyə. Təbriz, Tovuz, Oğuz...antrotoponimləri etimoloji anlamda Quz tayfa-qəbilə mənsubluğu olmaqla, qədim Türk dillərinin söz kökünün assimlyasiyasının ifadəsi kimi formalaşıb. Belə ki, keçən əsrin ortalarında ən geniş yayılan qadın adlarından Tövrüz/Töyrüz/Tovruz/Tovuz məhz Tomiris isminin dəyişilmiş formasıdır. Göründüyü kimi, Hun-Quz-Sak/Skif tayfa birliklərinə, eləcə də, yarım qol dil-ailə tərkibinə mənsub coğrafi məkan (bu hissədə Aral/Ural və Ulu Tanrı/Altay etnodil-ailə bölümlərinin qarşılığı təsdiq edilib) hüdudları isə Avrasiya materikinin orta və şimal enliklərini əhatə etmişdir.

Aşağı Hun-Quz/Tunquz çayının (uzunluğu 2999 km) yeni-Su/Yenisey çayına soldan qovuşan hövzəsində yaşayan Ketlərin (Səlcuqlar/Selkuplar, Əvənglər/Evenklər...ilə birlikdə) əski protoTürk dillərinə mənsubluğu M.A.Kastren, N.M.Qrişina (1949), Y.Q.Kotorova (1954) ...tərəfindən (“Ket dilinin qramatikası”, “Ket dilinin böyük lüğəti”) qeyd edilmişdir.

Cənubi Sabir/Sibir çöllərinin Təbriz şəhəri Abu-Su/Ob çayının qolu İrtış (Ərdış ismi əski Türkcə “güclü, iti sürətli”, “bərk axan”, “kənar sahilləri dağıdan” mənasında işlədilib) çayı hövzəsində, Tomsk vilayətində (mərkəzi Tomsk şəhəridir) yerləşir.

Bu toponimlər Tom/Tomi çayının adından götürülüb.

Arxeoloq-etnoqraf, filologiya elmləri doktoru, Tomsk Dövlət Pedaqoji institutunun professoru A.P.Dulzonun “Ket dili qramatikasına dair oçerklər” (1964), “Ket dili” (1966) kitablarında, eləcə də, “Qərbi Sibirin Ket toponimləri” (1959) məqaləsində Ket dilində “Tom”, “Tomi” sözlərinin “qara”, “qaranlıq” mənasında işlənildiyi və etimoloji mənşəyinə görə Türk-Moğol dilləri ailəsinə aid olduğu bildirilir (rus dilində “темный”, “темнота” ifadəsinin mənşəyi aydın olur).

Tomsk və İrkutsk Dövlət universitetlərinin tədqiqatçlı-müəllimləri A.M.Maloletko və M.N.Melkev fundamental elmi-nəzəri (“Sibirin qədim xalqları”, “Orxon yazılarının daş üzərində təsviri, VIII əsr”...kitabları) ilsübutlarla bildirmişlər ki, bölgənin kökənli xalqlarının (Xantilər, Evenklər, Mansilər, Ketlər, Yuqarlar...) etnomorfogenetik bağlılığı, etimoloji mənşəyi, soyköklərinin gen-qan mənsubluğu...əski Hun-Quz-Sak qəbilə-tayfa birliklərinin şəcərə davamlılığını sübut edir. Onların şifahi və yazılı dil üslubu eyni etnoailə kökündən rişləndiyi üçün minilliklərlə şivə dəyişikliyinə, dialekt-tələffüz təhrifinə, assimlyasiya təsirinə məruz qalsalar da, əski Türk mənsubluğunu milli-mənəvi dəyərlərlə yanaşı, yer adlarının yaranma tarixi və etimoloji mənalarında qoruyub saxlamışlar.

Cənubi Sabir/Sibir çöllərinin azsaylı Türkdilli xalqlarından Qaraqaşlıların sayı 2021-ci il məlumatına görə 800 nəfərə yaxındır (onlar rus mənbələrində Tofalar adlanır), dilləri Şərqi Sayan əcdadlı Sayat xalqları (2010-cu il məlumatına görə sayları 3700 nəfər) ilə doğma etnogenetik-linqvistik kökə bağlıdır, Buryat Respublikasının Oka nahiyəsində və Ər Qurd/İrkutsk vilayətində yaşayırlar. Anqara çayının sol qolu Oka çayı (uzunluğu 630 km) Sayat dilində Ok-xem/Ox kimi axan su mənasındadır, rusların işğalınadək bu cür adlanıb.

Milli-mənəvi Türk irsiinin qorunub saxlanılması kimi Sayatlar xalqı tərəfindən ənənvi keçirilən Uluğ Dağ/Böyük Dağ şölənini göstərmək olar. Uluğ/Ulu Dağ xitabı sakral dəyəri ilə Dağları himayə edən Boran xanın şəninə ünvanlanıb...

Şərqi Avropa düzəngahında, əski Hun-Uyğur-Quz-Sak...torpaqlarından axan ən uzun İtil/Volqa çayının sağ qolu olan Oka çayının (uzunluğu 1500 km) hidronim kimi etimoloji mənası əski Hun/Fin dilində joki/oki-çay anlamı kimi yozulur və bu çaya tökülən Tarus çayı sahilində eyniadlı şəhər (Moskva şəhərindən 130 km cənubda, Kaluqa şəhəri yaxınlığında) yerləşir.

Bölgənin coğrafi adlarının etnodil-etnoailə mənşəyinin eyniliyi və oxşarlığı barədə rus dilçi-alimlərindən M.R.Fasmer (1886-1962), 5 cildlik “Su adlarının rus lüğəti”, “Rus dilinin etimologiyası”, akademik V.N.Toporov (1928-2005), “Etimologiya”...əsərlərində fikirlərini bildirmişlər.

Tarus şəhəri (sahəsi 7,5 kv.km) haqqında sənədli məlumatlar XIII əsrə aiddir, məskunlaşma tarixi qədim dövrləri, kökənli Hun-Uyğu-Sak..xalqlarının (bu coğrafi ərazilər əski Türk dilliləri-Bəyaz Türklərin yurd yerləridir, Hun-Uyğur ailəsinin çoxsaylı qəbilə-tayfa dillərinin yayıldığı) qarşılıqlı və genişlənən hərbi-siyasi, iqtisadi-ticarət mərhələlərini əhatə etmişdir. Sabir/Sibir çöllərinin Təbriz şəhəri ilə Şərqi Avropa düzənliyinin Tarus şəhəri, hər iki Oka çaylarının....etimoloji köklərində məhz Türk dilinin və Türkdilli xalqlarının dialektik-leksik mənsubluğu ifadə olunmuş, bu coğrafi terminlərin yayılma miqyasının ilk növbədə Böyük xalqların “Böyük köç” yolu ilə eynilik təşkil etmişdir.

Göründüyü kimi, Təbriz, Tomiris, Touruz/Tovuz, Tarus, Tom....toponimlərinin elmi-nəzəri təhlili sübut edir ki, minilliklər ərzində yer adlarının əski dil-ailə etnomənsubluğu bir sıra dəyişiklilərə uğrasa da mənsub olduğu Xalqın tarixini, coğrafi hüdudlarını, filoloji dəyərlərini istənilən kəlmənin, sözün, ifadənin....etimoloji mənasında qoruyub saxlayır,

Bu Xalq sayca çox, ərazi baxımından xeyli böyük, milli-mənəvi irscə zəngindirsə...artıq Sübutun önlənməsi qaçılmaz/danılmaz olacaqdır...

Cənubi Sabir/Sibir-Qıpçaq çöllərinin açılan genişliyi kimi...

(ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri