Husilər yeni cəbhə açdı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Yəməndəki husilər Səudiyyə Ərəbistanına növbəti dəfə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, hücumlar Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşdiyi bir vaxtda həyata keçirilib. Zərbələr nəticəsində 13 mülki şəxsin yaralandığı bildirilir.
Husilər Səudiyyə Ərəbistanının cənubundakı Xamis-Muşayt şəhərində yerləşən hərbi aviabazaya onlarla raket və dron buraxdıqlarını açıqlayıblar. Onlar hücumların hədəfi kimi təyyarə hangarlarını, radar sistemlərini, uçuş-enmə zolaqlarını və sursat anbarlarını göstəriblər. Səudiyyə Ərəbistanının bir neçə şəhərində hücumlarla əlaqədar fövqəladə xəbərdarlıqlar elan edilib.
Bununla yanaşı, husilərin Yəmənin qərb sahillərində mövqelərini möhkəmləndirdiyi bildirilir. Son günlər qruplaşmanın Qırmızı dənizin girişində yerləşən Perim adasına nəzarəti ələ keçirdiyi və dünya ticarətinin əsas marşrutlarından biri hesab olunan Babül-Məndəb boğazına yaxınlaşdığı qeyd olunur. Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri Səudiyyə Ərəbistanının neft kəmərinin fəaliyyətini dayandırmasıdır. Nefti Hörmüz boğazından yan keçməklə Qırmızı dənizə çatdırmaq üçün inşa edilən East-West kəməri sentyabrın 10-da hava hücumundan sonra sıradan çıxıb.
Səudiyyə Ərəbistanı hücumun məsuliyyətini İran tərəfindən dəstəklənən İraqdakı silahlı qruplaşmaların üzərinə qoyub.
Baxış sayı:55
Bu xəbər 15 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















