Icma.az
close
up
RU
Dövlət Komitəsinin sədri Hüquqlarınla parla!” layihəsi çərçivəsində seçilən uşaqlarla görüşüb

Dövlət Komitəsinin sədri Hüquqlarınla parla!” layihəsi çərçivəsində seçilən uşaqlarla görüşüb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) tərəfdaşlığı ilə reallaşdırılan “Hüquqlarınla parla!” layihəsi çərçivəsində seçilən 30 uşağın komitə sədri Bahar Muradova ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, "Uşaq Hüquqları Aylığı" çərçivəsində təşkil olunan tədbirdə çıxış edən RİİB-in beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva bildirib ki, sözügedən layihə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”nın həyata keçirilməsi çərçivəsində hazırlanıb. Layihənin məqsədi uşaqların hüquqlarının müdafiəsi sahəsində davamlı və ölçüləbilən addımlar atmaqdır.

O qeyd edib ki, layihə çərçivəsində iyul–noyabr ayları ərzində respublikanın müxtəlif bölgələrində yerləşən bir çox təhsil müəssisələrində maarifləndirici tədbirlərin, hüquqi və sosial mövzulara dair təlimlərin və interaktiv sessiyaların təşkili nəzərdə tutulub: "Artıq bir çox regionlarda uğurla icra olunmuş bu tədbirlər nəticəsində 2 mindən çox uşaq maarifləndirilib. Layihənin mühüm yeniliklərindən biri də “Hüquqlarınla Parla” mobil tətbiqidir. Tətbiq vasitəsilə 11–17 yaşlı uşaqlar hüquqlarla bağlı materialları oxuya, imtahan verərək sertifikat ala, təhlükəsizlik, sağlamlıq və hüquq mövzularında interaktiv testlərdən keçə, dövlət qurumlarının qaynar xətt nömrələrinə sürətli giriş əldə edə biləcəklər".

AQUPDK-nın sədri B. Muradova vurğulayıb ki, dünyada çoxsaylı münaqişələr, aktiv müharibələr dövründə insanlar ev-eşiklərini tərk etmək məcburiyyətində qalır, onların həyatı dəyişir, bu proseslərdə ən çox əziyyət çəkənlər isə qadın və uşaqlar olur: "Azərbaycan neçə illər münaqişədən əziyyət çəkib və bu situasiyadan doğru yolu seçə bilib, öz ərazisini işğaldan azad edib. Uşaqlardan danışanda birinci hüquqlardan bəhs etməliyik. Hamı üçün universal olan hüquqlar var ki, biz onların hər birini tanımışıq. Azərbaycan həm uşaq hüquqlarının qorunması, həm də qadınların ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması ilə bağlı və ümumilikdə bütün insanların təhlükəsiz, azad yaşamaq hüquqlarını tanıyan konvensiyaların üzvüdür", - deyə o diqqətə çatdırıb.

Görüş zamanı komitə sədri uşaqların suallarını cavablandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri