Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Hun Quz Sak/Saxa diyarı Türk coğrafiyasının ulusları

Hun Quz Sak/Saxa diyarı Türk coğrafiyasının ulusları

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Yer kürəsinin Quru hissəsinin ən böyük sahələrindən olan Avrasiya materiknin əsasən yarımsəhra və quru çöl ərazilərində və iri çay hövzələrində əski Türk dilli qəbilə-tayfa İttifaqlarının yayılması 30 dərəcə şimal en dairəsindən şimal qütb dairəsinədək, cənubdan şimala doğru 5000 km-dən çox məsafəni əhatə edir, daimi donuşluq bölgələrini tutur. Deməli, qədim Türk etnobirlikləri üçün relyef-landşaft örtüyü və iqlim amilləri çətinliklər yaradan amillər olmamış, əksinə Güclü İradə, Yenilməz Əzm, İntəhasız Coğrafi Məkan, Bütöv Sərhədlər Hüdudu, Sarsılmaz Dini-Sakral Təməl....və Vahid Ailə-Dil Dəyərləri...yaranmasına, təşəkkülünə vəsilə olmuşdiur. Geniş coğrafi sərhədlər daxilində bu cür məkanlardan biri də Şərqi Sabir/Sibir yaylası və Sak/Saxa diyarı hüdudlarında çağlayan Uluxan Örüsü/Lena çayı hövzəsi (2,5 mln. kv.km) əski Türk dilli xalqlarının etnomilli, tarixi-coğrafi, mədəni təbəddülat mərhələrinin...elmi-nəzəri qiymətləndirilməsi baxımından mühüm dünyəvi əhəmiyyət kəsb edir.

Doğusu Böyük Bəhr Ümmanı/Sakit okean, quzeyi Daimi Donuşluq Ümanı/Şimal Buzlu okeanı, batısı Uluxan Örüsü/Lena çayı hövzəsi Şərqi Sabir/Sibir yaylası, dağ silsilələri, Sak/Saxa (Yaqutstan) diyarı Hun-Quz-Sak/Saxa...törənli coğrafi məkan kimi qədim minilliklərin Türk dilində yaranmış irsini qoruyub saxlamaqdadır-hidronimlərində, oronimlərində, antronimlərində... və protoTürk dilinin ilkin semantik-fonetik dəyərləri, kökənli Ailə-Dil zənginliyi, dialekt, şifahi və yazı tərzinin doğmalığı ifadə olunmaqla.

Mənbəyi-Bəygöl/Baykal gölünün qərb hissəsindəki eyni adlı dağ silsiləsinin 1470 m hündürlüklü yamaclardan başlayan və 4400 km uzunluqda cənubdan şimala doğri uzanan Uluhun/Uluxan Örüsü (Hun/Quz dilində “Ulu, böyük çay” anlamında) dünyanın ən böyük çayları onluğundadır. Hidrotoponim kimi əski Türklərin (Hun-Quz-Sak/Sax...qəbilə-tayfa İttifaqının xələfləri olan Əvənglər və Yaqutlar bu hövzədə demoqrafik üstünülk təşkil edir) dilində “Hunların yaşadığı ərazidə uzanan çay” mənasındadır. Etimoloji tərkib hissəsi olan, ümumTürk söz birləşməsi “örüs/örüş” kəlməsi filoloji təhlil, sintaksis məna baxımından “uzanan sıra, ard-arda axın” mənasındadır, bu sözlər Türk dünyasında indi də işlədilməkdədir.

Əski protoTürklər və ya Hunlar diyarından axan bu çayın mənbəyindən mənsəbinə qədər coğrafi məkanlara aid yer adlarının kökənliyi də Türk dilinin qədimliyini, e.ə. bu bölgələrdə intişar etmiş Təkamül/Təbəddülat ocaqlarının davamlı olduğunu ifadə edir, ilk növbədə yaşayış məntəqələrinə aid toponimlərdə olduğu kimi. Belə ki, bu çay ardıcıl, sıra üzrə 6 böyük yaşayış məntəqəsini birləşdirməklə-Üst-Küt, Kirən, Yaqut, Nəhriyyə, Alahun, Qarovul, Səngər, İstan....həm də bu şəhərlərin etimoloji tarixininn minillərlə ölçülən kökə söykəndiyinə coğrafi bir sübutdur...

Orotopnimlər kimi bu adlar yerli Hun-Quz-Sak/Saxa...dialektində yaransa da, XVII əsrin əvvəllərindən (1619-1628-ci illərdən) başlayaraq pravoslav rus kilsəsinin və əraziləri işğal edən kazakların inadkarlığı ilə xeyli sayda rus dilli toponimlər də yaranmışdır.

Uluhun/Uluxan Örüsünün mənbəyi yaxınlığındakı Üst-Küt şəhəri (1974-cü ildən inşa edilən Baykal-Amur dəmir yolu magistralı buradan başlayır) “çay üstündə toplanan, yaranan yer” anlamındadır, dilimizdəki “kütlə” sözünün etimoloji mənası ilə eynidir, yəni, Uluhun/Uluxan Örüsünə tökülən və Hun-Quz dağ qqurşağının cənub-qərb hissəsindən başlayan Küt çayı (Bəygğl/Baykal gölünün şimal-qərbində Bəygöl/Baykal silsiləsinin (yerli dildə “Bəyqalan daban” mənasındadır) 516 m hündürlüklü yamacdan başlayır, uzunluğu 408 km) sahilində yaranan yaşayış məntəqəsidir, çay boyunca 40 km uzanır, eni 1,5-2 km-ə çatır.

“Şimal diyarına açılan qapı” kimi dəyərləndirilən Üst-Küt şəhəri əski Hun-Quz tayfalarının yurd ocaqları olmuşdur, 1628-ci ildə rus kazakı V.E.Buqor (1600-1668) tərfindən tutulmuş, 1631-ci ildə digər rus kazakı İ.A.Qalkin (1568-1656) burada məskunlaşmış,rus kartoqrafı S.U.Remezovun (1642-1721) “1701-ci il. Sibir çertyoju kitabı”nda qeyd edilmişdir.

Üst-Küt şəhərindən 170 km aralıda Kirən şəhəri, Uluhun/Uluxan Örüsünə qovuşan Kirəncə çayı sahilində salınmışdır və 1630-cu ildə Hun-Quz qəbilələrinin yurdu kimi rus kazaklarının yürüşünə məruz qalıb, 1641-ci ildə mənsəbdən yuxarı yamacda bir kənd salınıb-1657-1659-cu illərdə bu yerlərdə olmuş, Uzaq Şərqdə Türk yurdlarının işğalına, ruslar tərəfindən ələ keçirilməsinə zəmin yaradan E.P.Xabarov (1603-1671, Xabarovsk şəhəri onun adını daşıyır) bu kənddə olub, orada dəfn edilib və onun adını daşıyır.

Əski Hun-Quz dillərində “kirli, qara rəngli” mənsı daşıyan Kirəncə çayı (Sağ və Sol Kirəncə çaylarının birləşməsindən yaranıb) Bəygöl/Baykal silsiləsinin 764 m qatından başlayır (uzunluğu 669 km), Uluhun/Uluxan Örüsünün sağ qoludur, dibi qara daşlarla örtülü olduğu üçün bu cür adlanıb və kənarındakı eyni adlı şəhər də 1775-ci ildən rəsmən məlumdur.

Dünyanın daimi donuşluq torpaqlarında salınan Türk yurdları sırasında Uluhun/Uluxan Örüsünün orta axarlarında və sol sahilindəki Yaqut şəhəri (adı, həm də qiymətli, nadir əski dini-sakral Tuymaada vadisində (700 kv.km-lik) yerləşir, vadinin incisi hesab edilir. Sak/Saxa dilində bu şəhərin etimoloji mənası “donuşluq yeri”-“dokuuskay” kimi səslənir. ProtoTürk dil şivələri və dialektlərinin təhrifi olsa da, məna özəlliyi saxlanılıb və “donmuş”, “buz bağlamış” tələffüzünə uyğun “dokuuskay” toponimi yaranmışdır.

1632-ci ildə bu şəhərə də rus kazakı P.İ.Beketovun (1600-1671) ayağı dəymişdir...Sabir/Sibir bölgəsinin tarixçisi, Alman mənşəli arxeoloq, Peterburq EA-nın akademiki İ.E.Fişer (1697-1771) qeyd etmişdir ki, onun yürüşləri Rusiya dövlətinin xeyiri üçün önəmli olmuşdur...(bu yurdda E.P. Xabarov, S.İ.Dejnyov (1605-1673), V.D.Poyarkov (XVII əsr), V.V.Atlasov (1661-1711)...kimi kazaklar da xüsusi tapşırıqları icra etmiş, rus mənşəli məskənlərinin salınmasında xüsusi rol oynamışlar.

Yaqut şəhərinin qədim hissəsində P.İ.Beketova heykəl ucaldılıb.

E.ə. IV-III minilliklərdə Tuymaada vadisində təşəkkül tapmış mistik-fəlsəfi dünyadərki təliminə uyğun formalaşmış əski Hun-Quz-Sak/Saxa xalqlarının dini-sakral təsəvvürlərinə əsasən 3 müqəddəs ocağı özündə birləşdirir:

-Çoçur-Muran dağı, Üst Xatun torpağı və Saysarı gölü...

Sak/Saxa yazıçısı, Yaqutstanın xalq şairi İ.M.Qoqolyevin (1930-1998) “Üçüncü göz” romanında bu sakral ocaqlarla bağlı, əski Türk mifologiyasının nəqlinə geniş yer vermişdir...

Uluhun/Uluxan Örüsü/Lena çayı yatağı və hövzəsi boyunca yayılmış toponimlərin sistemli təhlili bu tarixi Türk yurdlarının kerçək filoloji və coğrafi dəyərlərinin hələ də minilliklərin yad təsirindən qorunduğunu göstərir...

(ardı var)

R.S. Saxa Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2122 saylı Sərəncamı ilə hər ilin 02 iyulu - Uluhun/Uluxan Örüsü/Lena çayı Günü kimi qeyd edilir. Bu çayın sahilini 80 km məsafə tutan, 200 m ucalığa çatan Uluhun/Uluxan Örüsü/Lena Qayaları 2012-ci ildən Ümumdünya İrs-YUNESKO siyahısına daxil edilmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri