Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
I yazı
Azərbaycan Türk mütəfəkkiri Hüseyn Cavid (1882-1941) Naxçıvanda ruhani ailəsində anadan olub, molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini tanınmış aydınımız Məhəmməd Tağı Sidqinin “Məktəbi-Tərbiyə” adlı yeni üsullu məktəbində və 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində davam etdirmişdir. O, burada ərəb və fars dillərinə yiyələnmiş, ancaq ağır göz xəstəliyinə görə təhsilini dayandırmış və bir müddət ticarətlə məşğul olmuşdur.[1] Təbrizdən Urmiyaya gedən Cavid 1904-cü ilin mayına qədər orada yaşamış, daha sonra Tiflisə gedib yol tikintisi ilə məşğul olan şirkətdə mühasib olaraq işləmişdir. 1906-cı ildə İstanbula ali təhsil almağa gedən Cavid İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmişdir (1909). O, ali təhsil aldıqdan sonra Naxçıvan, Gəncə, Tiflis və 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.[2]
27 aprel işğalından sonra da müəllimliyə və yazarlığa davam edən Cavid 1926-cı ildə müalicə üçün Berlinə (Almaniyaya) getmiş və burada ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik, lirik-epik əsərlə yazmışdır. Vətənə döndükdən sonra daima təqiblərlə üzləşən Cavid 1938-ci ildə həbs olunmuş, 1939-cu ildə səkkiz il islah əmək düşərgəsinə məhkum edilmişdir. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişmiş, çox sonralar məzarı Naxçıvana gətirilmişdir.
Onun əsas əsərləri aşağıdakılardır: “Ana”, “Maral”, “Şeyx Sənan (1914), “Şeyda” (1917), “Müharibə və ədəbiyyat”, “Həsbi-hal”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” və b.
H.Cavidin dini və fəlsəfi-fəlsəfi görüşlərində İnsan+Tanrı bütünlüyü mühüm yer tutur. O, yazırdı ki, vicdanları parlaq tutan sevgi olub, bir könülə də iki sevgi yaraşmaz: “könül bir, sevgi bir, böyük Tanrı bir”.[3] Cavidə görə, insan ilahi sevgiyə qovuşmaq üçün mücadilə verir, çünki sevgidədir ancaq Allah rizası, sevgisiz bir könül şeytan yuvasıdır. Bu dünya isə kimsəyə qalmayacaq, çünki əsli, əsası çürükdür.[4]
O, Şeyx Sənan timsalında da ilahi məhəbbəti bütün sevgilərdən üstün tutmuşdur. Yəni bir xristian qadınına aşiq olan Şeyx Sənan üçün dini əngəl olmadığı kimi, vahid Tanrıya gedən yolda da nə dinlər, nə də digər məzhəblər əngəl ola bilməz. Bu baxımdan bir “kafir” qadına uyub dinini, imanını “satan” Şeyx Sənanı qınamaqla yanaşı, Cavidə görə, o, cahan durduqca parlayan, yüksələn “məhəbbət”, “eşq” adlı təriqətin də əsasını qoyub:
Uyub sən bir mələksimayə satdın dini, imanı,
Atıb ehkami-Quranı, uzaqlaşdın təriqətdən.
Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub getməz,
Cihan durduqca parlar, yüksəlir, düşməz tərəvatdən.
Ziyarətgahını gülbusələr təzyin edər hər an,
Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən...
Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz hiçdir,
Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən.[5]
Burada incə bir məqam var ki, Cavid üçün yaxın və cismani deyil, uzaq və ruhani məhəbbət, səadət dəyərlidir. Şair-mütəfəkkirin fikrincə, yaxın və cismani məhəbbət, səadət müvəqqətidir. Onun Şeyx Sənanın məhəbbətinə olan hörməti də uzaq, əlçatmaz və ruhani-mənəvi olması ilə bağlı idi. O, yazırdı ki, yaxın, cismani olan məhəbbət, səadət insan nəfsi nəticəsində heç olur:
Gözəl mələksə... bulutlarda göy üzündə yaşar:
Uzaq, bəşərdən uzaq bir mühitə mail olur.
Uzaq, bəşərdən uzaq, gizli bir fəzaya qoşar;
Yaşar mələk kibi, xoş bir xəyali-müğfil olur.
Əvət, uzaqda səadət var, eşqə hörmət var,
Yaqın zəhərlidir, amma uzaqda cənnət var;
Uzaqda var əbədiyyət ki, başqa nemətdir.[6]
Çox güman ki, peyğəmbərlərin Yaradan ideyası da əlçatmaz, uzaqda olduqları üçün ilahi məhəbbət xarakteri daşıyır. Cavidin utopik fəlsəfəsində bir qadının sevgisi dalınca qoşan Şeyx Sənanla, vahid Yaradan ideyasını təbliğ edən peyğəmbər arasında çox da fərq yoxdur. Çünki hər ikisi qəhrəmandır; birisi yerdəki müqəddəs sevgisi üçün, o birisi gözəgörünməz ilahi eşq üçün mücadilə verir. Vəli Osmanlı yazır: “Sənan dеyir ki, “mənəvi еşqə qarşı hər insan birdir, pirü cavan”. Mənəvi еşqdə sеvgililərin cismani qovuşması yoх, ruhən qovuşması məqsədə çеvrilir. Cismani məhəbbətin kеçəriliyi, mənəvi, yaхud ruhani məhəbbətin isə əbədiliyi barədə romantizmin qəti qənaətləri vardır ki, əsasını idеalist fəlsəfə təşkil еdir. “Şеyх Sənan” əsərindəki məhəbbət digər əsərlərdəki adi məhəbbətlərdən fərqli olaraq bеlə bir məhəbbətdir. Məhz bu “еşqi-ruhani” əsərdə gеtdikcə inkişaf еdib romantik idеalın ifadəsinə çеvrilir”.[7]
Ona görə də, H.Cavid yalnız Şeyx Sənanlara deyil, Allahın dinini Yer üzərində yayan, təbliğ edən peyğəmbərlərə də böyük qiymət vermişdir. Ona gorə, peyğəmbərlərin hər biri bir qəhrəman olmuş, öz ümmətlərinə doğru yol - Allahın yolunu göstərmişlər:
İştə onlar, hər biri bir qəhrəman,
Həp çalışmış durmadan, sarılmadan…
Həpsinin amalı bir, əfkarı bir,
Həpsinin iqbalı bir, idbari bir.
Həpsi yalnız bir həqiqət aşiqi
Həpsi bir vicdanla dinlər xaliqi.
Həpsinin qəlbində bir sevdası var,
Həpsi Məcnun, həpsinin Leylası var. [8]
Deməli, Şeyx Sənanlar sevgilisini yerdə ararkən peyğəmbərlər göydə aramış, hər bir peyğəmbər İlahi Eşq naminə mücadilə vermişlər. Ancaq peyğəmbərlər öz təbliğatlarını yalnız Yaradandan gələn ilhamla deyil, eyni zamanda öz hissiyyatları ilə də aparmışlar. Bu zaman da bir peyğəmbərin dedikləri digər peyğəmbərlə bəzən uzlaşmamışdır. Cavid yazırdı:
Ağlamışlar həpsi insaniyyətə,
Xadim olmuşlar bütün bir niyyətə.
Parlamış həpsində bir haq şöləsi,
Xeyrə munis, şərə düşman cümləsi.
Haqdan almış həpsi ilhamatını,
Dinləmiş həm kəndi hissiyyatını.
Hər kəs inşad eyləmişdir bir kitab,
Ta ki, ihzar eyləsin bir inqilab.
Başqa bir “bənlik” ararkən hər biri,
Uymaz olmuş bir-birə çoq sözləri.
İştə hər dahidə var bir etiyad,
Yan baqıb təqlidə, eylər ictihad.
Pək təbiidir ki, hər sahibhünər
Bir təcəddüd, bir xüsusiyyət dilər.
Gərçi az-çoq bir-birindən fərqi var,
İştə onlar həpsi bir şahrah arar.
Dinləyib əslafı həp fikir etdilər,
Göstərib əxlafa bir yol, getdilər.[9]
O, Allahın tək olduğu halda peyğəmbərlərin müxtəlif dinlər ortaya qoymasını təsadüfi hesab etmir. Peyğəmbərlərin müxtəlif dinlər icad etməsi o anlama gəlir ki, hər kəs Yaradanı öz bildiyi kimi anlamışdır. Deməli, bütün peyğəmbərlər vahid Allaha tapınsalar da, ancaq Onu dərk etmə yolları bir qədər fərqlidir. Peyğəmbərlərin Allahın dərki yolundakı fərqli düşüncələri də ayrı-ayrı insanlar tərəfindən müxtəlif yerlərə yozulmuşdur. Cavid yazırdı:
Sonra, lakin sonra pək çoq sürmədən,
Fırlayıb meydana bir çoq rahzən,
Onların fikrində bulmuşlar təzad;
Hər biri bir yolda etmiş ictihad.
Bir-birindən xəlqi istikrah için
Hər biri bir dürlü olmuş xuşəçin.
Bir yığın əfsanə, bin lafü gəzaf
Uydurub hər kəs çıqarmış ixtilaf.
Hər biri boş bir xəyal almış ələ,
Uğraşıb dünyaya salmış vəlvələ.[10]
Bununla da, Cavid haqlı olaraq yazırdı ki, Yaradan tək olduğu halda, peyğəmbərlərin öz hissiyyatlarına əsaslanaraq insanları Onu fərqli yollarla dərk etməyə dəvət etmələri, daha sonra da peyğəmbərin ətrafındakılarının, ya da digərlərinin bundan çıxış edərək müxtəlif ideyalar ortaya atmaları ixtilaflara, müxtəlif məzhəblərin yaranmasına səbəb olmuşdur. O, yazırdı:
Ayrılıb bir mürşidin peyrəvləri,
Ayrı məzhəblər çıqarmış; hər biri
Bir yığın böhtanlar icad eyləmiş,
Pirinə həzyanlar isnad eyləmiş.
Anlamaz, kor xalqı qandırmış bütün,
Hər nə qusmuş, həp inandırmış bütün.
Qübbə yapmışlar küçük bir həbbəyi,
Söyləmiş: “haq məndə..” hər külxanbəyi.
Hakim olmuşlar bütün izanlara,
Hər kəs uymuşdur o bivicdanlara.[11]
[1] Ağayev M.B. Hüseyn Cavidin dünyagörüşü. Bakı, “Təknur”, 2005, s.10-11
[2] Mədətoğlu Aydın. Türkçülər (tarixi-siyasi-ideoloji oçerklər). Bakı, “Orxan” NPM, 2015, s.492
[3] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.69
[4] Yenə orada, s.69
[5] Cavid H. Əsərləri. Beş cilddə, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.58
[6] Yenə orada, s.70
[7] Osmanlı Vəli. Azərbaycan romantizmi. I cild. Bakı, “Elm”, 2010, s.92
[8] Cavid H. Əsərləri. Beş cilddə, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.84-85
[9] Yenə orada, s.85
[10] Yenə orada, s.85
[11] Yenə orada, s.86
Könül sərgisi – SEVGİ PALİTRASI
Nizami Gəncəvinin əsərlərində tarixi paralellər və müəllifin dövrə baxışı
Birinci Türkoloji qurultayın Yakutiyadan olan xadimləri
Ədəbiyyatdan nəzəriyyəyə... - Nəzəriyyədən ədəbiyyata...
Fətəli Xan Xoylunun həyatı və ictimai-siyasi fəaliyyəti
İNAM ATA (ASİF ATA) - Yerdəkilərin göy həsrəti
Hərbi qüdrət tariximizdən – Hüseyn xan Naxçıvanski
Azərbaycan folklorunda at kultu
İNAM ATA (ASİF ATA) - Yerdəkilərin göy həsrəti
Müəllimlik - insanlıq missiyası
Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri
Hun-Quz... etnosoyluların əski Təbriz şəhəri
Üzeyir Hacıbəylinin dünyagörüşündə milli fəlsəfi və sosial-siyasi aspektlər
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Azərbaycanda benzin bahalaşır? – Tarix verildi
Azərbaycanlı iş adamı saxlanıldı - FOTO
Əmək şəraiti ağır olan işçilər erkən pensiya hüququ qazana bilər
Azərbaycanda nazir işdən çıxarıldı
Hikmət Hacıyevdən Rusiya ilə bağlı VACİB MESAJ
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edildi
Ukrayna Orlovdakı neft bazasını da vurdu - VİDEO
Psixiatriya Xəstəxanasında nə baş verir? - Polis araşdırmalara başladı
Trampın səhhəti necədir? - Ağ Evdən AÇIQLAMA
Putin: Bütün cəbhələrdə təzyiq artır, irəliləyirik
Maduro öz rəqsi ilə ABŞ-ı sülhə çağırdı
Müəllimin 8 saatlıq iş rejimi şagirdlərə nə vəd edir...
Möhlət bitdi – Tramp Maduroya bir həftə vermişdi
"Qocalma zülalı"nı bloklayan iynə yaradılıb - YENİLİK
Tiflisdən Zəngəzur həmləsi - Nə baş verir?
6 il sonra eyni ssenari təkrarlana bilər: “Hazır olun” – Əhalinin nəzərinə
Siyarto: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
Bu şəxslər yüksək pensiya məbləği seçə biləcəklər - Qaydalar təsdiqləndi
Süni intellekt dəhşət saçır - İnsanlar TƏHLÜKƏDƏ!
Yeni prosedur: Bu şəxslərin pensiyaları artacaq
Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri
Ziyansız kimi görünüb, zəhər saçan içkilər açıqlandı
Kəlbəcərə güclü qar yağır - VİDEO
Azərbaycanda ən məşhur sosial şəbəkələr - AÇIQLANDI
Xəzərdə dönüş YAXINLAŞIR: 1805-dən başlayan proses belə bitəcək
Müharibəni qazandıq, indi gəlin sülhü qazanaq!
Azərbaycanda benzin bahalaşır? – Tarix verildi
Rusiya və Ukrayna hansı halda kompromisə gedə bilər?
Tramp Netanyahu ilə danışdı: Onu görüşə çağırdı
Azərbaycanlı iş adamı saxlanıldı - FOTO
Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan
Zaxarovadan NATO-ya XƏBƏRDARLIQ: Bu sülh səylərinə zərbədir!
Şara ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Barakı qəbul etdi
Tramp: ABŞ Suriyanı dəstəkləyir, İsraili dialoqa çağırır
Nazirlər Kabinetinin iclasından dərhal sonra Ərdoğandan mühüm açıqlamalar
Ukraynanın vurduğu KAIROS tankerində sızma aşkar edildi
Kallas: Korrupsiya məsələsi ukraynalıların mübarizəsinə kölgə salmamalıdır
ABŞ məhkəmə qərarına rəğmən deportasiyaları təsdiqlədi
Borçalı əsilli alim AAK-la bağlı Prezidentə müraciət ünvanladı
Qızıl bu gün altı həftənin ən yüksək səviyyəsində: Eniş mümkündürmü?
Azər Aslanov: Azərbaycan kikboksinqi yenə dünyada zirvədədir...
“Anjey Kasprşik meyitlərin təhvil verilməsi üçün...” - Sabiq nazirdən sensasion AÇIQLAMA
Tehranda həyəcan təbili ÇALINIR: Məktəblər və dövlət müəssisələri bağlanır
Sumqayıtda yataqxanada YANĞIN – Sakinlər təxliyə olundu
Makron və Zelenski Trampın Ukrayna sülh planını müzakirə etdilər
Mirzoyan təcili Brüsselə gedir: Nə baş verir?
Azərbaycandan qayıtdıqdan sonra öyrəndim ki… – Şahbaz Şərif əsəbiləşdi
Türklər haqqında təsəvvürümüz Rusiyanın uydurmasıdır - Paşinyan
Təyyarəni Rusiya vurub? - “Moskva və Tehran istəməz ki...” – “Kod”lar açılır
Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə...”
Praqa masasında nə baş vermişdi? – Elmar Məmmədyarov sirləri açdı - VİDEO
Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan
Qabil Məmmədov öldürülüb? – VİDEO
İcra başçısından Qaradağ əməliyyatına REAKSİYA
Narahat olmalısınız! Əliyev buranı da nəzarətə alır – Şevçenko
Prezidentin bəyan etdiyi YENİ STRATEJİ PRİORİTET
Ölkəyə gətirilən “monqol əti” ilə bağlı RƏSMİ AÇIQLAMA
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub... + FOTO
Zaxarova Paşinyanın türklərlə bağlı çıxışına CAVAB VERDİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 02 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















