Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, yaralananlar var
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanının cənubunda Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən buraxılmış ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb.
Səudiyyə Mətbuat Agentliyi xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.
"Bazar günü mülki müdafiə qüvvələri iki ballistik raketin ələ keçirilərək məhv edilməsindən sonra onların qalıqlarının düşməsini qeydə alıb", - bəyanatda qeyd olunub.
Dəqiqləşdirilib ki, Səudiyyə Ərəbistanı vətəndaşı və Asiya ölkələrindən birindən olan şəxs xəsarət alıblar.
Bundan başqa, qalıqların düşməsi nəticəsində üç yaşayış evi və yeddi avtomobil zədələnib.
///report///
Bu mövzuda digər xəbərlər:Səudiyyə Ərəbistanında 64 PUA zərərsizləşdirilib
16 Mart 2026 13:36
Səudiyyə Ərəbistanında 2 PUA zərərsizləşdirilib
21 Mart 2026 12:27
Səudiyyə Ərəbistanında husilərin atdığı mərminin partlaması nəticəsində iki nəfər yaralanıb
13 Sentyabr 2026 01:45
Hərbçilərimiz Səudiyyə Ərəbistanında...
21 Noyabr 2024 18:29
Baxış sayı:86
Bu xəbər 25 Oktyabr 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















