Husilərin zərbəsi nəticəsində Səudiyyə Ərəbistanında iki nəfər yaralanıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan bölgəsində Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) atdığı mərminin düşməsi nəticəsində azı iki nəfər yaralanıb.
Bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi məlumat verib.
Bildirilib ki, sentyabrın 12-də Mülki Müdafiə Xidmətinə husilərin atdığı mərminin Cizan bölgəsinə düşməsi barədə məlumat daxil olub.
Hadisə nəticəsində iki nəfər yaralanıb. Mərminin düşməsi məscidə, bir sıra binalara və nəqliyyat vasitələrinə də maddi ziyan vurub.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin nümayəndəsi baş verənləri “beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:Səudiyyə Ərəbistanında husilərin atdığı mərminin partlaması nəticəsində iki nəfər yaralanıb
13 Sentyabr 2026 01:45
Səudiyyə Ərəbistanında husilərin hücumu nəticəsində 11 mülki şəxs yaralanıb
07 Avqust 2026 08:16
Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb
08 Oktyabr 2026 12:57
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
25 Oktyabr 2026 21:54
Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, yaralananlar var
25 Oktyabr 2026 20:11
Baxış sayı:153
Bu xəbər 13 Sentyabr 2026 01:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















