“Hürriyet” qəzeti: Bakıda keçirilən “Sonsuz qardaşlıq IV” təlimi regionda sülhün təmin edilməsinə töhfədir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ankara, 16 sentyabr, AZƏRTAC
Türkiyənin aparıcı mətbu orqanlarından biri olan “Hürriyet” qəzeti Bakıda təşkil olunan “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimini mövzusuna geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, nəşr oxuculara Azərbaycan, Türkiyə, Qazaxıstan, Qətər, Özbəkistan və Pakistanın xüsusi təyinatlı qüvvələri arasında qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsinin təkmilləşdirilməsi üçün keçirilən təlimin əhəmiyyətindən bəhs edib.
Yazıda Belarus, İtaliya və Macarıstan nümayəndə heyətlərinin müşahidə etdiyi “Sonsuz qardaşlıq - IV” təliminin gedişi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin hesabatından parçalar təqdim olunur. Həmçinin Azərbaycanda keçirilən təlim çərçivəsində “Yüksəksəviyyəli Müşahidəçi Günü” haqqında da məlumat verilir.
Materialda diqqət təlimin beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və regionda sülhün qorunmasına verdiyi töhfəyə yönəldilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















