Icma.az
close
up
RU
Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

IV yazı

İlk baxışda, zahirən Hüseyn Cavidin “Yeni həyat”, yeni “dini-həyat” dedikdə, Sovet kommunistlərinin “sovet həyatı”nı nəzərdə tutduğunu güman etmək olar. Çünki həmin dövrdə məhz bu cür təbliğat aparılır, imperiyanın hər tərəfində olduğu kimi, Quzey Azərbaycanın aydınlarından da bu tələb olunurdu. Bu prosesə Caviddə cəlb olunmuşdur ki, o da, “Azər” poemasında zahirən yeni “sovet həyat”ını, əslində isə özünün istədiyi, arzuladığı “yeni həyatı” ortaya qoyurdu. Başqa sözlə, Cavid əslində Sovet Azərbaycanından öncə yeni bir həyatın təbliğatçısı idi, ancaq o dönəmin şərtləri altında düşüncələrini ifadə edirdi. Artıq Sovet Azərbaycanında 27 aprel işğalınaqədərki şərtlər olmadığı üçün, indi də yeni şərtlərə görə eyni həyat fəlsəfəsini yazırdı. Bizcə, Cavid üçün yeniləşmə, yeni həyat fəlsəfəsi şərtlərə görə, zahirən dəyişsə də mahiyyət etibarilə dəyişməz olaraq qalırdı. Başqa sözlə, Cavid üçün Tanrı nə ruhanilərin, nə kommunistlərin, nə də liberalların anladıqları Tanrı deyildi. Bunu, o, əvvəllər də dəfələrlə ifadə etmişdir. Sadəcə, yeni şərtlərlə dinlərdəki Tanrını tamamilə inkar edən sovet cəmiyyətinin özü yeni Tanrı, yəni fəhlə-kəndli cəmiyyətinin istədiyi “Tanrı” formalaşdırırdı ki, Cavid belə bir Tanrını qəbul edə bilməzdi. O, dinlərdəki Tanrını özəlləşdirən ruhanilər kimi, kommunistlərin də “kommuna” adlı “Tanrı”sını qəbul etmirdi. Çünki riyakar ruhanilərlə riyakar kommunistlərin istədikləri əsas hədəf gözəgörünməz Tanrı, ya da “Kommuna-Tanrı”” adları altında yağmaçılıqdır, qəsbkarlıqdır. Bu baxımdam Azərin üzünü tutub allahlı “Şeyx”ə dedikləri, eyni ilə allahsız “Kommunist”ə (əslində isə Kommuna “Tanrı”lı ateistə) də aid idi:

Yaşatan varsa iştə xilqətdə,

Mədə... həp mədə... həzrəti-mədə...

Baq, həqiqət də, bəlkə haq da budur,

Səni hər kim doyursa Tanrın odur.

Din için, firqə, ya siyasət için

Nerdə bəslənsə bir ədavət, kin,

Nerdə qan, ya ölüm, ələm görsən,

Buna yalnız sənin mədən...[1]

Azərin dili ilə Cavid açıq şəkildə deyirdi ki, artıq “göylərin hekayəsi”ni bir qırağa qoyub yerin gerçək “hekayəsi”ni öyrənmək lazımdır. O, yazırdı ki, yer də, yerdəki cəhənnəm və cənnət də daha gerçəkçidir, çünki onları özümüz öz əllərimizlə yaradırıq:

Şeyxim, aldatma xalqı, dinlə bəni,

Bütün əfsunlu sözlərin xülya...

Gəl bıraq göylərin hekayəsini,

Enəlim kəndi doğma yurdumuza.

Burda cənnət də var, cəhənnəm də,

Onu, yoq şübhə, bizləriz yaratan.

“Cifə” zənn etdiyin şu aləmdə

Başqa zevq almaq üzrə insan hər insan.

Kimi cəhl atəşində qavrularaq,

Həp yanar, qəhr olur səfalətdən.

Kimi irfanla şadkam olaraq,

Dəm vurur nəşədən, səadətdən.[2]

Beləliklə, Cavid belə qənaətə gəlirdi ki, könülü cənnət istəyən cəmiyyət dini əfsanələri bir kənara qoyub bu dünyanın özündə məscidləri, kilsələri, sinaqoqları məktəblərə, kitabxanalara çevirməli­dir. Onun fikrincə, yaınız mərifətli, bilikli bir cəmiyyətdə cənnəti yaratmaq; şərəf və qürurla yaşamaq mümkündür. [3] Əlbəttə, Cavidin bu dediklərində xeyli dərəcədə həqiqət olmaqla yanaşı, elmlə, biliklə yəni maariflənməklə hər şeyin öz həllini tapacağına ümid etmək də doğru deyil. Biz bunu, maariflənmiş sovet cəmiyyətində də gördük. Deməli, əsas problemi yalnız hərf tanımaqla, ya da müxtəlif kitablardan müxtəlif biliklər almaqla həll etmək çox zordur. Bu, yəni bütün cəmiyyətin hərf tanıyıb maariflənməsi ən yaxşı halda, insanlıq yolunda gediləcək yolun başlanğıcı ola bilər. Ancaq işin çox çətin olanı insanlıq fəlsəfəsinin bütün insanlar tərəfindən qəbul edilməsidir. Yəni müharibə yox sülh olsun, şər deyil xeyir olsun, nifrət deyil sevgi olsun deməklə, insanlıq fəlsəfəsi olmur. Çünki insanlıq fəlsəfəsinin özü elə bütün bunları: sülh üçün savaşmağı, sevgi üçün nifrəti öldürməyi, xeyir üçün şəri dəf etməyi tələb edir. Bu zaman da məlum olur ki, insanlar da, cəmiyyətlər də Tanrılardan, dinlərdən, Ədalətli cəmiyyətdən, Demokratiyadan, Sosializmdən çıxış edərək bu ikili mübarizələrdə məhz özünün doğru yolda olduğunu iddia edirlər. Caviddə bu cür ziddiyyətləri göstərərək, bir çox hallarda sülh deyənlərin əslində müharibə üçün, müharibə deyənlərin isə əslində sülh üçün çalışmaları kimi qəribəlikləri ifadə etmişdir:

...Əvət, insan olursa insanlar,

Şübhəsiz, parlayıb da vicdanlar

Sevgi nurilə kainatı bəzər,

Bıraqıb kini, qurt qoyunla gəzər.

Bəlli... Ta əskidən böyük başlar

Sülh üçün uğraşıb çalışmışlar.

Çıqaraq hərbə qarşı ürəfa,

Əbədi sülh içində buldu şəfa.

Kimi “qan-qan!..” deyib də çıldıraraq,

Sülhə düşman kəsildi, iştə məraq...[4]

Bir sözlə, Cavidin təbrincə desək, “insan olursa insanlar” kainatda sevgi, ədalətlilik, bərabərlik hökm sürər. Bu isə heç bir zaman olmamışdır, bu gün də gerçək deyil və görünən odur ki, gələcəkdə də olmayacaq. Ən yaxşı halda ayrı-ayrı cəmiyyətlərdə bu olmuşdur, indi də bəzi cəmiyyətlərdə az-çox var, gələcəkdə də hansısa toplumlarda olacaqdır, deyə bilərik. Ancaq yenə də Cavid ümid edir ki, ağıl insanın rəhbəri olsa, nə zaman müharibə, nə zaman sülh etməyin yerini bilsə insanlıq qalib gələcək. Başqa sözlə, qüvvəti ağıl ilə idarə etməklə digər yalançı, zərərli ideyaları aradan qaldırmaq mümkündür. O, yazırdı:

Bən derim: “Həpsi laf, inanma saqın!

Rəhbər olsun da qüvvətin, ağlın.

Yeri gəldikdə sülh üçün çabala,

Öylə yer var ki, hərbi alqışla.

Quzu gördünmü sev, o, kin bilməz;

Canavar qarşı gəlsə parçala, əz.

Qüvvət üstündə varsa əqli-səlim,

Sana kainat olur təslim”.[5]

Cavidə görə, ağıllı insan üçün önəmli olan “yaşatmaq” ideya­sıdır, “yaşatmamaq” yox. Onun fikrincə, insanın yonulmuş heyvan, meymun hesab olunmasında müəyyən həqiqət payı olsa da, ancaq bunu tam eyniləşdirmək də doğru deyil. Çünki insanın zəkası var, ancaq bu zəkanı hansı məqsədə xidmət etməsi məsələsi də istisna olunmamalıdır. Cavid yazırdı:

İnsan yonulmuş bir heyvan olsa da,

Endirilməz hiçə ondakı zəka.

O yalnız düşünməz, düşündürər də,

Kəşf edər gündə bir qaranlıq pərdə.

Hər gün beynində bir yıldırım çaqar,

Dilərsə bir anda bir cihan yıqar.

İnsan pək tuhafdır, o hər şey yapar,

Onda yaşatmaq da, yaşatmaq da var.

“Yaşatmam, yaaşrım” deyən səfillər

Qan içən vəhşilər yolunu izlər.

Sən nə mələksən, nə də bir qaplansın:

Nə gülsün, nə dikən... yalnız insansın.

Çalış, parla, yüksəl! Unutma ancaq,

Yaşamaq bir haqsa, yaşatmaq da haq!.[6]

Beləliklə, Cavidə görə, ağıllı insan həyat və ölümün mənasını vaxtında anlamalı, heş bir şeydə ifrata varmamalıdır. Bir sözlə, insan bilməlidir ki, bəzən yaşamaq kimi, ölmək də xoşbəxtlikdir. Sadəcə, hər bir şeydə anlam olmalıdır. O, yazırdı:

Ölüm var ki, həyat qadar dəyərli,

Həyat var ki, ölümdən də zəhərli...

Yaşamaq da xoşdur, ölmək də xoşdur,

Qayəsiz həyatda ölüm də boşdur.

Hər sönük eşq üçün üzülmək fəna,

Dar gəlməsin dünya genişkən sana.

Er-gec məzar alır bizi qoynuna,

Uyma, saqın, vaqtı gəlmədən ona.[7]

Cavidə görə, insan ancaq böyük bir eşq üçün hər şeyi gözə ala bilər. Bunun üçün insan ali bir idealın daşıyıcısı olmalı, nəfsinə xor baxan qəhrəman olmalıdır. Cavid yazırdı:

“Ölüm də xoş...” dedim, qapılma hissə,

Böyük bir eşq üçün lazım gəlirsə,

Nəfsinə xor baqan bir qəhrəman ol,

Haqq çin başından keçən insan ol!

“El için ağlayan göz kor” olsa da,

İnanma, arqadaş! O, boş bir səda!

Xayır, xudkam olub sapma dar yola,

Həp el için ağla, el için sızla!

Ağla demək – çarpış, vuruş deməkdir,

Ağlamaq insana miskinlik verir.

Bir eyilik yapsan ıssız yurduna,

Haq da, həqiqət də göz önündədir,

Yer altında deyil, yer üstündədir.

Bəxtiyarsan, əgər çəkdiyin əmək

Cihan sərgisinə versə bir çiçək.[8]

Cavid bir tərəfdən hər adətin köhnəlmiş, çürümüş hesab olunub atılmasının da, hər yeniliyə də mədəniyyət deyilib qəbul olunmasının da əleyhinədir. Bir sözlə, köhnə adətlərlə yeni adətlər məsələsində ifrata varmamaq üçün insan doğru seçim etmək iqtidarında olmalıdır. O, yazırdı:

Dəmin güləşməyə “əski adət”dedin,

Bən şaşırdım, bəlkə onu fərq etmədin.

Əski olsun, bu xoş adət ən mədəni,

Ən yaldızlı adətlərdən daha yeni..

Cahil-alim həp çarpışır, həp güləşir,

Meydanda tək qalmaq için pənəcələşir.

İnsan var ki, gülüb durukən qüvvətə,

Qarşı gəlsə məcbur olur itaətə.[9]

O, belə bir qənaətə gəlirdi ki, hər hansı təhlükələrə üstün gəlmək üçün bəşər övladı qorxusuz olmalı, mücadilə aparmalıdır. Çünki qorxu içində yaşamaq insanı da, cəmiyyəti də yavaş-yavaş öldürür. O, yazırdı:

Hər qüvvətə üstün gəlir ancaq qorqusuz bəşər,

Cihan yigit ərlərindir, qorqaq gözə çöp düşər.

Qorqu-sinsi bir mərəz ki, azar-azar öldürür,

Nəşəsiz bir ömrü ancaq mübarizə güldürür.[10]

Sadəcə, burada incə bir məsələ var ki, qüvvətli kim isə, haqlı da o çıxır. Deməli, zəifsənsə haqsızsan və ölməyə, köləliyə məhkumsan. Cavid yazırdı:

Hər şey qüvvətdədir, qalan həp yalan...

Gücsüzlük ən böyük qüsurdur, inan!

Bütün cahan qüvvət tərəfdarıdır,

Qəvi iblis olsa belə Tanrıdır.

Acizlərin haqqı ölümdür ancaq...[11]

[1] Yenə orada, s.156

[2] Yenə orada, s.156

[3] Yenə orada, s.157

[4] Yenə orada, s.160

[5] Yenə orada, s.161

[6] Yenə orada, s.195

[7] Yenə orada, s.210

[8] Yenə orada, s.212

[9] Yenə orada, s.220

[10] Yenə orada, s.213

[11] Yenə orada, s.230


OXŞAR XƏBƏRLƏR

İraq Türkmanları kimdir?

09:23

Rusiyanın ədəbsiz işğal mahiyyəti - Elçin Əlibəyli yazır

17 Dekabr 12:30

“37-ci il olsaydı …Müşfiqin, Cavidin başına gələnləri bizim başımıza gətirməyə çalışardılar”

16 Dekabr 11:46

Türk mənşəli dini-sakral-Şemanixa çayı, Şaman dağı - Və eyni mənşəli antrotoponimlər

16 Dekabr 10:24

21 Azər Hərəkatının 80-ci ildönümü

16 Dekabr 10:08

Bir daha Himnimiz haqqında

16 Dekabr 09:52

"Mübarizəyə həsr olunmuş ömür" -  Ələsgər Siyablının yeni kitabı haqqında

16 Dekabr 09:47

Birqulaqlı “xalq qəhrəmanı” quldur Andranik kimdir?

16 Dekabr 09:22

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

16 Dekabr 09:12

Təslimiyyətin poetik forması – Ramiz Rövşənə hörmətlə

15 Dekabr 10:36

SEYİD CƏFƏR PİŞƏVƏRİ -  (21 Azər hərəkatı - 80)

12 Dekabr 10:40

Turanın gələcəyə birgə və bilgə ismarıcı

9 Dekabr 17:51

Basaran düzəngahı - əski Türk izləri

9 Dekabr 11:44

Bir ömrün adı – Ləyaqət

9 Dekabr 11:19

Yolumuz bir, Bayrağımız bir!

9 Dekabr 10:35

Bir daha Himnimiz haqqında

9 Dekabr 10:14

İNAM ATA (ASİF ATA) - Yerdəkilərin göy həsrəti

9 Dekabr 09:58

Tanrının qırmancı - Atilla

9 Dekabr 09:41

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Azərbaycana "ÇÖRƏK TƏHLÜKƏSİ" - Gələn il...

10:19

İşsiz qalan vətəndaşın kredit borcunu sığorta ödəyə bilər?

09:42

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

09:17

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

22 Dekabr 22:55

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

22 Dekabr 22:18

Pensiya qalmaqalı – Dövlət hansı hallarda pulu geri tələb edir?

22 Dekabr 12:14

SON XƏBƏRLƏR

Maduro: ABŞ-ın bu addımı qlobal iqtisadiyyata zərər vuracaq

10:46

Tramp: Milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var

10:41

Prezident açıqladı: Ölkəmizə 10 ədəd "Oreshnik" yerləşdiriləcək

10:34

200 manat kimlərə və necə ödəniləcək? – Deputat izah edir

10:23

Azərbaycana "ÇÖRƏK TƏHLÜKƏSİ" - Gələn il...

10:19

İşsiz qalan vətəndaşın kredit borcunu sığorta ödəyə bilər?

09:42

Qarapapaqların və qaraqalpaqların etnik tarixinə müqayisəli-tipoloji kontekstdə baxış

09:41

Pezeşkianın istefa xəbəri yayıldı, ardınca isə… – İranda nələr baş verir?

09:34

Ankarada bu küçəyə Üzeyir Hacıbəylinin adı verildi - FOTO

09:30

"ChatGPT"yə yeni FUNKSİYALAR

09:24

İraq Türkmanları kimdir?

09:23

Qızılın qiyməti yeni tarixi rekord həddə çatdı

09:21

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

09:17

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

09:17

Netanyahu İrana xəbərdarlıq etdi: "İsrailə qarşı hər hansı hərəkət olsa..."

00:55

Zelenski gözlənilməz xəbəri açıqladı: Yaxın günlərdə kütləvi hücum başlayacaq

22 Dekabr 23:57

Rusiyadan Azərbaycana gəmi ilə gəlmək mümkün olacaq?

22 Dekabr 23:36

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

22 Dekabr 22:55

Ürək niyə gəncləri öldürür?

22 Dekabr 22:24

ABŞ açıqladı: Bu layihələri dayandırdıq

22 Dekabr 22:21

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

22 Dekabr 22:18

Zelenski: Sülh planı çərçivəsində əsas sənədlər paketi hazırdır

22 Dekabr 21:56

ABŞ F-35 təyyarələrini sıraya düzdü; mesaj Maduroyadır

22 Dekabr 21:53

Şəhidliyə yüksələn qəhrəman kapitan: "İgidlərim, arxamca irəli!"

22 Dekabr 21:49

İtaliya: Qəzza və Fələstinlə bağlı bizdən qoşun tələb edilir

22 Dekabr 21:48

Hakan Fidan son dəfə xəbərdarlıq etdi və həmin ölkənin adını açıqladı

22 Dekabr 21:34

Təbriz bazarında qiymətlər şoka saldı - VİDEO

22 Dekabr 21:30

Putin Qazaxıstan prezidenti Tokayevlə görüşdü

22 Dekabr 21:27

Suriya ordusu ilə PKK/YPG arasında atışma başladı

22 Dekabr 21:23

Türk Hava Yolları İrəvana gündəlik uçuşlara başlayacaq

22 Dekabr 21:14

Vansın bu açıqlaması qalmaqala səbəb oldu: Ukrayna hansı əraziləri itirə bilər? - ŞƏRH

22 Dekabr 20:52

ABŞ: Ukraynalılar Donetski itirəcəklərini qəbul ediblər

22 Dekabr 19:23

Falçı və cadugər yanına gedənlər cərimələnəcək - Milli Məclis təsdiqlədi

22 Dekabr 18:09

Koronavirusun xeyri də VARMIŞ

22 Dekabr 18:03

Müəllimlərə verilən sovqat müzakirə yaratdı... – Rəsmi

22 Dekabr 17:57

Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatdı

22 Dekabr 17:46

Kreml: Putin ABŞ-ın təklifləri barədə məlumatlandırılacaq

22 Dekabr 17:17

“Bakcell” “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22 Dekabr 17:10

Bu Azərbaycan filmi Ermənistanda rezonans doğurdu – VİDEO

22 Dekabr 16:46

“Yola çıxanda gördüm ki, canavar qadını tutub...” - VİDEO

22 Dekabr 16:28

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Xalqımızın "sapı özündən olan" bəlası: “Mürtəd”in 88, xəyanətin 13 yaşı....

7 Dekabr 14:18

Paşinyanın deputatlığa namizədlər siyahısındakı Knyaz Həsənov kimdir?

2 Dekabr 15:34

Xalq artistinin qızı erməni stilistlə əl-ələ - FOTO + VİDEO

27 Noyabr 12:44

İran bu ölkəyə ballistik raket zərbəsi endirdi - VİDEO

30 Noyabr 00:01

Ölənlərin sayı 248-ə yüksəldi; bölgədən pis xəbərlər gəlir

29 Noyabr 19:06

Ukrayna pilotsuzları Moskvanı da vuruldu

23 Noyabr 10:50

“Kül başına, ay Samirə, adam qəhətdir gedib ermənini qucaqlayırsan?”

25 Noyabr 21:57

Çindən Yaponiyaya: Qırmızı xətti keçdi

24 Noyabr 12:01

Fəzail Ağamalının nəvəsi ilə bağlı yayılan videoya oğlundan REAKSİYA

26 Noyabr 14:42

SON DƏQİQƏ! Azərbaycanda yaşayış binası çökdü - YARALILAR VAR

23 Noyabr 09:53

Zaxarovadan Bakı ilə bağlı ilginc çağırış: “Zəruridir” dedi, tarix istədi – VİDEO

23 Noyabr 16:00

“Soruşdum, dedilər, bəli, Qarabağ Azərbaycanın olmaya bilər” – Paşinyan

3 Dekabr 13:24

Azərbaycana gələn ermənilər Bakını gəzdilər - FOTOLAR

22 Noyabr 18:02

Bu şəxslərin nəzərinə: Pensiyaları 6 ildən bir artırılacaq

1 Dekabr 09:35



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri