Icma.az
close
up
RU
Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III yazı

Hüseyn Cavidin “Uçurum” faciəsində də prinsip etibarilə əsas məsələ İnsan, Təbiət (Kainat) və Yaradan üçlüyü ilə bağlıdır. Məhz gənc filosof Əkrəm bu suallara cavab axtararkən yaşlı filosof Uluğ bəy ona belə bir “həqiqəti” deməli olur:

Əvət bir çox bilgiclər,

Filosoflar, ədiblər

Sənin kimi bu yolda

Haqq ictihad etmişlər.

Hər kəs duymaq istəmiş

Müəmmalı xilqəti,

Dərk olunmaz Tanrını,

O sarsılmaz qüvvəti.

Hər kəs uçduqca uçmuş,

Yüksəldikcə yüksəlmiş,

Fəzaları aşdıqca

Çırpınıb vəcdə gəlmiş,

Fəqət şəhpəri yanmış,

Şaşqın bir qartal kimi

Qeyb etmişdir, nəhayət

İzlədiyi kövkəbi.

Sarmaq istərkən bütün

Kainatı bir anda,

Donub qalmış ən kiçik

Bir zərrə qarşısında. [1]

Deməli, Cavid üçün bu məqamda Tanrı varsa belə, o dərk olunmazdır, daha doğrusu insan idrakı Onu dərk etmək gücündə deyil. Hətta, peyğəmbərlər və filosoflar belə Onu heç zaman tam dərk edə bilməmiş, sadəcə hərəsi özü üçün bir-iki idrak damlası ilə kifayətlənmişlər və çox dərinə getməkdə aciz qalmışlar. Bunu, yenə də Uluğ bəyin dilindən Cavid belə ifadə edir:

Böyük İbn Sinalar, Sokratlar, Əflatunlar,

Dahi bir ustad ikən əcəb, nə buldu onlar?!

Fəlsəfə bir çxılmaz yol ki, yormuş hər kəsi,

Çoxlarını boğmuş da, duyulmaz olmuş səsi.[2]

Bu o anlama gəlir ki, Yaradanın var olub-olmamasını dərk, var olduğu təqdirdə də Onun dərki insan üçün əsasən sirrdir, çıxılmazlıqdır, ancaq yenə də Onun dərkinə doğru can atmaq da İnsanın xislətindədir. Ona görə də, İnsan Yaradanı gah sonsuz Kainatda, gah Təbiətin özündə, gah öz Qəlbində arayıb-axtarır. Bütün bunların hər birisi də İnsan şüuru üçün olduqca çətinliklər yaradır, müxtəlif çıxılmazlıqlara aparır.Çünki bəzi qənaətləri insanı Yaradanın Təbiətdə, digər qənaətləri Kainatda, üçüncüsü Qəlbində, dördüncüsü tamam başqa bir məkan və zamanda, beşincisi ağılasığmaz yerlərdə, altıncısı çox sadə yerlərdə axtarıb tapır.

Cavid onu idrak etməkdə çətinlik çəkirdi ki, Yaradanda dəyişilmə varmı-yoxmu, ancaq sonsuz Kainatda, Təbiətdə (Dünyada) və İnsanda bu dəyişilmələrin olması sirr deyil:

Yox təbiətdə eylə bir qüvvət

Əbədi, həm də payidar olsun.

Həp dəyişməkdədir bütün xilqət,

Həp dəyişməkdədir bütün fünun.

Olmayan varmı inqilaba zəbun?

Seyr edin iştə kainatı bütün

Devrilir hər addımda bir əzəmət,

Dinləməz dünki hadisatı bu gün,

Parlıyor hər dəqiqə bir hikmət.

Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdə bir xəyal uyuyur. [3]

Maraqlıdır ki, H.Cavid bir tərəfdən Yaradanın varlığını qəbul etsə də, digər tərəfdən o, Yaradanı səmavi dinlərdəki, o cümlədən İslam dinindəki Allah anlayışından xeyli dərəcədə fərqli başa düşür. Məsələn, Cavidin dərk etdiyi Yaradanın cənnət və cəhənnəmi, dindəki cəhənnəm və cənnətdən fərqlənir. Ona görə də, o, bəzi şeirlərində, dramlarında yazırdı ki, cənnəti yalnız o dünyada xəyal etmək deyil, real aləmin özündə də görmək olar:

Ruhim yenə ləbrizi-sədaət..

Ya Rəbb, bu nə tufani-lətafət?!

Göydən Yerə enmiş kimi cənnət,

Yer-yer saçılır nuri-məsərrət…

Bu lövheyi-ülviyyətə əlbət

Röya deyəməm, eyni-həqiqət.

Deməli, Cavidə görə, o dünyadakı cənnət və cəhənnəmin bir surəti həm də yaşadığımız real aləmdədir. Bu o anlama gəlir ki, bu dünyada cənnət və cəhənnəmi bədənimizlə yaşayırıqsa, o dünyada isə ruhumuzla bunun şahidi olacağıq. Hər halda o, inanırdı axirət dünyasında da cənnət mövcuddur və ruhən orada olacaqdır:

Məni həp parça-parça doğrasalar,

Ruhim ölməz, səmayi-eşqə uçar,

Uçar, ən möhtəşəm fəzalar aşar,

Yenə cənnətdə həp səninlə yaşar.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, din məsələsində şairin üsyanı Yaradana və İslama deyil, Yaradanın və İslamın adından sui-istifadə edən ruhanilərədir. Cavid məhz onların mənfi əməlləri sayəsində insanların İslam dini haqqında yanlış təsəvvür­lərə malik olduğuna inanır. Bu baxımdan o, hesab edir ki, Allahın heç bir dini, o cümlədən İslam elmə qarşı yönəlməmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, əgər dinlərlə insanla arasında problem varsa (var da), bunun günahı həmin dinləri doğru-dürüst təbliğ etməyənlərdədir. Məsələn, İslam dinində qadınların başının və üzünün örtülməsi məcburi olaraq qadağan edilmədiyi halda, müxtəlif yozumlar nəticəsində belə bir halı müşahidə edirik. Cavidin fikrincə, halbuki qadınların üzü, ya da başı bağlı gəzməsinin İslama heç bir aidiyyatı yoxdur, onların azadlığını əllərindən alanlar yalançı hədislər, yalançı ruhanilərdir: “Xalqı uçurumlara yuvarlayan bir qanun isə pək çürük və mənasız bir əfsanə deməkdir. Bir də nə İslam şüarı, nə türklük səciyyəsi qadınlara “örtün” deyə, əsla məcbur etməz və bu hal yalnız etiqaddan doğma bir məhkumiyyətdir ki, o da gec-tez zail olar”.[4]

Ümumiyyətlə, qadınların üzü bağlı, yaxud üzü açıq gəzməsi vicdan məsələsidir. Bu baxımdan H.Cavid də Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Əhməd bəy Ağaoğlu kimi, İslamın yeniləşməyə zidd olmaması qənaətinə gəlmiş və hesab etmişdir ki, təbiətdə hər bir şey dəyişməkdə, inkişafdadır. İslam isə, heç vaxt dəyişilməyin, yenilşəməyin əleyhinə olmamışdır. Üstəlik, Cavid digər dinlərlə müqayisədə İslam dininin bir addım öndə olduğuna inanmışdır. Onun fikrincə, fiziki cəhətdən Günəş tək olub bütün insanlara eyni dərəcədə nur verdiyi kimi, yalnız İslam dini mənəvi anlamda buna qadirdir:

Arqadaşlar! Şu parlayan günəşin,

Feyzi birdir cihanda hər kəs için.

Türk, hindu, ərəb, əcəm bilməz,

Nuru hər yanda artar, əksilməz.

Mənəvi bir günəş də var: nəvvar –

O da İslam dinidir, parlar.

Parlar, afaqı nurə qərq eylər.

Həq, həqiqət nədirsə həp söylər.[5]

27 aprel işğalından sonra Cavidin dinlərə, o cümlədən İslama münasibəti bir qədər də dəyişmiş, bizcə, daha çox elmi-fəlsəfi xarakter daşımışdır. Xüsusilə də, o, “Azər” poema­sında insanları dindən imtina etməyə çağırmasa da, ancaq ümumilikdə “həyat dini”ni təbliğ etməklə, buna işarə etmişdir. Hər halda əsərin qəhrəmanı Azər (Azər adlı obraz Cavidin özüdür) 30 illik tərəd­düdlərinin, bilgilərinin, ziddiyyətlərinin yekunu olaraq yeni bir həyat fəlsəfəsini (“dini-həyat”ı) ortaya qoymaq istəyir. O, yazırdı:

Azər düşünür... Bəlkə otuz yıldır o hər an

Düşkün bəşərin eşqini, fəryadını inlər.

Yaqdıqca yaqar beynini bir kölgəli böhran,

Əflaka sorar dərdini, yıldızları dinlər.[6]

Azər kimdir? Azər, sevgi yolu izləyən, barış istəyən, əbədi azadlıq sevdalısı birisidir. Ancaq o yeri gələndə barış üçün qovğa da edir, əbədi azadlıq üçün mübarizə də aparır, bəzən mərhəməti dayaqda, bəzən də yardım etməkdə görür, ilahi sevgi üçün qurbanlar da verir. Ən əsası odur ki, Azərin yeni həyat fəlsəfəsində ikiüzlülüyə, riyakarlığa, saxtakarlığa yer yoxdur. O, bu məsələdə riyakar ruhaniləri də, yaltaqları da, rüşvətxor məmurları da, dini və siyasi fanatikləri də, yaxın dostlarını da qarşısına alır:

Rəqsi təlim ediyor aqsaqlar,

Əzəmət düşkünüdür alçaqlar.

Zevqə biganə səfillər bol-bol

Şerü sənətdə arar bir yeni yol.

Sadədil, hissə uyan abdallar

Həp siyasi kəsilib at nallar.

Bir yığın kor qılavuzluq yaparaq

Göstərir zülməti aydın, parlaq.

Hər gülər yüzdə ölüm, qan görürəm,

Pək yaqın dostları düşman görürəm.

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq.[7]

Cavid açıq şəkildə deyirdi ki, dini və siyasi anlamda simasızlaşdırılan bir cəmiyyətin gələcəyi yoxdur. Ona görə də, hər şeyi yenidən başlamaq, artıq insanların şüurlarına yerimiş cəfəng, çürümüş əfsanələrdən, ideyalardan əl çəkib elmi, maarifpərvər yol tutmaq lazımdır. O, yazırdı:

Ən gözəl dindir iştə dini-həyat,

Başqa yol yox: ya fənn, ya mövhumat.

İstər uy dinə, istər uy fənnə,

Çağırır xalqı kəndi cənnətinə.

Biri nəqd iştə, nisyədir birisi,

Çoq olur bəlli, nəqd müştərisi.

Artıq əfsanə devri keçdi, yetər!

Oqşamaz ruhu əski bilməcələr.

Can çəkişdikcə köhnə zevqü şüar

Yeni bir cilveyi-dəha parlar.

O da yoq şübhə sarsılır bir gün,

Başqa bir ictihad olur üstün.

Əski dahilər “iştə haq” dedilər,

Çırpınıb bir həqiqəti izlədilər,

O həqiqət bu gün xəyal oluyor,

Dünkü şən bağçalar bu gün soluyor.

Dəyşirkən, əvət bəşər qafası,

Dəyişir Tanrının siması.[8]

[1] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.338

[2] Yenə orada, s.113

[3] Cavid H. Əsərləri. Beş cilddə, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.76

[4] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.92

[5] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.134

[6] Cavid H. Əsərləri. Beş cilddə, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.146

[7] Yenə orada, s.154

[8] Yenə orada, s.155

Facebook WhatsApp Telegram Twitter Share


OXŞAR XƏBƏRLƏR

Təslimiyyətin poetik forması – Ramiz Rövşənə hörmətlə

15 Dekabr 10:36

SEYİD CƏFƏR PİŞƏVƏRİ -  (21 Azər hərəkatı - 80)

12 Dekabr 10:40

Turanın gələcəyə birgə və bilgə ismarıcı

9 Dekabr 17:51

Basaran düzəngahı - əski Türk izləri

9 Dekabr 11:44

Bir ömrün adı – Ləyaqət

9 Dekabr 11:19

Yolumuz bir, Bayrağımız bir!

9 Dekabr 10:35

Bir daha Himnimiz haqqında

9 Dekabr 10:14

İNAM ATA (ASİF ATA) - Yerdəkilərin göy həsrəti

9 Dekabr 09:58

Tanrının qırmancı - Atilla

9 Dekabr 09:41

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

9 Dekabr 09:28

Qərib nənənin qərib nəvəsi - Əli Tudə Cavadzadə

9 Dekabr 09:14

Rəssam Nəvai Metinin könül atlasından – GÜLƏN ADAMLAR

3 Dekabr 10:44

Cavid Fərzəli: QARAGÖL poeması

2 Dekabr 10:42

Bir daha Himnimiz haqqında

2 Dekabr 10:38

Balaş Azəroğlu və Mədinə Gülgün

2 Dekabr 10:15

İNAM ATA (ASİF ATA) - Yerdəkilərin göy həsrəti

2 Dekabr 09:56

Tanrının qırmancı - Atilla

2 Dekabr 09:23

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

2 Dekabr 09:11

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Lirə sürətlə dəyər itirir: Azərbaycan bazarına NECƏ TƏSİR EDƏCƏK?

10:11

Azərbaycanda belə dəfn mərasimləri qadağan edilə bilər? – Erməni detalı

09:21

Qafanda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

15 Dekabr 16:40

İslam Rzayev işsiz və aztəminatlı şəxslərin pulunu mənimsəyibmiş

15 Dekabr 12:22

Kimlərə iki dəfə çox maaş ödəniləcək? - AÇIQLANDI

15 Dekabr 10:43

Kremlçilər yenidən Zəngəzur dəhlizinə hücuma başladı - Mardanın namərd açıqlaması

15 Dekabr 09:27

SON XƏBƏRLƏR

Maskın sərvəti 600 milyard dolları keçib

10:21

Lirə sürətlə dəyər itirir: Azərbaycan bazarına NECƏ TƏSİR EDƏCƏK?

10:11

Kəlbəcərə 11 sm qar yağıb - FAKTİKİ HAVA

10:07

Vaxtilə vaqon oğurluğu ilə məşğul olan Şərurlu İsfəndiyar cinayət məsuliyyətinə cəlb oluna bilər? - AÇIQLAMA

09:49

Abbas Abbasov axtarışa verildi

09:37

"Gizir Xanı"ya şəhidlik statusu verildi

09:29

Azərbaycanda belə dəfn mərasimləri qadağan edilə bilər? – Erməni detalı

09:21

Ekstrasensdən Putin haqda şok proqnozlar - 2026-da...

09:16

Sos kəndinə 21 ailə yola salındı

09:12

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

09:12

Məktəbləri bağlamaqla fəxr etmirik - Emin Əmrullayev

00:06

Qızılbaşlıqdan şiəliyə keçid

15 Dekabr 23:58

İki Devlet, Tek Yürek: Bakü’den Türkiye’ye Bir Gönül Penceresi

15 Dekabr 23:34

Bilik Kuboku” layihəsi: final mərhələsi uğurla baş tutub - FOTOLAR

15 Dekabr 23:19

Gələn il Qarabağ Universitetində neçə tələbə oxuyacaq?

15 Dekabr 22:59

Azərbaycan bu dəfə İranı bağışlayacaq?

15 Dekabr 22:50

Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ

15 Dekabr 22:40

Ortaq dil, ortaq gələcək – bu gün ilk dəfə Beynəlxalq Türk Dili Ailəsi Günü qeyd edilir

15 Dekabr 22:30

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

15 Dekabr 22:25

Qısa Hekayələr – Böyük Duyğular!

15 Dekabr 22:17

Rusiyanın sualtı gəmisinin partladılma anının - Videosu

15 Dekabr 21:58

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində qanvermə aksiyası keçirilib

15 Dekabr 21:49

Kiyevə hava zərbəsi: Bu dəfə azərbaycanlılar hədəf oldu

15 Dekabr 21:44

"Qitə getdikcə müharibə atmosferinə bürünür" - Avropa Rusiyanı qızışdırır? - ŞƏRH

15 Dekabr 21:20

Luvr Muzeyi yenidən bağlanmaq təhlükəsi ilə üz-üzədir

15 Dekabr 20:47

Ukrayna hərbi-dəniz dronları Rusiyanın "Kalibr" gəmisini vurdu

15 Dekabr 20:37

Fransa və Kipr Respublikası strateji tərəfdaşlıq müqaviləsi imzaladı

15 Dekabr 20:30

Netanyahu və Barak Qüdsdə görüşdülər

15 Dekabr 20:27

ŞOK İDDİA: Ağ ev rəsmiləri Netanyahunu söyüblər

15 Dekabr 20:23

Ukrayna: Ümid edirik ki, sonda bizi sülhə yaxınlaşdıracaq razılığa gələcəyik

15 Dekabr 20:21

Fələstin torpaqlarını ələ keçirən israillilər Əl-Əqsa məscidinə basqın etdi

15 Dekabr 19:50

SON XƏBƏR: Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına qərar verildi

15 Dekabr 19:48

Vadeful: Rusiya bilməlidir ki, biz Ukraynanın yanındayıq

15 Dekabr 19:43

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 18:04

Bakcell lotereyasında 10-cu lüks avtomobil udulub

15 Dekabr 17:53

Azərbaycana 1 milyondan çox smartfon gətirilib - Çin, Vyetnam...

15 Dekabr 17:46

Bakıda öz-özünə hərəkət edən maşın qəza törətdi – VİDEO

15 Dekabr 17:35

“Arıqlama iynələri” sizi ölümə apara bilər” – Həkimdən SOS xəbərdarlıq

15 Dekabr 17:27

ABŞ-ın yuxularını qaçıracaq görüntülər! Onlar rəsmi olaraq sınaqlara başladı

15 Dekabr 17:11

Kimlərə 13-cü maaş veriləcək?

15 Dekabr 16:57

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə...”

17 Noyabr 15:19

Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub... + FOTO

16 Noyabr 12:57

Xalqımızın "sapı özündən olan" bəlası: “Mürtəd”in 88, xəyanətin 13 yaşı....

7 Dekabr 14:18

Ermənilər Moskvada ayağa qalxdı: Etirazlar başlayıb – VİDEO

15 Noyabr 21:35

Elman Nəsirov vətəndaşlara müraciət etdi: “2026-cı ildə daha yaxşı yaşayacaqsınız”

20 Noyabr 12:18

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış - 33 illik araşdırma

19 Noyabr 16:37

Türkiyə 600-dən çox rusu dənizin ortasında saxlayır – Gərginlik

20 Noyabr 16:56

Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı – Tehranın planı

16 Noyabr 16:43

Paşinyanın deputatlığa namizədlər siyahısındakı Knyaz Həsənov kimdir?

2 Dekabr 15:34

Xalq artistinin qızı erməni stilistlə əl-ələ - FOTO + VİDEO

27 Noyabr 12:44

Azay Quliyev ATƏT PA-nın toplantısında Ukraynada Azərbaycan Səfrliyinin vurulmasını pislədi

18 Noyabr 22:46

İran bu ölkəyə ballistik raket zərbəsi endirdi - VİDEO

30 Noyabr 00:01

Pensiya ilə bağlı bəd xəbər: Sovet dövründə çalışanlar...

21 Noyabr 23:16

Baş nazir və hökumət üzvləri MİLLİ MƏCLİSDƏ – Büdcə müzakirələri BAŞLADI

19 Noyabr 11:46

PrevNext

Dekabr 2025

B.E.Ç.A.Ç.C.A.C.Ş.B.12345678910111213141516171819202122232425262728293031    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Dekabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see196

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri