Husilər Məkkəni vurmaq istəyiblər? FOTO
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri müsəlmanların müqəddəs şəhəri Məkkə istiqamətində uçan husilərə məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək zərərsizləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə Yəməndə Qanuniliyin Bərpası üzrə Koalisiyanın mətbuat katibi Türki Əl-Maliki "X" platformasında məlumat verib. Onun sözlərinə görə, dron şəhərin cənub tərəfində vurulub. O qeyd edib ki, bu düşmən və terror aktı 2017-ci il iyulun 27-də ballistik raketdən istifadə edilməklə edilən ilk hücumdan sonra Məkkəyə zərbə endirmək üçün həyata keçirilən ikinci cəhddir.
"Reuters" agentliyinin məlumatına əsasən, adları açıqlanmayan husi rəsmiləri Məkkəyə edilən hücumla bağlı iddiaları təkzib ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 16 Sentyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















