Husilər Qırmızı dənizdə ABŞ nin aviadaşıyıcı gəmisinə növbəti dəfə hücum edib AzPolitika onlayn siyasi ictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Yəmənin şimalına hakim olan “Ənsar Allah” hərəkatı (husilər) ABŞ-nin “USS Harry Truman” aviadaşıyıcı gəmisi Qırmızı dənizə gəldikdən sonra ona qarşı yeddinci dəfə hücum etdiyini açıqlayıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin sosial şəbəkələrdə yaydığı bəyanatda deyilir.
“Aviadaşıyıcı gəmiyə qarşı onun Qırmızı dənizə gəlməsindən sonra yeddinci hücum həyata keçirildi. Həmlə bir neçə pilotsuz uçuş aparatı ilə edilib”, – məlumatda qeyd olunub.
Husilər hadisələrin istənilən inkişaf ssenarisinə hazır olduqlarını və Qəzza zolağında baş verənləri diqqətlə izləyəcəklərini söyləyiblər.
Baxış sayı:155
Bu xəbər 18 Yanvar 2025 00:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















