Icma.az
close
up
RU
Hüquq müdafiəçisi: Ermənilərin muzdlu nökəri Zatulin ölkəmizin dünyada artan reytinqindən xoflanıb

Hüquq müdafiəçisi: Ermənilərin muzdlu nökəri Zatulin ölkəmizin dünyada artan reytinqindən xoflanıb

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanın dünya birliyindəki nüfuzunun sürətlə artması, mövqeyinin daha da möhkəmlənməsi bəzi anti-Azərbaycan dairələri ciddi təşvişə salıb. 2020-ci ildə cəmi 44 gün davam edən müharibədə Ermənistan və onun havadarları üzərində qazanılan parlaq Qələbədən və üç il sonra Azərbaycan Ordusunun Qarabağda lokal antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi müstəqil dövlət olaraq gücümüzü dünyaya bəyan etdi. Artıq dünya ictimaiyyəti də Azərbaycan Prezidenti İlham Əliyevi güclü lider kimi qəbul edir.
Bir neçə gün əvvəl Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etməsi ölkəmizin inkişafından təşvişə düşənləri ciddi narahat edib. Donald Tramp Prezident İlham Əliyevin onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşaraq diqqət çəkib. Trampın öz sosial hesabında bunu paylaşması dövlətimizin başçısına olan rəğbətinin göstəricisidir. Tramp nadir hallarda kiminsə çıxışını paylaşır. Halbuki, hər kəs Trampın özünün çıxışını paylaşır və bundan xəbər hazırlayır.
Demokrat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, son vaxtlar ölkəmizə qarşı təhdid və təzyiqlər səngimək bilmir. Bu çirkin kampaniyada Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bir alətə çevrilib. Bir neçə ildir “zavallı ermənilərin” qayğısına qalan Zatulin sanki Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini işğal altında saxladığını, dinc əhaliyə qarşı qətliamları, milli adət-ənənələrimizə qarşı qəsdləri, İslam dinini təhqir edərək məscidlərimizdə törətdiyi vəhşiliyi görməyib və bu barədə heç nə eşitməyib. Özünü diplomat adlandıran şəxs nə qədər kor və kar olmalıdır ki, dünya ictimaiyyətinin gördüklərindən və eşitdiklərindən bixəbər olsun. Törətdikləri vəhşiliklərə görə bu gün qanun qarşısında cavab verən “Qarabağ klanı”nın üzvləri öz çirkin əməllərini etiraf etmək məcburiyyətində qaldıqları halda, ermənilərin muzdlu nökəri Zatulin bu qatı cinayətkarların müdafiəsinə qalxıb. Hərbi cinayətkarların istintaqı dövründə də onun kimi ermənipərəst oyuncaq diplomatlar Azərbaycanın iradəsinə təsir etməyə çalışır, qatillərin bəzilərinin azad edilməsinə nail olmaq istəyirdilər.
Tanınmış hüquqşünas diqqətə çatdırıb ki, belə muzdlu nökərlər fərqli dövlətlərin parlamentlərində bu barədə “dinləmələr” təşkil olunmasında və “qətnamə”lər qəbul edilməsində canfəşanlıq edirdilər. Nəticədə, Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyaları onların özlərinin ifşasına yol açdı. Erməni lobbisinin muzdlu nökərinə çevrilmiş Zatulin kimilərini meydana atmaqla nəyəsə nail olacaqlarına ümid edənlər ifşa olunsalar da, yalan və iftiralardan əl çəkmədilər. Çünki Zatulin və həmfikirlərinin erməni puluna alət olmaları bütün detalları ilə özünü büruzə verdi. İllərdir Zatulinin ölkəmizin əleyhinə vay-şüvənlik etdiyinin şahidiyik. O, erməni lobbisindən aldığı sifarişi can-başla yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. O, ermənilərin çoxluq təşkil etdiyi Krasnodar vilayətindən deputat seçilib. Onun seçicilərinin böyük əksəriyyəti ermənidir. Görünür, Zatulin Azərbaycana qarşı daim təzyiq və təhdid göstərəcəyi, böhtan və iftira atacağı barədə ermənilər qarşısında öhdəlik götürüb.
Ç. Qənizadə deyib ki, Azərbaycana qarşı düşmən, ermənipərəst mövqedən çıxış edən komitə sədrinin birinci müavini ölkəmizi hədəf alan çirkin açıqlamalar verməkdən sanki zövq alır. O, hətta 2022-ci il fevralın 22-də Moskvada iki ölkənin liderləri - İlham Əliyev və Vladimir Putinin imzaladıqları Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməni də “unudaraq” Bakının heç vaxt Rusiyanın strateji tərəfdaşı olmadığını qeyd edib. Bu, əslində, Rusiya Prezidentinə qarşı hörmətsizlik və saymazlıqdır.
“Zatulin kimi oyuncaq diplomatların dedi-qodularının, qarayaxmalarının ölkəmizin yürütdüyü siyasətə heç bir təsiri ola bilməz. Azərbaycan Prezidentinin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və haqq-ədalətin səsi idi. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, regionda sülhün və əməkdaşlığın real ünvanı məhz Azərbaycandır”, – deyə Ç.Qənizadə bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri