Icma.az
close
up
RU
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində tədbir keçirilib

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində tədbir keçirilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı, “Nar” şirkətinin maliyyə dəstəyi ilə “Hüquqlarınla parla!” layihəsi çərçivəsində məktəblilərin iştirakı ilə Quba rayonunda maarifləndirmə tədbiri keçirilib.

Layihə şagirdlərin uşaq hüquqları və vətəndaş məsuliyyəti haqqında məlumat əldə etməsi, onların hüquqi maariflənmə səviyyəsinin artırılmasına töhfə vermək məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində keçirilən tədbirdə təlimçi qismində iştirak edən Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təqdimatla çıxış edərək, Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti, uşaqların hüquq və vəzifələri, onların zorakılıqdan müdafiəsi, rəqəmsal mühitdə qarşılaşa biləcəkləri təhlükələr, belə hallarla mübarizədə mövcud müdafiə mexanizmləri, uşaqlar tərəfindən yol verilən hüquq pozuntuları və onların nəticələri, eləcə də bu sahəni tənzimləyən mövcud qanunvericilik aktları barədə iştirakçılara məlumat verib, onların suallarını cavablandırıb. 

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov giriş sözü ilə, eləcə də Quba rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru polis baş leytenantı Aynur Şahbazova “Uşaqların zərərli vərdişlərdən qorunması”, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdir müavini Lalə Məmmədova “Zərərli vərdişlərin uşaqların orqanizminə fəsadları”, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və İnkişaf Şöbəsinin müdiri Təbriz Cəfərov  “Rəqəmsal təhükəsizlik” mövzuları üzrə çıxışlar edib.

Tədbirin yekununda “Kahoot” platforması vasitəsilə şagirdlər arasında intellektual yarış təşkil olunub. Yarışda qalib gələn komanda mükafatla təltif edilib, bütün iştirakçılara sertifikatlar təqdim olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri