Icma.az
close
up
RU
Hüquq hamı üçündür: Hüquqi maariflənmə niyə vacibdir?

Hüquq hamı üçündür: Hüquqi maariflənmə niyə vacibdir?

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Hər bir cəmiyyətin əsas təməl prinsiplərindən biri hüquqdur. İnsanlar arasında ədalət, bərabərlik və qayda-qanun yalnız hüquqla təmin olunur. Lakin hüququn olması kifayət deyil – insanlar hüququ bilməli, anlamalı və ondan istifadə etməyi bacarmalıdırlar. Məhz bu səbəbdən hüquqi maariflənmə hər bir vətəndaş üçün olduqca vacibdir. Hüquqi maariflənmə cəmiyyətin hüquqi şüurunu formalaşdırır, insanları qanunlara hörmət etməyə, vətəndaş məsuliyyətinə sahib olmağa təşviq edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, bəzən insanlar haqlarının pozulduğunu hiss etsələr də, onları necə müdafiə edəcəklərini bilmirlər. Kimisi elementar bir şikayət ərizəsini necə yazacağını, kimisi isə məhkəməyə hansı hallarda müraciət edə biləcəyini bilmir. Hüquqi savadsızlıq bəzən susmağa, haqsızlığa boyun əyməyə, bəzən də hüquqi səhvlərə yol verməyə səbəb olur. Nəticədə, hüquqi savadsızlıq yalnız fərdi yox, bütöv cəmiyyəti zərərə uğrada bilər.

Onun sözlərinə görə, hüquqi maariflənmə ilk növbədə fərdin öz hüquq və vəzifələrini tanıması, qanun qarşısında məsuliyyətini anlaması və ictimai qaydalara hörmət etməsi ilə nəticələnir:

"Maariflənmiş vətəndaş cəmiyyətdə həm özünü, həm də başqalarını qoruyur. Məsələn, bir işçi əmək müqaviləsi olmadan işləməyin hansı risklər daşıdığını bilmirsə, hüquqları pozulduqda da müdafiə olunmaqda çətinlik çəkəcək. Eyni şəkildə, bir gənc sosial şəbəkədə sərhədsiz fikir azadlığının əslində necə hüquqi çərçivəyə sahib olduğunu bilməzsə, bəzən qanunla üz-üzə qala bilər".

Rüstəm Əzimzadə: Hüquq hamı üçündür – onu öyrənmək və paylaşmaq da hər birimizin borcudur

Hüquqşünas qeyd edib ki, hüquqi maariflənmənin önəmi təkcə fərdi səviyyədə deyil, bütövlükdə cəmiyyətin hüquqi mədəniyyətinin inkişafında da böyük rol oynayır. Hüququn aliliyinə inam artır, qanun qarşısında hamının bərabər olduğu prinsipi daha güclü şəkildə cəmiyyətə yeridilir. Hüquq bilikləri ilə silahlanmış vətəndaşlar daha sağlam ictimai münasibətlərin qurulmasına töhfə verir, qanunlara əməl edən, məsuliyyətli bir cəmiyyət formalaşır. Bu da öz növbəsində daha ədalətli, daha demokratik və sabit bir dövlətin əsasını qoyur:

"Hüquqi maarifləndirmə prosesi yalnız hüquq dərsləri və ya məhkəmə qərarları ilə məhdudlaşmamalıdır. Bu proses erkən yaşlardan – məktəb dövründən başlamalı, davamlı və sistemli şəkildə həyata keçirilməlidir. Məktəblərdə hüquqi biliklərin tədrisi, sosial şəbəkələrdə maarifləndirici kampaniyalar, televiziyada hüquqi mövzulu maarifləndirici verilişlər və ictimai tədbirlər bu istiqamətdə əhəmiyyətli rol oynaya bilər. Hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti institutları və media bu prosesdə əsas iştirakçılar sırasındadır".

Son olaraq hüquqşünas bir neçə fikir əlavə edib:

Gəlin unutmayaq ki, hüququ yalnız hüquqşünaslar üçün öyrənmək lazım deyil. Hüquq hər bir vətəndaşın gündəlik həyatının ayrılmaz bir hissəsidir. Marketdə bir məhsul almaqdan tutmuş, sosial şəbəkədə paylaşım etməyə, işə girməkdən tutmuş, ailə münasibətlərinə qədər – hüquq həyatımızın hər yerində var. Hüququ bilmək azadlıq qədər dəyərlidir – çünki azadlığın sərhədlərini də hüquq müəyyən edir. Yalnız hüququ tanıyan vətəndaş azad və təhlükəsiz şəkildə yaşayır, öz hüquqlarını qoruya və başqalarının hüquqlarına hörmət edə bilir. Unutmayaq: bilən insan güclüdür. Hüququ bilən insan isə həm də azaddır. Hüquq hamı üçündür – onu öyrənmək və paylaşmaq da hər birimizin borcudur".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri