Hürriyyət yazdı, Cəlilabad sakininin problemi qısa müddətdə öz həllini tapdı...
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cəlilabad rayon sakini Dadaşov Əlibala Əjdər oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirirdi ki, 2 aya yaxındır evinə işıq xətti çəkdirə bilmir:
“Mən, Dadaşov Əlibala Əjdər oğlu, həyat yoldaşım Dadaşova Məlahət Əligüşad qızının adına olan Cəlilabad şəhəri, Q.Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evinə, çıxarış olsa da, iki aya yaxındır ki, elektrik xətti çəkdirə bilmirəm. Səbəbini soruşduqda isə “Azərişıq” ASC-dən bildirirlər ki, evin koordinatları düzgün deyil.
Dəfələrlə qaynar xəttlə danışsam da faydası olmur.
Cəlilabad rayon Daşınmaz Əmlakın Kadastr və Reyestr Xidməti isə evin koordinatlarının düzgün olduğunu söyləyirlər".
Cəlilaba sakininin şikayəti ilə bağlı "Azərişıq” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələnin araşdıraılacağı bildirildi.
Daha sonra şikayətçi zəng vurub dedi ki, artıq ona kömək göstərilib və problem öz həll yolunu tapıb.
Vətəndaşa göstərilən köməyə görə, "Hürriyyət" olaraq "Azərişıq” ASC-nin mətbuat xidmətinə təşəkkürümüzü bildiririk.
Jalə FAMİLQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 15 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















