Icma.az
close
up
RU
Erməni saxtakarlığının hamisi, müdafiəçisi Zatulin zühur edən “qırxıqbaş” ŞƏRH

Erməni saxtakarlığının hamisi, müdafiəçisi Zatulin zühur edən “qırxıqbaş” ŞƏRH

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın başqa dövlətlərlə münasibətinin korlanması üçün üçüncü, dördüncü və sair qüvvələri axtarmağa ehtiyac yoxdur. Belələri hakimiyyətə yaxındır, yəqin elə onların bir qisminin acıq, hikkə və kinini ifadə edir.

Rusiya Dövlət Duması xarici işlər, MDB ölkələri və həmvətənlərlə işlər üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin çıxış, mövqe və açıqlamaları ilə öz ölkəsinin maraqlarına qarşı çıxır.

Karvan olub ötüb, üstündən keçməklə də ona cavab verməmək  mümkündür. Ancaq münasibəti kimlərin pozduğunu qarşı tərəfə göstərmək üçün bəzən buna ehtiyac olur.

Zatulin Batumidə anadan olub. 66 yaşı var. Atası Fyodr Zatulin sərhəd qoşunlarının polkovniki, fəxri çekist olub. Bu və onun fəaliyyət sahələri, tutduğu vəzifələr Konstantin Fyodoroviçin Rusiya üçün sıradan bir şəxs olmadığının göstəricisidir. Deməli, sədrin birinci müavini həm də RF-nin xarici siyasət kursunun təbliğatçısı, sözçüsü rolunu da ifa edir.

Rusiyanın Ukrayna ərazilərinin işğalını müdafiə etdiyi üçün ABŞ, Avropa İttifaqı, Böyük Britaniya ona sanksiya tətbiq edib.

2018-ci ildən onun Estoniyaya girişi beş il müddətinə qadağan olunub. İsveçrə, Avstraliya, Yaponiya, Yeni Zelandiya da onu sanksiya siyahısına daxil edib. Zatulinin İspaniyadakı mal-mülkünə də həbs qoyulub.

2010-cu il mayın 23-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun “parlament seçkilərində” “müşahidəçi” sifəti ilə iştirak edib. Bununla da Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında qanun”unu pozduğu üçün “arzuedilməz şəxs” (“persona-non qrata”) elan olunub.

Bu, Zatulinin Rusiyada separatçıları müdafiə edən qüvvələrdən olduğunu təsdiqləyən çoxsaylı faktlardandır. O, qanunverici qurumda fəaliyyət göstərsə də, daim beynəlxalq hüquqa, normalara qarşı çıxıb, onları təhrif edib. Onun bu kimi pozuculuq fəaliyyəti Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə təsirsiz ötüşməyib.

Ancaq Kreml və Dumanın intizam komissiyası heç vaxt qeyd olunan davranışı, mövqeyinə görə onu tənbeh etməyib.

Bu yaxınlarda Rusiyanın “Rossotrudniçestvo” federal agentliyinin (“Rus evi”) Azərbaycanda nümayəndəliyinin fəaliyyətinə xitam verilib. Məlum olub ki, “Rus evi” Azərbaycan qanunvericiliyinə zidd fəaliyyətlə məşğul olub. Bu agentlik 1925-ci ildən, yəni SSRİ-nin qurulmasının ilk illərindən fəaliyyət göstərir. Rusiya da onun varisi kimi “Rus evi”nin işlərini davam etdirib. K.Zatulin bu qurumun fəaliyyətinə Dumadan rəhbərlik edənlərdəndir.

Aşkar olub ki, “Rus evi” həm də ölkələrin daxili işlərinə müdaxilə edib. Başqa sözlə, onların Rusiyayönlü “kolon” yaratdığı da istisna deyil.

1998-ci ilin noyabrında Zatulin “Güc” (“Derjava”) sosial-vətənsevərlər hərəkatının sədri olub.

Həmin illərdə RF-də rus olmayan ölkə vətəndaşlarına qarşı belə mənəvi, fiziki hücumlar olurdu. “Qırxıqbaşlar” mühacirləri sıxışdırır, onların obyektlərindən “reket” yolu ilə pullar toplanır, rus “faşizmi” təbliğ edilirdi.

Həmin dövrdə Rusiyada faşizm ideyalarını təbliğ edənlərin sırasında onun da yer aldığı istisna olunmur. Keçmiş sovet respublikalarından olan əmək miqrantlarını “qırxıqbaşlar” müntəzəm döyür, təhqir edir, bir sıra hallarda isə onları qətlə yetirirdilər.

O, 2012-2016-cı illərdə “TV-Sentr” telekanalında “Rus məsələsi” informasiya-analtik proqramında rus etnik qrupunu şovinistcəsinə tərifləməklə zehinləri zəhərləyib. Bu müəllif proqramının 143 buraxılışı yayımlanıb.

Zatulin indiki çıxış və davranışı ilə “qırxıqbaşları” xatırladır. Belə qənaətə gəlmək olar ki, onlar artıq Moskvanın və Rusiyanın başqa şəhərlərinin küçələrində deyil, artıq qanunverici orqanda siyasi terror, hücum və təhriflərlə məşğuldurlar.

Bu günlərdə Moldovanın yeni tarix dərsliyinə qarşı çıxaraq, ona imperiya təfəkkürü ilə yanaşıb. İrəvanda faşistlərin əlaltısı Qaregin Njdeyə heykəl qoyulmasına etiraz səsini çıxarmayan Zatulin rumın marşalı İon Antonesku haqqında məlumatın dərsliyə salınmasını tənqid edib. Moldova Prezidenti Maya Sandu isə yerli telekanalda çıxışı zamanı Antoneskunu “tarixi şəxsiyyət” adlandıraraq deyib ki, onun barəsində “yaxşı və pis” danışmaq olar.

Zatulin Moldovanın tarixinə müdaxilə etməklə yenə özünün Rusiyanın “qırxıqbaşlar” təbəqəsinə mənsubluğunu göstərib.

O, fevralın 26-da İrəvanda keçirilən “Lazarev klubu”ndakı çıxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilənləri müdafiə edərək mühakiməyə qarşı danışıb. Çünki o da bu kimi cinayətlərdə təqsirləndirilənləri Rusiyada siyasi cəhətdən müdafiə edib, onların saxtakarlığına don geyindirib.

Halbuki bu dəstənin başçılarından biri olan Araik Arutyunyan etiraf edib ki, Qarabağ məsələsini ortaya atan “KQB” (keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi-DTK ) olub. Yuxarıda qeyd etdiyimiz kimi, Zatulin ailəsinin də bu qurumla hələ sovetlər vaxtı yaxın-uzaq əlaqəsi olub.

Deməli, Duma komitəsi sədrinin birinci müavini hələ də “KQB”nin tapşırıqlarını yerinə yetirir. Bu bir az da faşist Almaniyası süqut edəndən sonra “SS”, “SD” və “Abver”də xidmət etmişlərin fəaliyyətini xatırladır. Öz gözündə tiri görməyən Duma rəsmisi “Rus evi” və anti-Azərbaycan, anti-türk erməni etnik qrupunun nümayəndəsi Marqarit Simonyanın rəhbəri olduğu media orqanının Bakıdakı ofisinin qanunsuz fəaliyyətinin dayandırlmasını isə ikitərəfli “münasibətlərə” “xələl vurulması” kimi dəyərləndirib.

Zatulin erməni etnik qrupu və mədəniyyətinin babası, hamisi kimi də özünü sınayır. O bildirib ki, guya Azərbaycan Qarabağda “erməni tarixi və mədəniyyətini” “təhrif” edir. Sonra da iddia edib ki, guya ermənilər Qarabağda “yaşayanda” Azərbaycan türkləri “millət olaraq mövcud deyilmiş”.

Halbuki ermənilərin Qafqaza gətirilməsinin tarixi heç 200 yüz il də deyil. Ancaq Azərbaycanın Gəncə şəhərinin 5 min yaşı var. Minilliklərin şahidi olan Bakıdakı Qız Qalasının dəqiq tarixi hələ də müəyyənləşməyib.

Zatulinlərin Soçiyə köç etmələrinə də diqqət edək. Çünki onlar Soçiyə nə vaxt köçürülübsə, ermənilər də Qarabağa təqribən həmin dövrdə yerləşdirilib.

“Qırxıqbaşlar” Rusiya vətəndaşı olan Şimali Qafqaz xalqlarını da təhqiredici ifadələrlə aşağılayır, onları da Moskvadan getməyə məcbur edirdilər.

Jirinovski bir vaxtlar Azərbaycana qarşı çox hay-küy saldı. İndi o oyunu komitə sədrinin birinci müavini oynayır. Odur ki, Zatulin həmin “dazbaşlar”ın, onların arxasında duranların görünən tərəfidir. Ancaq bu görüntü Rusiyanın ziyanına işləyir. Axırda yenə danışıqlar masası yardım edir. Belə tədbirə isə Zatulini çətin buraxsınlar. Çünki o, daha çox “qırxıqbaşlar”ın zühur edən lideri təsirini bağışlayır.

Sədrəddin Soltan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri